Arqo - Wikipedia
Arqo - Wikipedia - Haqqında Məlumat
Arqo – müəyyən təbəqənin şərti dilidir. Bu dildən hamı tərəfindən qəbul edilmiş əxlaq və mənəviyyatı, yaxud qanunları tez-tez inkar edən müəyyən sosial qruplar arasında istifadə olunur. Arqo bəzən cəmiyyətdə, mühitdə rast gəlinən nihilizmlə mübarizədə real həyatın təmsilçisi kimi nüfuzlu mövqedən istifadə edir. Jarqonla qarşılıqlı təsirdə olaraq onun leksik ehtiyatından daim bəhrələnir. Bu dil vasitəsilə müəyyən peşə, alət, vərdişlərin adlandırılması ilə bağlı çoxlu sayda sözlər yaranmışdır. Üzüyola danışıq tərzi Arqoda başlıca məqsədə çevrilir. Xüsusi leksikası ilə ümumxalq dilindən fərqli olur. Müxtəlif arqolardan ədəbi dilə keçmiş söz və ifadələr (arqotizm) ümumi nitqdə işlənir. Arqo leksikası 4 yerə ayrılır:
- Kinayəli nitq
- Sözün zahiri görünüşünü dəyişdirmə yolu ilə
- Ümumi dildəki sözlərin mənasını dəyişmək yolu ilə
- Başqa dildən alınan sözləri dəyişmək, təhrifetmə yolu ilə[1]
İstinadlar
redaktə- ↑ "ARQO". Azərbaycan Milli Ensiklopediyası. 6-08-2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31-08-2024.