Arif Qezvini - Wikipedia
Arif Qəzvini (farsca: ابوالقاسم عارف قزوینی; 1882, Qəzvin – 21 yanvar 1934[1], Həmədan) — İran şairi və bəstəkarı.
Arif Qəzvini | |
---|---|
Doğum tarixi | 1882 |
Doğum yeri | |
Vəfat tarixi | 21 yanvar 1934[1] |
Vəfat yeri | |
Fəaliyyəti | şair, bəstəkar, söz yazıçısı[d], mahnı yazarı[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Siyasi təsnifat və siyasi qəzəl janrının yaradıcısıdır. 1905–1911-ci illərdə İrannın Məşrutə inqilabında iştirak etmişdir. Gözəl bir səsi olan şair Tehranda konsertlər vermiş, vətənpərvərlik hisslərini tərənnüm edən təsnifləri ilə şöhrət qazanmışdır. "Yaşasın", "Azadlıq müjdəçisi", "Quşun naləsi", "Ölüm libası" və s. şeirlərini xalq dilində yazmışdır. 150-yə yaxın qəzəl, qitə, qəsidə, məsnəvi və təsniflərdən ibarət "Divan"ı ilk dəfə 1924-cü ildə əvvəl Berlində, sonra Tehranda çap olunmuşdur. Həyatının son illərini Həmədanda sıxıntı içində yaşamış, orada da vəfat etmişdir.[2]
Arif Qəzvini həmçinin İran milliyətçiliyinə bağlı olan baxışlarıyla seçilmişdir. Qəzvini, İranda Azərbaycan türkcəsinin danışılmasına qarşı çıxmış, bu dilin "türklərin və monqolların hökmranlığının utanc verici izi" olduğunu demiş, bu dilin bütün iranlıların milli dili saydığı "gözəl və şirin" fars diliylə əvəz edilməsinə çağırışlar edirdi. Bu görüşləri yaradılıcığında da əks olunmuşdur:[3][4][5]
زبان ترك از براي از قفا كشيدن است
صلاح , پاي اين زبان ز مملكت بريدن است
دو اسبه با زبان فارسي از ارس پريدن است
نسيم صبحدم برخيز بگو به مردم تبريز
كه نيست خلوت زرتشت جاي صحبت چنگيز
Tərcüməsi:
Türkün dilini dartıb boynunun ardından çıxartmaq lazımdır;
Bu dilin ayağını məmləkətdən kəsmək və fars dili ilə dördnala Arazı keçmək məsləhətdir;
Ey səhər küləyi, qalx və təbrizlilərə de ki,
Zərdüşt yurdu (yəni İran) boş deyil və burada Çingizin söhbəti gedə bilməz.[6][7][4]
Xarici keçidlər
redaktə- Abolqassem Aref Ghazvini, Rouhollah Khaleghi Artistic Center / Kanun-e Honari-e Rouhollah Khaleghi
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ "Arxivlənmiş surət". 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-19.
- ↑ "İranşəhr" qəzeti, 18 oktyabr 1923, səh. 95–103
- ↑ 1 2 "Arxivlənmiş surət". 2020-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-19.
- ↑ "Arxivlənmiş surət". 2021-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-19.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2021-07-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-07-19.
- ↑ "Arxivlənmiş surət". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-19.