Artur D Levinson - Wikipedia
Artur D. Levinson (31 mart 1950[1], Sietl, Vaşinqton) — amerikalı biznesmen və hazırda Apple şirkətinin sədri (2011-ci ildən) və Calico şirkətinin qurucu və baş icraçı direktoru. O, 1995-ci ildən 2009-cu ildək Genentech korporasiyasının baş icraçı direktoru və sədri (1999 - 20004) olmuşdur.
Artur Levinson | |
---|---|
ing. Arthur D. Levinson | |
Doğum tarixi | 31 mart 1950[1] (74 yaş) |
Doğum yeri | |
Uşağı | 2 |
Təhsili | |
Fəaliyyəti | molekulyar bioloq, iş adamı, biokimyaçı |
Elmi dərəcəsi | |
Üzvlüyü |
Bundan başqa Apple şirkətində fəaliyyəti dövründə (2000-ci ildən), Levinson Broad Institute araşdırma mərkəzində direktorlar şurasında xidmət göstərmişdir. Son vaxtlar, Levinson Hoffmann-La Roche şirkətində direktorlar şurasında (2010-2014), NGM Biopharmaceuticals (2009-2014), Amyris şirkətlərində işləmişdir. O, hal-hazırda Sloan Ketterinq adına onkoloji mərkəzdə, Prinston Universiteti və Lewis-Sigler İnstitutda tövsiyə şurasında işləyir.
Təhsili və ilk illəri
redaktəMalvina və Sol Levinsonun övladı olan Artur, bakalavr təhsilini 1972-ci ildə Sietlda yerləşən Vaşinqton Universitetində və 1977-ci ildə Prinston Universitetində Biokimya sahəsi üzrə fəlsəfə doktoru adını qazanmışdır.
İstinadlar
redaktə- ↑ 1 2 Arthur D. Levinson // Munzinger Personen (alm.).
- ↑ 1 2 https://alumni.princeton.edu/our-community/awards/james-madison-medal.