Arianliq - Wikipedia
Arianlíq — IV—VI yüzilliklərində yaranan və İsanın təbiətinin Ata tərəfindən yaradılmış olduğunu iddia edən xristian təlimlərdən biri. Təlimin yaradıcısı İskəndəriyyə keşişi Arius (q. yun. Ἄρειος, ö. 336) olmuşdur.
Erkən xristianlıq |
Yunandilli apologetika:
Yustin • Tatian • Afinoqor • Teofil Latındilli apologetika:
Minusius Feliks • Arnobius • Laktansius • Tertullian Qnostiklərə qarşı olanlar:
|
Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:
Rəsmi kilsə tərəfdarları:
Atanasius • İoann Xrisostom • Saxta Dionisius Xristoloji mübahisələr səbəbilə ayrılan təriqətlər:
|
Latın qərbində Kilsə Ataları
Boesius • Kassiodor • Avqustin Avrelius |
Arianlıq öncə Roma imperiyasının Şərq vilayətlərində yayılmışdır. Sonra imperator Konstantindən sonra II Valentin dövrüvə qədər, daha sonra isə Alman kralıqlarında rəsmi dövlət statusunda olmuşdur. Sonda ortodoks kilsələrlə mübarizədə məğlub olmuşdur, tarixdən silinmişdir.
Yaranma öncəki olaylar
redaktəIV əsrin əvvəllərində, Roma imperiyasında Xristianlığa, əvvəlcə, başqa dinlərlə bərabər hüquqlar verilmişdi, sonra isə bu din imperiyanın rəsmi dininə çevrilmişdir. Xristianlığın dövlət dini səviyyəsinə qaldırılması imperator Konstantinusun adı ilə bağlıdır. O, bu addımı siyasi səbəblərə görə atmışdı. Məsələ bundadır ki, IV əsrin əvvəllərində xristianlar geniş xalq kütlələrinə təsir etmə imkanı olan təşkilatlar yarada bilmişdilər. Xeyriyyə işləri və axirətdə xilas olma ideyaları imperiyanın ən kasıb təbəqələri üçün cəzbedici görsənirdi. Digər tərəfdən isə, hakimiyyətə qarşı səbrli olmaq ideyaları, onları dövlət başçılarına qarşı üsyan etmə ehtimalının qarşısını alırdı. Eyni zamanda, kilsə tərəfindən müəyyən edilmiş dini qanunları və ehkamları qəbul etmək, keşişlərə tabe olmaq, Xristianlığın prinsiplərindən idi. Bu cür din monarxiya üsul-idarəsi üçün çox əlverişli idi.
Bunu başa düşən imperator Konstantin, imperiyada sabitliyə nail olmaq və öz hakimiyyətini möhkəmləndirmək üçün, xristian faktorundan istifadə etməyə başladı. İlk növbədə o, 313-cü ildə, Xristianlığı hüquqi nöqteyinəzərdən, başqa dinlərlə bərabərləşdirən Mediolan fərmanını imzalamışdır.
Ancaq Xristianlığın, müsbət və əlverişli cəhətləri ilə bərabər, nöqsanlı cəhətləri də var idi. Onun daxilində parçalanma hökm sürürdü və vahid, hamı tərəfindən qəbul edilən doktrinası hələ formalaşmamışdı. Xristianlığın parçalanması hətta çox təhlükəli təmayüllərin yaranmasına gətirib çıxarmışdı. O zaman xristian birliyinə ən ağır zərbəni donatçılar vurmuşdurlar. Onlardan başqa montançılar, markionçular, maniçilər, monarxiyanlar və başqa təriqətlər yayılmaqda idi.
Arian təlimi
redaktəElə o zaman Xristianlıqda daha bir böyuk ixtilaf yaranmışdır. İsanın mahiyyətinin nədən ibarət olması haqqında xristoloji mübahisələr rəsmi Kilsəni parçalanma həddinə gətirmişdi. Bu mübahisələr İsanın Tanrı ilə eyni mahiyyətə (homousios) və ya ona bənzər mahiyyətə (homojusios) malik olması sualından yaranmışdır. Bu mübahisə İskəndəriyyədə başlanmışdı.
İsanın Tanrıya bənzər mahiyyətə malik olması ideyası ilə presviter Arius çıxış etmişdir. Onun fikrincə Loqos (İsa) Tanrı tərəfindən yaradılmışdır. Ata ilə Oğulun təbiətləri eyni deyil. Belə olmasaydı onların arasında fərq olmazdı. Ariusun fikrincə, İsa hər şeydən əvvəl yaradılmışdı, lakin əbədi deyil. O, başqa yaradılmışlara nisbətən daha üstündür, çünki Tanrı dünyanı onun vasitəsi ilə yaratmışdı[1]. Ata ilə Oğulun arasında mütləq, Oğul ilə digər yaradılmışlar arasında isə nisbi fərqlər vardır. Əgər Oğul Ataya bərabər adlanırsa buna Atanın özü razılıq vermişdir. Deməli o doğulmuş Oğul deyil, yaradılıb, sonra Ata tərəfindən oğulluğa götürülüb[2]. Bütün yaradılmışlar kimi, İsanın da azad iradəsi, xeyri şərdən ayırma seçimi vardır. Bu iradəni xeyrə yönəltdiyinə görə o günahsız olmuşdur.
Beləliklə, Arius deyirdi ki, İsanın təbiəti Tanrının təbiətindən fərqli olsa da, ona bənzərdir. O, birinci və ən üstün yaradılmışdır, adi insan deyil.
Ariusun bu fikirlərinə qarşı yepiskop Aleksandr və onun ardıcılı olan Afanasios çıxış etmişdirlər. Onların fikrincə, Ata ilə Oğulun təbiətləri birdir. Tanrı insan bədənində dünyaya ona görə gəlmişdir ki, insanı özünə tərəf yönəltsin. Oğulu (İsanı) tanıyan, Atanı da tanıyacaq. Onlar vəhdətdədirlər.[3]
Beləliklə də arianlar xristianların çoxusunun qəbul etdiyi üçlük inancı rədd etmiş oldular[4].
Nikeya kilsə məclisi
redaktə320-ci ildə kilsə məclislərinin birində İskəndəriyyə kilsəsinin başçısı vəzifəsində olan yepiskop Aleksandr, Ariusu kilsədən aralamış, onun təlimini rədd edib, "heres" (küfr) adlandırmışdır. Lakin, buna cavab olaraq, Arius və onun tərəfdarları öz fəaliyyətlərini qətiyyətlə davam etdirib, genişləndirmişdirlər. Beləliklə vahid təlimi olmayan kilsədə parçalanma meylləri daha da artmışdır.
Olayların bu cür gəlişməsi, Xristianlıq faktorundan öz siyasi maraqları üçün istifadə etmək istəyən bütpərəst imperator Konstantinin planları ilə üst-üstə düşmürdü. Kilsənin parçalanmasına son qoymaq istəyən imperator, 325-ci ildə Nikeya şəhərində I Ekumen Kilsə Məclisini çağırmışdı. Orada o, yepiskop Aleksandrın və Atanasiosun fikirlərini dəstəklədi və, nəticədə, arianlıq pisləndi və "heres" adlandırıldı."The Seven Ecumenical Councils" . Christian Classics Ethereal Library.
Beləliklə, Nikeya məclisinin qərarı ilə Atanın Oğulla vəhdət təşkil etməsi ehkamı rəsmi şəkildə qəbul olundu. Bu qərarın arxasında imperator Kontantinusun dayanması, onu rəsmi doktrinaya çevirdi. Məsələ bundadır ki, imperator tərəfindən dəstəklənən qərara qarşı çıxmaq, dövlətə qarşı çıxmaq demək idi. Buna görə Nikeya məclisindən sonra arianlığa və başqa təriqətlərə qarşı təqiblər kompaniyası başlandı.
326-cı ildə İskəndəriyyə yepiskopu Aleksandrın ölümündən sonra bu vəzifəni Afanasios tutmuşdu. O arinanlara qarşı mübarizəni davam etmişdi. Ancaq bir qədər sonra durum dəyişmişdi. Arianlara qarşı aparılan siyasət onların etirazları ilə qarşılaşmışdı. Onların böyük nüfuzu isə Romada siyasi sabitliyi poza bilərdi. Buna görə imperator Konstantin öz seçimini dəyişərək bu dəfə arianları dəstəkləməyə başladı. Bundan sonra təqiblərə arianlar deyil, yepiskop Afanasios və onun tərəfdarları məruz qalmışdılar.
İxtilafın güclənməsi dövrü
redaktə335-ci ildə Fələstinin Tir şəhərində arianlar öz kilsə məclislərini yığıb Atanın Oğula bənzər olması formulasını (homosusios) qəbul edib, Afanasios tərəfindən müdafiə edilən, onların eyni mahiyyətli olması fikrini rədd etmişdilər[5]. Nikeyada qəbul edilən qərar artıq öz qüvvəsini itirmiş olmuşdu. İmperator Konstantin də yeni formulanı dəstəkləmişdi. Rəvayətə görə o, ölümündən bir az əvvəl Xristianlığı arian formasında qəbul etmişdi.
Lakin arianların qələbəsi də gözlənilən nəticələr verməmişdir. Məsələ bundadır ki, Atanın Oğulla bir mahiyyətə malik olması ideyasının da çoxlu tərəfdarları var idi. Onlar da öz növbəsində Tir Kilsə Məclisinin qərarlarını rədd etmişdilər. Konstantinuin ölümündən sonra, onların mövqeyi daha da gücləndi. İmperiyanın Şərqində isə hakim ideologiya arianlıq idi.
Lakin arianların qələbəsi də gözlənilən nəticələr verməmişdir. Məsələ bundadır ki, Atanın Oğulla bir mahiyyətə malik olması ideyasının da çoxlu tərəfdarları var idi. Onlar da öz növbəsində Tir Kilsə Məclisinin qərarlarını rədd etmişdilər. Konstantinusun ölümündən sonra, onların mövqeyi daha da gücləndi. İmperiyanın Şərqində isə hakim ideologiya arianlıq idi.
Bu ziddiyyətlərin ortadan qaldırılması üçün, Roma yepiskopu I Yulius (Julius) (337-352) 343-cü ildə Serdik (Müasir Bolqarıstan paytaxtı Sofiya şəhərinin qədim adıdır) şəhərində Kilsə Məclisini yığmışdı. Bu məclisdə Roma imperiyasının qərbindən olan yepiskoplar çoxluq təşkil etdiyinə görə, Nikeya məclisində qəbul edilmiş qərar dəstəkləndi. Serdik məclisinin qərarı ilə, bununla razı qalmayan yepiskoplar öz etirazlarını Roma yepiskopuna çatdıra bilərdilər. Bundan sonra Roma papalarının nüfuzu artdı və onlar başqa kilsələr üzərində rəhbərlik etmək iddiasında oldular.
Arianlığın müvəqqəti qələbəsi
redaktə355-ci ildə imperator Konstansius (Constantius) Mediolan (indiki Milan) şəhərində növbəti Kilsə Məclisi yığmışdı. Məclis çox gərgin şəraitdə keçmişdir. Keşişlər bir-biri ilə davaya çıxmışdırlar. İş o yerinə çatmışdır ki, İmperator Konstansius əlinə qılıncı alıb yepiskopları hədələyərək bağırmışdır:
Mənim buyruqlarım sizin üçün kilsə qanunudur (kanondur)[6] |
Orada Sardika Kilsə Məclisinin qərarları rədd edildi, yepiskop Afanasios və onun tərəfdarlarına qarşı təqiblərə başlanıldı[7]. Beləliklə arianlıq tam qələbə çaldı.
Sonra Roma papası Liberius (352-366) hakimiyyətin təzyiqləri altında bir barışdırıcı fikirlə çıxış etmişdi. O demişdi ki, Atanın Oğul ilə eyni mahiyyətə malik olması, ya da ona bənzər olması, insan əqli tərəfindən dərk edilməyən məsələdir, çünki bu barədə Müqəddəs Kitabda bir şey deyilmir.
Ancaq arianlığın qələbəsi müvəqqəti xarakter daşıyırdı. Onun daxilində birlik yox idi və bu cərəyan təriqətlərə bölünməyə başladı.
Arianlığın yenilməsi və ortalıqdan çıxması
redaktəİmperator Feodosiusun (Theodosius) dövründə (379-395) arianlıq məğlub edilib, ortalıqdan çıxarılmışdır. 381-ci ildə imperator Konstantinopolda yeni Kilsə Məclisini çağırıb, mövcud olan bütün xristian dininin əsas etiqad prinsiplərini yenidən nəzərdən keçirmişdi. Son olaraq o, yalnız Atanın Oğulla bir mahiyyətə malik olması formulasını bəyənərək, başqalarını qanundan kənar elan etmişdi. Bu qərar imperatorun əmri idi. Bunu qəbul etməyənlər ağır işgəncə və təqiblərə məruz qalmışdılar. Arius isə yenə də "heretik" elan olunmuşdur[8].
Beləliklə zor gücü ilə sonda vahid kilsənin yaradılması mümkün olmuşdur. O zaman, Roma papası Damasus isə, Hiyeronim (Hieronimus) (342-420) tərəfindən edilmiş Bibliyanın latın dilinə tərcüməsini bəyənərək, Müqəddəs Kitabın başqa variantlarını qanundan kənar vəziyyətində qoymuşdur.
Bütün bu hadisələrə baxmayaraq müxtəlif xristian təriqətləri öz fəaliyyətlərini müxtəlif formalarda, əksər hallarda gizli halda, davam etdirirdilər. Vaxtaşırı onlara qarşı müxtəlif tədbirlər həyata keçirilirdi.
Xristianlığın dövlət dininə çevrilməsi prosesində yeganə maneə imperator Yulian (Julianus) (361-363) olmuşdur. O bütpərəstliyi dirçəltmək istəyirdi və bütün dinlərə bərabər hüquqların verilməsinin tərəfdarı idi. Ancaq Yulian Sasanilərlə savaş zamanı öldürülmüş və onun ölümündən sonra Xristianlığın dövlət dininə çevrilməsi prosesi bitmişdi.
Təsiri
redaktəArianlığın müddəaları zaman-zaman başqa xristian təlimlərində təkrar olunurdu. Xristian tarixinə çox böyük təsir göstərmişdir. Bütün İsanı Tanrı tərəfindən yaradılmış hesab edən təriqətlərin mənşəyi arianlıqdan gəlir. Çağdaş zamanda bu inanc "Yehovanın şahidlərində", Mormonlarda və bəzi başqa təriqətlərdə vardır.
Mənbə
redaktə- Aydın Əlizadə[ölü keçid] (2007). Xristianlıq: tarix və fəlsəfə. Bakı: Əbilov, Zeynalov və qardaşlar, s. 70-73. ISBN 5-87459-013-7[ölü keçid]. 2016 tarixində arxivləşdirilib. 2016-08-16 tarixində istifadə olunub.
Ədəbiyyat
redaktə- Aydın Əlizadə[ölü keçid] (2007). Xristianlıq: tarix və fəlsəfə. Bakı: Əbilov, Zeynalov və qardaşlar, s. 70-73. ISBN 5-87459-013-7[ölü keçid]. 2016 tarixində arxivləşdirilib. 2016-08-16 tarixində istifadə olunub.
- Christian Cyclopedia: Arianism Arxivləşdirilib 2009-10-18 at the Wayback Machine
- Jewish Encyclopedia: Arianism
- Concordia Cyclopedia: Arianism (page 1) Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine (page 2) Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine (page 3) Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine
- The Arians of the fourth century by John Henry "Cardinal" Newman in "btm" format Arxivləşdirilib 2013-03-03 at the Wayback Machine
- Concise Summary of the Arian Controversy
- English translations of all extant letters relating to early Arianism Arxivləşdirilib 2008-09-25 at the Wayback Machine
- A map of early sympathizers with Arius
- Сократ Схоластик, Церковная история, Книга 1.
- Григорий Назианзин, Слово 3, Защитительное при бегстве в Понт.
- Рудоквас А. Д., Очерки религиозной политики Римской империи времени императора Константина Великого Arxivləşdirilib 2005-04-28 at the Wayback Machine.
Həm də bax
redaktəİstinadlar
redaktə- ↑ Heather and Matthews. Goths in the Fourth Century. p. 143.
- ↑ Williams, Rowan (2002). Arius: heresy and tradition Arxivləşdirilib 2021-09-22 at the Wayback Machine. Wm. B. Eerdmans Publishing Co. p. 98.
- ↑ Catholic Encyclopedia: Athanasius Arxivləşdirilib 2020-12-11 at the Wayback Machine.
- ↑ Newton, Sir Issac. "Newton's Arian beliefs Arxivləşdirilib 2019-10-26 at the Wayback Machine"
- ↑ Socrates of Constantinople, Church History, book 1, chapter 33 Arxivləşdirilib 2020-12-09 at the Wayback Machine. Anthony F. Beavers, Chronology of the Arian Controversy.
- ↑ Карташев А.В. Вселенские соборы Arxivləşdirilib 2018-12-03 at the Wayback Machine. М., 1994. С. 76.
- ↑ "Sacred Texts, Early Church Fathers – Chapter XX Of the Council at Sardica". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-09.
- ↑ First Council of Constantinople, Canon 1 Arxivləşdirilib 2022-03-19 at the Wayback Machine" . ccel.org.
Xarici keçidlər
redaktə- Faiq Rəsulzadə. "Arianlar (Araşdırma)" ( (az.)). faiqrasulzade.blogspot.com. 2014-06-20. 2015-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-09. [1] Arxivləşdirilib 2015-08-26 at the Wayback Machine