Araz Haciyev - Wikipedia
Araz Yaquboğlu (tam adı: Hacıyev Araz Yaqub oğlu; 1 avqust 1973[1], Yeni Daşkənd, Azərbaycan SSR) — tədqiqatçı,[2] jurnalist, "Qızıl qələm" media mükafatı (2011)[3] və Həsən bəy Zərdabi mükafatı (2023) laureatı, Laçın yurdu jurnalında baş redaktorun müavini,[4] Azərbaycan Jurnalistlər Birliyinin (2023-cü ildən) və Azərbaycan Aşıqlar Birliyinin üzvü (2023-cü ildən).[5]
Araz Yaquboğlu | |
---|---|
Araz Yaqub oğlu Hacıyev | |
Doğum adı | Araz |
Təxəllüsü | Yaquboğlu |
Doğum tarixi | 1 avqust 1973[1] (51 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Gülbəniz Hacıyeva (Kərimova) |
Uşağı | 2 |
Atası | Yaqub Hacıyev[d] |
Anası | Əsmətel Hacıyeva |
Təhsili |
|
İxtisası | Sənaye və mülki tikinti |
Fəaliyyəti | jurnalist, mühəndis, şair, tədqiqatçı, dizayner, yazıçı, vikipediyaçı |
Fəaliyyət illəri | 1992-ci ildən |
Əsərlərinin dili | Azərbaycan dili |
Janrlar | poeziya, publisistika, tədqiqat, esse, memuar |
Tanınmış əsərləri | |
Üzvlüyü |
|
Araz Yaquboğlu Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAraz Yaquboğlu 1973-cü il avqustun 1-də Bərdə rayonunun Yeni Daşkənd kəndində ziyalı ailəsində anadan olub. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir. Atası Yaqub Hacıyev Bərdə rayonunda tanınmış mühəndislərdən olub.[6]
Araz Yaquboğlu 1980-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbinin I sinfinə getmiş və 1990-cı ildə həmin məktəbin XI sinfini bitirmişdir. 1989-cu ildə Bərdə rayonu üzrə keçirilən riyaziyyatdan fənn olimpiadasında I yeri tutmuşdur. Orta məktəbdə oxuyarkən 1989–1990-cı illərdə məktəbin komsomol təşkilat katibi olmuşdur.
2 avqust 1990-cı ildə ilk əmək fəaliyyətinə Azərbaycan SSR Sənaye Müəssisələri İstehsalat Birliyinin Bərdə Nüşabə Kooperativində fəhlə kimi başlamışdır. 1 fevral 1991-ci ildə iş yerini dəyişərək 9 №li Dəmir Beton Məmulatları Zavodunda çilingər işləmişdir.
1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "İnşaat" fakültəsinə qəbul olmuşdur. 1996-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin "Sənaye və mülki tikinti" ixtisasını əla qiymətlərlə bitirmişdir.
Ali məktəbdə oxuduğu müddətdə təhsildən ayrılmamaqla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnə quraşdırıcısı vəzifəsində çalışmışdır (30 sentyabr, 1994 – 31 dekabr, 1994).
O, 1994–1996-cı illərdə Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur.
1995-ci ildə Bakı Ali Menecer Kollecinin İnşaatçı menecment ixtisasını bitirmişdir.
Haqqında "İnşaatçı kadrlar uğrunda" qəzetinin 26 oktyabr 1994-cü il tarixli, № 6(245) sayında Dilarə Mikayılovanın "Nümunəvi tələbə" başlıqlı məqaləsi dərc olunmuşdur.
1992-ci ildən şeirləri və məqalələri mərkəzi qəzetlərdə, jurnallarda və almanaxlarda çap olunur.[7] Bir çox kitabların redaktoru və tərtibçisidir.[8]
2012-ci ilin 1 yanvarından Laçın yurdu jurnalında baş redaktorun müavinidir.[9]
12 iyul 2023-cü ildə Azərbaycan Jurnalistlər Birliyinə, 17 iyul 2023-cü ildə isə Azərbaycan Aşıqlar Birliyinə üzv qəbul edilmişdir.[10]
Şəxsi həyatı
redaktəAiləlidir, bir oğlu və bir qızı var.
Vikimedia hərəkatında iştirakı
redaktəAraz Yaquboğlu 30 aprel 2010-cu ildən "Araz Yaquboglu" istifadəçi adı ilə Azərbaycanca Vikipediyanın aktiv istifadəçisi, 23 sentyabr 2013-cü ildən isə Azərbaycanca Vikipediyada inzibatçıdır.[11] 2017-ci ildə olan məlumata görə 6000 məqalənin müəllifidir.[12]
Həmçinin Azərbaycan dilində olan Vikipediya ilə yanaşı, Vikikitabın, Vikisitatın və Vikimənbənin də inzibatçısıdır.[13]
Filmoqrafiya
redaktə- Bitməyən ömür (film, 2013)
- Torpağımız... Tariximiz... Taleyimiz... (film, 2015)
Kitabları
redaktə- Elin yaddaşında yaşayan ömür. Bakı: "Nurlan", 2006, 160 səh.
- Bir kökün budaqları. Bakı: "Nurlan", 2006, 216 səh.[14]
- Daşkənd aşıqları və şairləri. Bakı: "Nurlan", 2008, 416 səh.
- Tələbə dünyası. Bakı: "Elm və təhsil", 2011, 184 səh.
- "Ömrün şəhidlik zirvəsi", Bakı, "Elm və təhsil", 2012. – 160 səh. + 16 səh. şəkil.
- "Bitməyən ömür", Bakı, "Nurlar", 2013. – 400 səhifə. + 96 səh. şəkil.(azərb.)
- Elin Şiruyəsi, sözün sərrafı, Bakı, "SkyG", 2016, 400 səh., 300 tiraj. ISBN 978-9952-440-08-05
- Daşkənddən Yeni Daşkəndə. Bakı, "Elm və təhsil", 2023. 480 səh. (+64 səh. şəkil). ISBN 978-9952-568-22-6
- Sazın-sözün sorağında. Bakı, "Elm və təhsil", 2023. 200 səh. ISBN 978-9952-568-35-6
- Rəşadətli Rəşadət. Bakı, "Elm və təhsil", 2023. 144 səh. (+32 səh. şəkil) ISBN 978-9952-568-48-6[15]
Mükafatları
redaktə- 2011 — "Qızıl qələm" media mükafatı.
- 2021 — "Laçın" döş nişanı (№ 073).
- 2021 — "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin Fəxri Diplomu.
- 2022 — "Aşıq Ələsgər – 200" yubiley medalı (№ 00077)[16]
- 2023 — Həsən bəy Zərdabi mükafatı.
- 2023 — "Ziyadar" mükafatı.[17]
İstinadlar
redaktə- ↑ 1 2 Tədqiqatçı-jurnalist Araz Yaquboğlu təltif edilib // https://sherg.az/gundem/203187.
- ↑ "Aşıq İslam Yarpızlının həyat və yaradıcılığı haqqında" (az.). azab.az. 2 mart 2011. 2016-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16.03.2014.
- ↑ "Aşıq Əli Şairov" (az.). www.bizimyazi.com. 2011-05-03. 2016-03-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-18.
- ↑ Araz Yaquboğlu. "Maliyyə çətinlikləri çəkən jurnalın yeni sayı nəşr olunub" (az.). karabakhmedia.az. 2016-10-06. 2016-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-06.
- ↑ ""Sazın-sözün sorağında" adlı kitabın təqdimatı olub" (az.). yazarlar.az. 9 avq 2023. 9 avq 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avq 2023.
- ↑ "Araz Yaquboğlu" (az.). goyche.info. 2009-02-17. 2014-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-18.
- ↑ "Araz Yaquboğludan dörd şeir" (az.). karabakhmedia.az. 01 avqust 2016. 2016-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-02.
- ↑ Emil Camalov. "Göyçə mahalının Daşkəndi haqqında nəfis kitab işıq üzü gördü". "ARAZ" qəzeti (az.). araz.az. 2012. 2018-08-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21.05.2015.
- ↑ ""Laçın yurdu" jurnalının yeni sayı işıq üzü görüb" (az.). lacin.info. 2015-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16.03.2014.
- ↑ "Publisist Araz Yaquboğlu AJB və AAB-a üzv qəbul edilib". rakus.az (az.). rakus.az. 20 iyul 2023. 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2023.
- ↑ "Araz Yaquboglu üçün idarəçi statusunun verilməsi ilə bağlı səsvermə". 2015-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-18.
- ↑ Ramil Cəbrayıl. "İnformasiya müharibəsində təmənnasız xidmət göstərən tədqiqatçı" (az.). karabakhmedia. 07-08-2017. 2017-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-29.
- ↑ Elnur Eltürk. "Milli Mətbuat və jurnalistika gününə VİKİTÖHFƏ..." (az.). moderator.az. 2018-07-22. 2018-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-25.
- ↑ "YENİ KİTABLAR (sıra sayı:281)" (az.). kitabklubu.org. 2014-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.03.2014.
- ↑ "ARAZ YAQUBOĞLUNUN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB". yazarlar.az (az.). 2023-09-24. 2023-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2023.
- ↑ "Tədqiqatçı-jurnalist Araz Yaquboğlu təltif edilib". sherg.az (az.). 2 avqust 2022. 2 avqust 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2022.
- ↑ "ARAZ YAQUBOĞLU MÜKAFATLANDIRILIB" (az.). yazarlar.az. 4 avq 2023. 9 avq 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avq 2023.
Mənbə
redaktəXarici keçidlər
redaktə- Araz Yaquboğlu — Facebook səhifəsi
- Dünya Gənc Türk Yazarlar Birliyi Arxivləşdirilib 2017-04-25 at the Wayback Machine: "El şairi Muxayıl Göyçəli" məqaləsi Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine. müəllif: tədqiqatçı Araz Yaqub oğlu Hacıyev, yayınlanma tarixi: 24 dekabr 2010-cu il. * "Aşıq İslam Yarpızlının həyat və yaradıcılığı haqqında" (az.). dgtyb.org. 16 Fevral, 2011 10:06:00. 2016-03-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16.03.2014.
- Arif Məmmədli. "Uğurlarına sevinirik" (az.). butov.az. 01 avqust, 2014. 17:20. İstifadə tarixi: 01.08.2014.