Arsenal Futbol Klubunun Muzeyi - Wikipedia
Arsenal Futbol Klubunun Muzeyi Londonda Hollovey adlı ərazidə yerləşir və klub tərəfindən onun tarixini əks etdirmək üçün yaradılmışdır.
Arsenal Futbol Klubunun Muzeyi | |
---|---|
Əsası qoyulub | 1993 |
Açılış tarixi | 1993 |
Mövzu | İdman muzeyi |
Ölkə | |
Yerləşir | London, İngiltərə |
Ziyarətçi sayı |
|
51°33′23″ şm. e. 0°06′29″ q. u.HGYO | |
arsenal.com/museum |
Muzey daxilində geniş ölçüdə klubun tarixini əks etdirən eksponatlar və xatırlanmağı vacib olan digər predmetlər nümayiş edilir. Buraya 1971-ci il İngiltərə Federasiya Kubokunun finalında Corc Çarlinin geydiyi forma, 1988-89 mövsümündə çempionluğu təsdiqləyən matçda Maykl Tomasın geydiyi butslar, Alan Smitin 1994-cü il UEFA Kuboklar Kubokunun finalında geydiyi forma, məğlubiyyətsiz başa vuraraq qalib olduqları 2003-04 İngiltərə Premyer Liqası mövsümünə özəl olaraq hazırlanmış kubok və mövsüm boyu qapıçı Yens Lemanın istifadə etdiyi əlcəklər daxildir.[1]
Muzey hal-hazırda klubun ev oyunlarını keçirdiyi Emirates (stadion)un şimalında yerləşir.[1] Muzey əvvəllər Hayberi stadionun daxilində yerləşirdi.[2] İl ərzində təxminən 120,000 ziyarətçi bura gəlir.[3]
Muzey həftənin bütün günləri fəaliyyət göstərir. Oyun günləri isə yalnız saat 10:00-dan matçın başlamısa 1 saat qalmışa kimi açıq olur. Muzeyə giriş təkliflərinə həmçinin Emirates stadionuna tur da daxildir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 "Arsenal Museum". Arsenal.com. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-19.
- ↑ "Arsenal Museum". Britain Express. 2022-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-19.
- ↑ "FA Cup Final shirts loaned to Arsenal Museum". Arsenal.com. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-19.