Arqayas Milli Mahali - Wikipedia
Arqayaş milli mahalı (başq. Arƣajaş milli okrugь, rus. Аргая́шский национа́льный о́круг) — SSRİ-də, Rusiya Sovet Federativ Sosialist Respublikasında qısa müddət mövcud olmuş inzibati ərazi vahidi[1]. Başqırdların milli mahalı idi. Mərkəzi Arqayaş kəndi idi[1].
milli mahalı | |
Arqayaş milli mahalı | |
---|---|
başq. Arƣajaş milli okrugь, rus. Аргая́шский национа́льный о́круг | |
55°29′22″ şm. e. 60°52′27″ ş. u.HGYO |
|
Ölkə | SSRİ |
İnzibati mərkəz | Arqayaş kəndi |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 17 yanvar 1934 |
Ləğv edilib | 17 noyabr 1934 |
Sahəsi | 6.772 km² |
Əhalisi | |
Əhalisi | 88,9 min nəfər (1933) |
Əhalinin sıxlığı | 13,1 nəfər/km² |
Tarixi
redaktəÜmumittifaq MİK Rəyasət Heyətinin 17 yanvar 1934-cü il tarixli qərarı ilə Çelyabinsk vilayətinin tərkibində yaradılmışdır[1][2].
Ümumittifaq MİK Rəyasət Heyətinin 17 noyabr 1934-cü il tarixli qərarına əsasən ləğv edilmişdir[1].
Ərazisi
redaktəSahəsi 6772 km²[1], əhalisi 88,9 min nəfər olmuşdur.
Mahala başqırdların kompakt yaşadıqları ərazilər – Başqırd Muxtar Sovet Sosialist Respublikasından alınıb Çelyabinsk vilayətinə verilən Arqayaş və Kunaşak rayonları daxil idi[1].
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 ARQAYAŞ MİLLİ MAHALI Arxivləşdirilib 2022-08-06 at the Wayback Machine. ensiklopediya.gov.az (az.)
- ↑ "Постановление ВЦИК от 17 января 1934 года «О разделении Уральской области»". 2014-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-23.
Xarici keçidlər
redaktə- Аргаяшскому району Челябинской области — 75 лет[ölü keçid]. yeshlek.ru (rus.)
- Национальная пресса Южного Урала. lib.csu.ru (rus.)