Arif Rehimov - Wikipedia
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Arif Məhi oğlu Rəhimov (1938, Ağdam) — texnika elmləri doktoru, professor.
Arif Rəhimov | |
---|---|
Arif Məhi oğlu Rəhimov | |
Doğum tarixi | 1938 |
Doğum yeri | |
Elm sahəsi | texnika |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yerləri | |
Təhsili |
Həyatı
redaktəArif Rəhimov 1938-ci ildə Ağdamda anadan olmuşdur. O, 1955-ci ildə Ağdam 1 saylı orta məktəbi bitirdikdən sonra 1955–1960 illərdə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Neft-mexanika fakültəsində təhsil almışdır.[1]
O, 1965 ildə namizədlik, 1996 ildə doktorluq dissertasiyasını müdafiə edib, texnika elmləri doktoru alimlik dərəcəsini almışdır.
Arif Rəhimov hazırda Azərbaycan Dövlət Neft Akademiyasının kafedrasının müdiridir.
Elmi fəaliyyəti
redaktəArif Rəhimov 100-ə yaxın elmi məqalə, 2 kitab, 4 dərs vəsaiti çap etdirmişdir.[1]
Onun elmi işi əsasən mahiyyəti yeni kompozisiya materiallarının yaradılması və yeni mütərəqqi e’mal üsullarının tərtibi məsələlərinə həsr olunmuşdur.
Arif Rəhimov ÇİXTHS-nin bürünc medalına layiq görülmüşdür.
İstinadlar
redaktəMənbə
redaktə- Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001