Asif Huseynov - Wikipedia
Asif Hüseynov (25 aprel 1981, Qalaqayın, Sabirabad rayonu) — Şabran Rayon İcra Hakimiyyətinin başçısı.
Asif Hüseynov | |
---|---|
Vəzifədədir | |
5 aprel 2019-cu ildən | |
Əvvəlki | Novruz Novruzov |
12 oktyabr 2015 – 5 aprel 2019 | |
Əvvəlki | Arif Qasımov |
Sonrakı | Novruz Novruzov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 aprel 1981 (43 yaş) |
Doğum yeri | |
Təhsili | Bakı Dövlət Universitetinin Hüquq fakültəsi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | iqtisad üzrə fəlsəfə doktoru |
|
|
Təltifləri |
Həyatı
redaktəHüseynov Asif Həbib oğlu 25 aprel 1981-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuşdur.
Azərbaycan Texniki Universitetini iqtisadçı, Bakı Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirmişdir.
Əmək fəaliyyətinə başladığı dövrdən ARDNŞın Heydər Əliyev adına Neft Emalı Zavodunda və ARDNŞ-ın Sosial İnkişaf İdarəsində müxtəlif vəzifələrdə çalışmış, 2015-ci ilin oktyabr ayının 12-dək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin rəis müavini olmuşdur.
2015–2019-cu illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2019-cu il tarixli Sərəncamı ilə Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
İqtisad üzrə fəlsəfə doktorudur. Ailəlidir, üç övladı var.