Arif Serifov - Wikipedia
Şərifov Arif Rza oğlu — AzMİU-nin Elm və texnika işləri üzrə prorektoru, texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının "Əməkdar müəllimi".
Arif Şərifov | |
---|---|
Arif Rza oğlu Şərifov | |
Vətəndaşlığı | Azərbaycan |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | professor |
İş yerləri | Azərbaycan Memarlıq və İnşaat Universiteti |
Mükafatları | Azərbaycanın "Əməkdar müəllimi" |
Həyatı
redaktəArif Şərifov 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunun "İnşaat, yol maşınları və avadanlığı" ixtisasını bitirmiş və təyinatla gənc mütəxəssis kimi "İnşaat maşınları" kafedrasında assistent vəzifəsinə işə götürülmüşdür. 1969-cu ildə Leninqrad (Sankt-Peterburq) İnşaat mühəndisləri İnstitutunun aspiranturasına daxil olmuş, 1971-ci ildə namizədlik, 1994-cü ildə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. 1973-1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunun komsomol komitəsinin katibi vəzifəsində işləmiş, AzLKGİ XXIX qurultayına nümayəndə seçilmişdir. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun partiya komitəsi katibinin təşkilat məsələləri üzrə müavini vəzifəsində çalışmışdır. 1967-ci ildən "İnşaat, yol və meliorasiya maşınları" kafedrasında assistent, baş müəllim, dosent, professor vəzifələrində işləmiş və yeni yaradılmış "Mexanikləşdirmə və avtomatlaşdırma" fakültəsinin ilk dekanı seçilmişdir. İnşaat, yol və meliorasiya maşınlarının hidravlik sistemlərindəki işçi mayelərin təmizlənməsi problemləri ilə məşğul olur. 120-dən çox elmi məqalənin, monoqrafıyanın, 7 müəlliflik şəhadətnaməsinin, 20 dərslik, dərs vəsaiti və metodiki göstərişlərin müəllifıdir.
Hazırda "İnşaat, yol və meliorasiya maşınları" kafedrasının müdiri, Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində fəaliyyət göstərən D.02.042 Dissertasiya Şurasının, Kvalifıkasiya məsələləri üzrə, Müsabiqə komissiyasının Sədri və Təhsil Nazirliyinin "Nəqliyyat" bölməsi üzrə tədris-metodiki şurasının üzvüdür.
Bir sıra beynəlxalq və respublika elmi konfranslarında iştirak etmişdir. Elmi rəhbərliyi ilə 7 nəfər elmlər namizədi hazırlanmışdır.