Asif Melikov - Wikipedia
Asif Məlikov (13 aprel 1971, İsmayıllı) — Azərbaycanı təmsil edən ağır atlet.[1]
Asif Məlikov | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||||
Tam adı | Asif Məmməd oğlu Məlikov | |||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||
Doğum tarixi | ||||||||||||||
Doğum yeri | İsmayıllı, Azərbaycan SSR | |||||||||||||
Boyu | 164 sm. | |||||||||||||
İdman növü | Ağır atlet | |||||||||||||
Karyera illəri | 1986—2004 | |||||||||||||
Məşqçisi | Nusrət Abdullayev | |||||||||||||
Medallar
|
Həyatı
redaktəAsif Məlikov 1971-ci il aprelin 13-də İsmayıllı şəhərində anadan olub. 1986-cı ildən idmanla məşğul olur. Şəxsi məşqçisi Nusrət Abdullayev idi.
Karyerası
redaktəAsif Məlikov Azərbaycanı 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib.[2] Asif Məlikov birdən qaldırma mərhələsində birinci cəhdində 125.0 kiloqramlıq ştanqın öhdəsindən gələ bilmədi.[2] Onun növbəti cəhdi də uğursuz alındı.[2] Sonuncu cəhdində mütləq ştanqı qaldırmalı olan Asif Məlikov bu səfər də onun öhdəsindən gələ bilmədi.[2] Bununla da Asif Məlikov birdən qaldırma mərhələsində nəticə göstərə bilmədiyi üçün Atlanta Olimpiadasında mübarizəsini başa vurdu.[2]
Asif Məlikov 1997-ci ildə Tailandda baş tutan Dünya Çempionatının bürünc medalına sahib oldu.
2004-cü ilin aprelində isə Asif Məlikov Kiyev şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu.
Daha sonra Asif Məlikov Azərbaycanı 2004-cü ildə Yunanıstann Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Birdən qaldırma mərhələsində Asif Məlikov birinci cəhdində 150.0 kiloqramlıq ştanqın öhdəsindən gələ bilməsə də, növbəti cəhdində ştanqı qaldırmağı bacardı.[3] Üçüncü cəhdində 120.0 kiloqramlıq ştanqı sifariş versə də Asif Məlikov bunun öhdəsindən gələ bilmədi və birdən qaldırma turnirini başa vurdu (nəticəsi 115.0).[3] Təkanla qaldırma mərhələsində Asif Məlikov birinci cəhdində 145.0 kiloqramlıq, növbəti cəhdində isə 150.0 kiloqramlıq ştanqın öhdəsindən gəldi.[3] Sonuncu cəhsində 155.0 kiloqramlıq ştanqı sifariş versə də Asif Məlikov bunun öhdəsindən gələ bilmədi və mərhələni başa vurdu (nəticəsi 150.0).[3] Ümumi nəticədə isə Asif Məlikov 265.0-lıq (115.0+150.0) nəticə ilə olimpiadanı 16 atlet sırasında 12-ci pillədə başa vurdu.[3]
Asif Məlikov idmanla vidalaşandan sonra Daxili İşlər Nazirliyində çalışmağa başladı.
İstinadlar
redaktə- ↑ Olympedia.org. "Asif MƏLİKOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 1 2 3 4 5 Olympedia.org. "1996 Summer Olympics / Weightlifting / Bantamweight (59 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 1 2 3 4 5 Olympedia.org. "2004 Summer Olympics / Weightlifting / Featherweight (62 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.