Atabey Eldeniz Tarixi Roman - Wikipedia
Atabəy Eldəniz romanı — Yunus Oğuz tərəfindən tarixi roman janrında yazılmış roman.[1]
Atabəy Eldəniz romanı | |
---|---|
| |
Müəllif | Yunus Oğuz |
Janr | Tarixi roman |
Orijinalın dili | azərbaycanca |
Orijinalın nəşr ili | 2017 |
Nəşriyyat | "OL NPKT" nəşriyyatı |
Cild | yumşaq |
Səhifə | 391 |
Növ | kitab |
Tiraj | 300 |
ISBN | ISBN 978-9952-461-37-4 |
Haqqında
redaktə“Atabəy Eldəniz” əsəri müəllifin yeddinci tarixi romanıdır. Yazıçı bu əsərdə Azərbaycan tarixində mühüm yer tutmuş daha bir görkəmli dövlət xadiminin romanını yaradır və Azərbaycan Atabəyliyini dövlət səviyyəsinə qaldıran ilk Atabəy Şəmsəddin Eldənizin həyat və fəaliyyətinə işıq salır. Kitaba rəyi Azərbaycan Milli Elmlər Akademiyasının vitse - prezidenti, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, millət vəkili İsa Həbibbəyli və filologiya elmləri doktoru, akademik, AMEA - nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov yazıblar.[2]
Məzmun
redaktəƏsər 1136-cı ildən 1225-ci ilə qədər dövrü əhatə edən Azərbaycan Atabəylər dövlətinin yaradılması və onun fəaliyyəti, Atabəylər dövlətinin əsasını qoyan Atabəy Şəmsəddin Eldənizdən və onun xanımı Möminə Xatundan bəhs edir. Roman Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin Dərbəndin qul bazarında satılaraq Bağdada aparılması hadisəsilə başlayır. Və bu hadisənin təsviri dövrün siyasi- ictimai panoramı ilə yanaşı, minlərlə qıpçaq kölələrindən birinin gələcəyə yönəlik arzuları barədə də müfəssəl təsəvvür yaradır… Dövrün ən ziddiyyətli məqamları ( xaşxaşilər hakimiyyətinin güclənməsi, Səlcuq dövlətinin zəifləməsi, konfliktlər, qarşıdurmalar) bu kitabda əks olunub.Müəllif hadisələri həm münaqişələrlə müşayiət edir, həm də tarixi - xronoloji ardıcıllığı qoruyub saxlayır.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2018-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-14.
- ↑ "Arxivlənmiş surət". 2019-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-14.