Arif Sirvani - Wikipedia
Arif Sirvani - Wikipedia - Haqqında Məlumat
Arif Şirvani (1786, Lahıc – 1866, İrəvan) — Azərbaycanın XVIII əsrdə yaşamış şairlərindən biri. Mustafa xanın saray şairi.
Arif Şirvani | |
---|---|
Kərbəlayi Allahi Arif | |
Doğum tarixi | 1786 |
Doğum yeri | |
Vəfat tarixi | 1866 |
Vəfat yeri | |
Fəaliyyəti | şair |
Arif Şirvani əsasən qəzəl və həcvlər yazmışdır. Əsərlərində dövrünün zülm və haqsızlıqlarından, vəfalı sirdaşın yoxluğundan şikayətlənmiş, Şamaxı hakimi Mustafa xanı və onun əyanlarını tənqid etmişdir[1].
Şirvan hakimi Mustafa xanın (1792–1820) sarayında yaşamış, sonralar ondan inciyərək, İrəvan xanı Hüseyn xanın sarayına getmişdir. Kərbəlayi Allahi Arifin ilk kitabın Salman Mümtaz toplayıb nəşr etdirmişdir.[2]
İstinadlar
redaktə- ↑ "Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi". Tərtib edəni A.M. Babayev, Bakı, "Maarif", 1993, səhifə 13.
- ↑ "Arxivlənmiş surət". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |