Arin Golu - Wikipedia
Arin gölü — Bitlis ilinin Adilcevaz ilçəsinin sərhədləri daxilində, Van gölünün şimal sahilində yerləşən göl. Göl Van gölünün 5 metr daha yüksək olduğu dövrdən qalmadır (qalıq göldür). Van gölündən dalğa və axıntıların əmələ gətirdiyi 1000 metr genişlik və 4 metr yüksəklikdə sahil kolidoru ilə ayrılır.
Arin gölü | |
---|---|
Yerləşməsi | |
38°48′43″ şm. e. 42°59′21″ ş. u.HGYO | |
Ölkə | |
|
1657 hektar sahəyə sahib göl dəniz səviyyəsindən 1650 metr yüksəklikdədir. Dünya miqyasında təhlükə altında olan dikquyruqların çoxalma sahəsi olan göl köçəri quşların önəmli köç yolları üzərindədir. Boz ördək və macar ördəyi də bu sahədə nəsil artırır.
Sübhan dağında yerləşən sodium resursları dərələrlə gölə daşındığından dolayı göl suları sodalıdır. Göl sahillərində Əsənqaya, Qarşıyaxa, Göldüzü kəndləri yerləşir. Çaylarla bəslənən gölün çıxışı yoxdur, yəni qapalı hövzədir. Dayaz olan göl yayda yarıya qədər quruyur. Soda gölündə heç bir balıq yaşamır və bitki örtüyü yalnız çayların gölə töküldüyü yerlərdə kiçik qruplarda mövcuddur. Arin gölündən 1.000.000 ton sodium karbonat istehsal oluna biləcəyi təxmin edilir.[1]
İstinadlar
redaktə- ↑ ""Bilgiler ve Yorumlar". Soda. madencilik rehberi". 2014-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-17.