Arxivsunasliq - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Arxivşünaslıq — arxiv işinin metodologiya və üsullarını tədqiq etməklə məşğul olan köməkçi tarix elmi.
Arxiv sənədləri
redaktəTarixin ölməz yaddaşı olmaqla keçmiş faktlar və hadisələrin mənbəyidir. Millətin, ölkədə yaşayan müxtəlif xalqların keçmişi kimi unikal dəyərləri qorumaq üçün arxivin yaddaş depoları var. Bu baxımdan arxiv təşkilatlarının və qurumlarının əməkdaşlarının ``Sənədləşmə və arxiv işi`` təlimi istiqamətində ``Rusiyada arxiv tarixi``məsələsi böyük rol oynayır. Bu sahədə çalışan insanlar arxivin xalqın keçmişi, bu günü və sababı üçün nə dərəcədə önəmli olduğunu bilməlidirlər.[1]
Arxivşünaslıq
redaktəArxivşünaslıq digər fənnlərlə sıx bağlı olub əhəmiyyətli bir yer tutur.``Rusiyada dövlətçilik tarixi``,``Rusiyada ictimai qurum tarixi``,``Arxeoqrafiya``,Xronologiya`` və s.fənnlər və tarixi mövzular bura daxildir. Rusiyada arxiv işinin tarixini bilmək bizə ölkədəki arxiv işinin təşkili, onun istiqamətləri, funksiyaları və s.haqqda məlumat verir. Qədim dövrlərdən 19-cu əsrədək Rusiyada arxiv işini öyrənməyimiz üçün bu vacib şərtdir.
Arxiv işini öyrənmək məqsədimizi aşağıdakı kimi də təsnif edə bilərik:
- Müxtəlif tarixi dövrlərdə arxiv sahəsində biliklərin əldə edilməsi,
- Arxiv sahəsində yeniliklərin, arxivlərin tərkibi, strukturu və məzmununun öyrənilməsi,
- Arxivlər, onların səbəbləri və nəticələrinin tarixi bilik kimi yenirən formalaşdırılması,
- Rusiyada arxiv islahat layihələrinin məzmunu ilə tanışlıq və onların nəticələrinin həyata keçirilməsi,
- Arxivlər arasındakı əlaqələrin yoxlanışı, dövlət və cəmiyyətlə bağlılığının aşkar edilməsi.
- Bu sahədə intizamlı şəkildə çalışmaq iki cəhətdən vacibdir:konkret tarixi hadisənin ortaya çıxarılması səbəbləri və arxivlərin yaradılması, inkişafı üçün.
- Rusiyada arxiv işi
Rusiyada arxiv işinin yaranması
redaktə``Arxiv`` anlayışı Rusiyada 18-ci əsrdə yarananadək bu elmi ``xəzinədarlı``, ``vərəqəlik``,``ictimai sahə`` və s.kimi adlandırırmışlar. XIX əsrdə ictimai və tarixi sə-nədlərin kompleksləşdirilmiş təşkili ilə əlaqədar olaraq bu sahəyə maraq artmışdır. Arxiv yunan sözü "archaios"dən yaranıb mənası qədim, keçmiş deməkdir.
B. S. İlizarova görə, bu söz ``arxe`` sözündən yaranıb mənası ``mənşəyi və təməl səbəbi olan`` deməkdir. Bu söz yunan sözləri olan ``arheyos`` və ``arheyon`` sözləri ilə sinonimlik təşkil edir. Bu ifadə öz növbəsində yunan və latın sözlərinin sintezindən əmələ gəlmiş, müasir dövrdə isə terminoloji ifadəyə çevrilmişdir. Mənası ``qədim``olan bu söz ``arxeo-logiya``, ``arxeoqrafiya``və ``arxeopteriks``sözlərinin də tərkibini təşkil edir. Latın sözü ``archivum`` isə ``təşkilat sənədlərinin saxlanması`` kimi tərcümə olunur.
Rusiyada ``arxiv`` termini 28 fevral 1720-ci ildə ``General Qaydaları``nəşr olunduğu zamandan etibarən genişmiqyaslı şəkildə istifadə olunmağa başlanmışdır.18-ci əsrdə V. N. Tatişev bu elmi tədqiq edərək belə demişdir:"Arxiv…Dövlət əhəmiyyətli sənədlərin mühafizə olunması üçün lazım olan ictimai qurumdur.."
Arxiv sənədlərinin təşkilatı, onların müvafiq qeydiyyatı, saxlanması, istifadəsi üçün müasir qanunvericilikdə bir sıra dəyişikliklər olunmuşdur.
İnqilabdan əvvəl Rusiyada arxiv işinin mərhələləri
redaktəİnqilabdan əvvəl Rusiyada dövlət arxivi mövcud olmamışdır. O dövrdə arxiv sənədləri yarandıqları nazirliklərdə, ictimai qurumlarda və s.saxlanılırdı. Ona görə də bəzi kitablarda onları departament tarixi arxivləri adlandırırlar, lakin onların bir hissəsində ``dövlət`` sözünə rast gəlinir.(Məsələn, Rusiya imperiyasının Dövlət Arxivi).
İdarə arxivi – struktur, bölmə, təşkilatlar, arxiv təşkilatları kimi başa düşülür. Dövlət arxivindən fərqli olaraq idarə arxivində həm daimi, həm də müvəqqəti sənədlər mühafizə oluna bilər. İdarə arxivinin əsas məqsədi təşkilat və müəssisələrin, eləcə də vətəndaşların, müəssisə işçilərinin hüquqlarının qorunması və informasiya ilə təmin edilməsidir.
Sənədlər toplusu kimi arxiv şəxsi də ola bilər. Buna misal olaraq şəxsin fəaliyyəti ilə bağlı arxiv, ailə arxivi və s.deyə bilərik
Tarixçilər – İ. L. Mayakovski və A. V. Çernov inqilabdan əvvəlki arxiv işini üç mərhələdə müəyyən etmişlər:
İlkin mərhələ
redaktəIX əsrdən XV əsrədək olan dövrü əhatə edir. Bu qədim Rus dövlətini və feodal dövrünü əhatə edir. Bu dövrün səciyyəvi xüsusiyyəti odur ki, həmin dövrdə arxiv sənədləri maddi materiallarla saxlanılırdı.
İkinci mərhələ
redaktəİkinci mərhələ XV əsrin sonundan 18-ci əsrin əvvəlinədək olan zaman kəsiyini əhatə edir. Bu mərhələdə isə əsasən Rusiyada dövlətçiliyin inkişafını görməyimiz mümkündür. XV əsrin sonundan sənədlər ayrı-ayrı saxlanılırdı. Müraciətlərdən sonra ilk ictimai qurum yaradılmışdır. Bu hadisə dövlət ilə arxiv qurumu arasındakı sıx bağlılığı dəstəkləmiş oldu. Bir qayda olaraq praktik əhəmiyyətini itirmiş sənədlər cari qeydiyyat olmaqla burada saxlanılırdı.[2]
Üçüncü mərhələ
redaktəÜçüncü mərhələ isə 18-ci əsrin əvvəlindən 1917-ci ilə kimi olan dövrü əhatə edir. Bu mərhələdə arxiv artıq müstəqil müəssisələr strukturuna çevrilmişdir.
Bildiyimiz kimi I Pyotrun hakimiyyətə gəlməsi Rusiya üçün olduqca müsbət nəticələrə səbəb olmuşdur. Rusiya tarixində dərin iz qoymuş I Pyotr bütün sahələrdə olduğu kimi arxiv sahəsində də irəliləyiş etmişdir. Bu isə dövlətçiliyin yenidən təşkili ilə əlaqədar idi. Arxivlərin hüquq şöbəsi 1720-ci il ``General Qaydaları``nizamnaməsində müəyyən edilmişdir. Bundan əlavə həmin illərdəki arxiv işi ilə öncəki zamanlarda aparılan arxiv işinin fərqli cəhətləri açıq-aşkar sezilməkdədir.[2]