Artemisia Salsoloides - Wikipedia
Şoranvari yovşan (lat. Artemisia salsoloides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Şoranvari yovşan | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Şoranvari yovşan |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Arealı
redaktəRusiyada Belqorodun cənub-şərqində, Voronej vilayətinin cənubunda, Rostov, Volqoqrad, Saratov, Kuybışev, Orenburqda, Başkiriya MR-nın cənub-şərqində, Ukraynanın şərqində, Qazaxıstanın qərbində, Azərbaycanda yayılmışdır.
Botaniki təsviri
redaktəHamaşçiçəyi dar, sıxılmış süpürgə və ya salxımdır. Səbəti 2,5-3,5 mm uzunluğunda, salxımşəkilli çiçək qrupundadırlar: aşağı yarpaqları 2-3,5 sm uzunluğunda, sadə lələkvari parçalanmışdır. Çılpaq və ya bəzən seyrək ulduzvari tüklüdür. Oktyabr ayında çiçəkləyir, dekabr ayında toxum verir.
Ekologiyası
redaktəTəbaşir dövrü qalıqlarının səciyyəvi bitkisidir. Əhəngdaşı və digər daşlı yamaclarda rast gəlinir. Bu növün olması torpağın yuyulmasının ilkin mərhələlərinə və ya cavan təbaşir qalıqlarına aid olduğunu göstərir.
Azərbaycanda yayılması
redaktəAbşeron yarımadasında yayılmışdır.
İstifadəsi
redaktəMal-qaranın otarılmasında və təbaşir hazırlanmasında istifadə edilir.