Araqonlu Eleonora - Wikipedia
Araqonlu Eleonora - Wikipedia - Haqqında Məlumat
Araqonlu Eleonora (isp. Leonor de Aragón; 20 fevral 1358 – 13 avqust 1382) — Araqon kralı IV Pyotrun qızı və Kastiliya kraliçası.
Araqonlu Eleonora | |
---|---|
18 iyun 1375 – 13 avqust 1382 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 fevral 1358 |
Vəfat tarixi | 13 avqust 1382 (24 yaşında) |
Fəaliyyəti | kraliça-konsort[d] |
Atası | IV Pyotr |
Anası | Siciliyalı Eleonora |
Həyat yoldaşı | I Con |
Uşaqları |
III Henri I Ferdinand |
Dini | katolisizm |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəEleonora atasının üçüncü evliliyindən dünyaya gəlmişdi və kralın ən kiçik övladı idi. Qardaşlarından ikisi - Con və Martin Araqon kralı olsa da, heç birinin oğul varisi dünyaya gəlmədi.
Eleonora 18 iyun 1375-ci ildə Kastiliya kralı I Conla Soriyada evləndirildi. Bu evliliklə Araqon və Kastiliya arasında 1374-1375-ci illərdə bağlanan atəşkəs gücləndirildi. Cütlüyün bu evlilikdən 3 övladı dünyaya gəldi:
Yeddi il davam edən evliliyin ardından Eleonora 13 avqust 1382-ci ildə doğum əsnasında vəfat etdi. Dünyaya gələn qız uşağına onun adı verilsə də, eyni gün uşaq vəfat etdi.
Mənbə
redaktə- Previté-Orton, Charles William (1960). The Shorter Cambridge Medieval History. Vol. 2. Cambridge University Press.
- Lundy, Darryl (10 May 2003), Eleanor de Aragón, thepeerage.com, pp. 11340 §113398 cites:
- Louda, Jirí; MacLagan, Michael (1999), Lines of Succession: Heraldry of the Royal Families of Europe (2nd ed.), London: Little, Brown and Company