Araliq Kolanli - Wikipedia
Aralıq Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonu kənd, türk mənşəli toponim.
Aralıq Kolanlı | |
---|---|
40°06′47″ şm. e. 44°16′18″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 840 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəAralıq Kolanlı kəndi İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonun mərkəzindən 6 km cənub-qərbdə, Alagöz dağının qərb tərəfində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aralıx formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı həm Aralıq, həm də Aralıq Kolanlı formalarında qeyd edilir.
Əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kənddə 1831-ci ildə 284 nəfər, 1873-cü ildə 676 nəfər, 1886-cı ildə 701 nəfər, 1897-ci ildə 886 nəfər, 1904-cü ildə 768 nəfər, 1914-cü ildə 887 nəfər, 1916-cı ildə 772 nəfər, 1919-cu ildə 1118 nəfər yaşamışdır. 1919-cu ilin sonunda kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 224 nəfər, 1926-cı ildə 248 nəfər, 1931-ci ildə 294 nəfər azərbaycanlı yaşamışdır.
SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə kənddə yaşayan azərbaycanlılar 1948-1949-cu illərdə tarixi-etnik torpaqlarından zorla Azərbaycana deportasiya olunmuşdur.
1986-cı ildə çap edilmiş «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə burada yaşayan azərbaycanlı əhali erməni əhalisi kimi göstərilir. Guya, burada elə tarixən ermənilər yaşamışdır. Bu, erməni saxtakarlığının bir formasıdır.
Toponim Azərbaycan dilində «orta, iki yerin arası, ara» mənasında işlənən aralıq sözü ilə mənsubluq bildirən -lı şəkilçisinin qəbul etdiyi kolanı türk tayfa adı əsasında əmələ gəlib «aralıqda kolanı tayfasına aid kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Kəndin adı əvvəlcə dəyişdirilib Aralıq, sonra Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə yenidən dəyişdirilib Qriboyedov qoyulmuşdur.
Mənbə
redaktə- İbrahim Bayramov. Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Bakı, 2002. (az.)
- İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996, 184 səh.
- Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913,530 с.