Arzu Qember Dastani - Wikipedia
Arzu-Qəmbər dastanı— İraq-Türkman və Azərbaycan folklorunda ən məşhur dastan
Haqqında
redaktə"Arzu-Qəmbər" dastanı xalq məişətini, onun inam və etiqadını, mərasimlərini, adət-ənənələrini parlaq şəkildə əks etdirir[1]. Bu hekayə türkmənlərin İslam dinini qəbul etmələrindən sonra yazılmışdır. “Arzu ilə Qamber” bir türkmən dastanıdır. XVI-XVII yüzilliklər Ağqoyunlu və ya Qaraqoyunlu Türkmən dövlətləri zamanında İraqda tamamlanmışdır [2]. Kimin tərəfindən yazıldığı bilinməyən bu hekayə Osmanlı imperiyasının son dövrlərində Anadolu rəvayəti olaraq daş basması, daha sonra da mətbəə hərfləri ilə basılmışdır. Original mətninə hələlik rast gəlinməyib [3]. Dastan Kərkük ləhcəsinin bariz nümunəsi olduğundan İraq(1964), İran(1967) və Türkiyədə(1971), Bakıda təkrar-təkrar çap olunub [3],[4], [5]. Dastanın Bakı, Şamaxı, Gəncə, Naxçıvan, Qarayazı və s. variantları olsa da, işıq üzü görməmişlər [6]. "Arzu-Qəmbər" xalq nağılları ilə bağlı olan dastanlardandır. Dastanın müqəddiməsi nağıl pişrovu ilə başlayır. Dastanda hadisələr iki sevgilinin - Arzu və Qəmbərin bir-birinə qovuşması uğrunda mübarizəsini əks etdirir. Dastanın qəhrəmanı Qəmbər XVI-XVII yüzilliklər arasında İraqda yaşamış bir türkmən şairidir [7] Dastan çoxvariantlıdır. Buna görə də dastanın məzmununda müəyyən fərqliliklər mövcuddur.
Dastanın variantları
redaktə- Suriya variantı
- Xorasan variantı
- Anadolu variantı
- Göyyurd variantı
- Nevşəhər variantı
- Yoğunhisar variantı
- Gəncə variantı
- Bakı variantı
- Qarayazı variantı
- Kərkük variantı (Ə.Tərzibaşının topladığı)
- Axıska variantı (Əhliman Axundov)
- Cengiz Ketenenin İmam Zeynel Abidin kənd sakini,1937-ci il təvəllüdlü Semin Bayatlıdan topladığı variant
- İraq-Türkmən variantı (II) (İbrahim Daquqi)
- Karaim variantı
- Avstriya variantı
- Hollandiya variantı
- Türkiyə əlyazmaları
- Noqay variantı[8]
- Türkmən əlyazmaları
Mənbə
redaktə- Azərbaycan dastanları V cilddə. V cild. Bakı, 2005.
- S.P.Pirsultanlı. "Arzu-Qəmbər" dastanının yayılma coğrafiyası və poetikası. Gəncə, 2013
Həmçinin bax
redaktə- A.Xürrəmqızı. "Arzu-Qəmbər" dastanının əlyazmaları. Kredo,2015,7 avqust.
- A.Xürrəmqızı. "Arzu-Qəmbər" dastanının nəşr tarixinə dair. Kredo, 2015, 27 iyul
İstinadlar
redaktə- ↑ Qəzənfər Paşayev. Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti. Bakı: Təhsil. 2016. səh. 262.
- ↑ İbrahim Daquqi. İraq türkmənləri. Ankara. 1970.
- ↑ 1 2 "Arzu-Qənbər" dastanı, Bakı, 1971
- ↑ Kərkük folkloru antologiyası. Bakı: Azərnəşr. 1987.
- ↑ Azərbaycan folkloru antologiyası. İraq-Türkman cildi(latın qrafikas ilə). Bakı. 2009.
- ↑ S.Paşayev. Çoxvariantlı "Arzu-Qəmbər" dastanı və xalq əfsanələri. Bakı: Elm və həyat jurnalı,№ 2. 1969. səh. 203.
- ↑ “Arzu-Qəmbər” dastanı. Toplayanı: Sədnik Paşa Pirsultanlı. “Azərbaycan qadını” , 1974, №12
- ↑ Afaq Ramazanova."Arzu-Qəmbər" dastanı. Noqay variantı. Dədə Qorqud elmi-ədəbi toplu №2, 2014