Atcilar - Wikipedia
Atçılar — Qars ilinin Arpaçay ilçəsinin Mərkəz bucağında kənd.
Kənd | |
Atçılar | |
---|---|
Atcılar | |
40°46′28″ şm. e. 43°21′28″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Vilayət | [[Qars ili]] |
Rayon | [[Arpaçay ilçəsi]] |
Kənd nümayəndəsi | Hasan Can |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1 620 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 269 nəfər (2012) |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 36000 |
Tarixi
redaktəTiflis quberniyasının Axalkalaki qəzasında Troitskoye kəndi 1841-ci ildə salınmışdı.[1] 1882-ci ildə Rusiya imperiyasının Qars vilayətinin Zərişad şöbəsində, Qars çayı sahilində Tiflis quberniyasının Axalkalaki qəzasının Troitskoye kəndindən köçürülmüş duxoborlar tərəfindən Novo-Troitskoye (rus. Ново-Троицкое) kəndi salındı.[2] 1918-ci ildə Qars vilayətinin Osmanlı imperiyasının nəzarətinə qaytarılması ilə 1918–1921-ci illərdə duxoborlar bu kənddə yaşamaqdan imtina edərək hazırkı Rusiya FR-nın Rostov vilayətinin Azov rayonuna köçərək orada Novotroitskoye kəndini saldılar. 1921-ci ildə boş qalmış kənd ərazisinə türklər köçürüldü, kəndin adı isə dəyişdirilərək Atcılar (türk. Atçılar) adlandırıldı.[2]
Coğrafiyası
redaktəKənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 66 km, Arpaçay ilçəsinin inzibati mərkəzi Arpaçay qəsəbəsindən 24 km uzaqlıqda yerləşir.
Əhalisi
redaktə31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 269 nəfər daimi əhali yaşayır. Kənd əhalisi əsasən kürdlərdən və azərbaycanlılardan ibarətdir.
Milli tərkibi
redaktə1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Zərişad şöbəsinin Duxobor kənd cəmiyyətinin Troitskoye kəndində 216 nəfər əhali yaşayırdı, onların hamısını etnik ruslar (duxoborlar) təşkil edirdi.[3] 1 yanvar 1894-cü il tarixinə olan məlumata əsasən milli tərkibi duxoborlardan ibarət kənd əhalisinin sayı artaraq 269 nəfər olmuşdu.[4]
1 yanvar 1914-cü il tarixinə olan rəsmi məlumata görə, Qars vilayətinin Qars qəzasına daxil olan Novo-Troitskoye kəndində əsasən etnik ruslardan (duxoborlardan) ibarət hər iki cinsdən toplam 324 nəfər əhali yaşayırdı.[5]
Xarici keçidlər
redaktə- Türkiye Haritası ında bax: Atçılar Köyü Haritası
İstinadlar
redaktə- ↑ "стр. 48" (PDF). 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-02-23.
- ↑ 1 2 "Nişanyanmap". 2020-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-01.
- ↑ Ethno-Caucasus, Этнодемография Кавказа: Зарушадский участок (1886 г.) Arxivləşdirilib 2015-01-18 at the Wayback Machine
- ↑ А.И. Клибанов, "История религиозного сектантства в России (60-е годы XIX век-1917)", издательство Наука, 1965 г.,стр. 87 [ölü keçid]
- ↑ "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 167