Atifzade Husameddin Efendi - Wikipedia
Atıfzadə Hüsaməddin Əfəndi (1799, İstanbul – 1871, İstanbul) — Osmanlı şeyxülislamı və alimi.[1]
Atıfzadə Hüsaməddin Əfəndi | |
---|---|
23 noyabr 1863 – 9 avqust 1866 | |
Əvvəlki | Mehmed Sadəddin Əfəndi |
Sonrakı | Mehmed Rafiq Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1799 |
Doğum yeri | |
Vəfat tarixi | 1871 |
Vəfat yeri | |
Atası | Camal Əfəndi |
Həyatı
redaktə1799-cu ildə İstanbulda dünyaya gəldi. Qurduğu kitabxanasıyla məşhur Dəftərdar Atıf Əfəndinin nəslinə mənsub olub, rəisülküttab Mehmed Cəmaləddin Əfəndinin nəvəsi, III Səlim dövrünün alimlərindən Camal Əfəndinin oğludur.[2] Atasının və dövrün tanınmış alimlərindən təhsil aldıqdan sonra 1814-ci ildə müdərrisliyə yüksəldi. Qısa müdərrislik dövrünün ardından çox keçmədən Saloniki qazısı təyin olundu. 1859-cu ilədək müxtəlif dövlət vəzifələrində xidmət etdikdən sonra həmin il Anadolu qazəsgəri oldu. Çox keçmədən Rumeli qazəsgəri, 23 noyabr 1863-cü ildə isə şeyxülislamlığa yüksəldi. İki ildən çox bu vəzifədə qaldıqdan sonra 9 avqust 1866-cı ildə səbəbi göstərilmədən vəzifədən alındı. 1868-ci ildə məclis üzvü seçildi. 1871-ci ildə vəfat edən Hüsaməddin Əfəndi Üsküdardakı ailə məzarlığına dəfn olundu.[3]
Mənbə
redaktə- Cevdet, Tezâkir, IV, 63.
- İlmiyye Salnâmesi, s. 594–595.