Asiya Muflonu - Wikipedia
Asiya muflonu (lat. Ovis vignei) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoyun cinsinə aid heyvan növü. Sayı azalmaqda olan azsaylı növdür. Yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Nadir, azsaylı, az öyrənilmiş növ.
Asiya muflonu | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Ranqsız: Dəstə: Klad: Klad: Klad: Yarımdəstə: İnfradəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Asiya muflonu |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Ümumi məlumat
redaktəBədən ölçülərinə görə başqa növlərdən kiçikdir (114 sm-ə qədər olur). Cida hündürlüyü – 65-83 sm-ə qədərdir. Erkək fərdlərin kütləsi (40-50 kq), dişilərinkinə (35 kq-a qədərdir) nisbətən çoxdur. Erkəklərdə uzun və sıx (20 sm-ə qədər) kəllənin əsasından uzanan cod tüklər (sağ və sol tərəflərdən) boğaz nahiyyəsində birləşərək yal əmələ gətirir. Belin oma hissəsi kürək hissəyə nisbətən 3-4 sm-ə qədər hündürdür. Uzun ətraflara malikdirlər.[1] Xarfakterik buynuz forması vardır. Alın sümüyündən yuxarı qalxaraq, yarımdairə şəklində boyunun arxa tərəfinə burulmaqla sükan formasını alır. Uc hissələri nisbətən yuxarı qalxır. Bu formalı buynuz başqa yarımnövlərdə təsadüf edilmir.
Yayılması və sayı
redaktəNövün müasir yayıldığı ərazilər Cənubi-Şərqi Qafqaz, İranın şimal qərbi və Kiçik Asiya ilə məhdudlaşır. Azərbaycanda isə yalnız Naxçıvan MR yüksək dağlıq sahələrindən başqa heç bir yerdə yoxdur. Qafqazda 1200-1500, o cümlədən Azərbaycanda orta hesabla 450-800 başa qədərdir. Vaxtilə (1972 - 1974-cü illər) Azərbaycanda muflonların sayı 1200-1800 baş olmuşdur.[2]
Yaşayış yeri və həyat tərzi
redaktəDəniz səviyyəsindən 800-3500 m yüksəklikdə olan çılpaq dağların (sərt qayalıqlar olmayan) hamar çəmənliklərində dəstə halında yaşayırlar. İlin isti aylarında səhər və axşam saatlarında otlayır və günorta dincəlirlər. Çox hallarda yaşlı erkək, boğaz və ya balalı fərdlər kiçik dəstələrlə ayrı yaşamağa üstünlük verirlər. Dağların sərt qayalıqlarından dincələn vaxt və axşam saatlarında istifadə edirlər. Qida rasionunun çox hissəsini (87.6%) ot bitkiləri, kollar (8%) və yarımkollar (4.4%) təşkil edir. Heyvanlar ilin bütün fəsillərində su və mineral duzlardan istifadə edirlər. Yaşayış yerlərini və hündürlük qurşaqlarını dəyişməyə meyilli deyildir. Muflonlarda ən çox şaquli miqrasiyalar müşahidə edilir. Payızın sonuna yaxın cütləşir, boğazlıq müddəti 5-5.5 aya qədər davam edir. Doğum dövrü martın sonu və ya aprelin 2-ci ongünlüyündən başlayaraq iyunun birinci yarısına qədər başa çatır. 1-2 bala doğurlar. Dişi fərdlər 1.5-2, erkək balalar isə 2.5-3 yaşında cinsi yetişkənliyə çatırlar. Fəsillərlə əlaqədar olaraq ildə 2 dəfə yaz və payız tükdəyişməsi (tüləməsi) baş verir. Yayda tük örtüyünün rəngi nisbətən açıq qəhvəyi, boğazının altından başlamış bədəninin qarın nahiyyəsi və ətrafların içəri hissələri ağımtıl rəngdə, qış aylarında isə bədənin rəngi tündləşir. Ömrü təbiətdə 10-12 ilə qədər olur.[3]
Məhdudlaşdırıcı amillər
redaktəBrakonyerlik, muflonların yaz və yay otlaqlarında ev heyvanlarının otarılması, otlaqların biçilməsi, yandırılması və s.
Qəbul edilmiş və qəbul edilməsi vacib olan tədbirlər
redaktəNaxçıvan MR–da Culfa və Babək rayonlarının inzibati ərazilərində muflonların əsas qış otlaqları olan ərazilərdə ciddi mühafizə rejiminin yaradılması.
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Верещагин Н.К. Каталог зверей Азербайджана. Баку, АН Азерб.ССР, 1942;
- Кулиев С.М. Животный мир Азербайджана. Позвоночные, т.3, Баку: Элм, 2000, с. 613 - 616;
- Quliyev S.M. Azərbaycanın cütdırnaqlılar faunası. Bakı: Elm və Təhsil, 2008, s. 224 (55 - 83)
- Azərbaycan heyvanlar aləmi, Onurğalılar III cild, Bakı 2004, s 619
- Azərbaycan Respublikasının "QIRMIZI KİTABI", II cild, Fauna, Bakı 2013