Ataturk Abidesi Sarayburnu - Wikipedia
Sarayburnu Atatürk Abidəsi (türk. Sarayburnu Atatürk Anıtı) — İstanbul Bələdiyyəsi tərəfindən avstriyalı heykəltaraş Henrix Krippel tərəfindən hazırlanan Türkiyənin ilk abidə heykəli. Heykəl Türkiyədə qoyulan heykəl eyni zamanda ilk Atatürk heykəldir.[1] Abidə Mustafa Kamal Atatürkün, Türkiyə İstiqlaliyyət müharibəsini başlatmaq üçün Samsuna getmək məqsədilə yola çıxdığı yerdə qoyulmuşdur. Abidə, 3 oktyabr 1926-cı ildə dövrün bələdiyə sədri, Emin Erkul (1924–1928) tərəfindən açılmışdır.
Atatürk abidəsi | |
---|---|
türk. Sarayburnu Atatürk Anıtı | |
41°00′58″ şm. e. 28°59′10″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Yerləşir | Fateh |
Memar | Henrix Krippel |
Tikilmə tarixi | 25 avqust 1925 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəAbidə Sarayburnu Parkında yerləşir. Buraya bir Atatürk heykəlinin dikilməsi fikri dövrün Bələdiyyə Sədri, Emin Erkul aiddir. Bələdiyyə Məclisi tərəfindən də icazəsi verilən bu təklifin gerçəkləşdirilməsi üçün bir komissiya qurularaq işlərə başlanmışdır. Heykəlin hazırlanması heykəltaraş Henrix Krippelə həvalə edilmişdi. Heykəlin hazırlanmasına 15.000 türk lirəsi xərclənmişdir.[2] Heykəl sənətçinin Vyanada yerləşən atelyesində, tökümüdə Vyanada Birləşmiş Mədən müəssisələrində hazırlanmış, parçalar halında Türkiyəyə gətirilmiş və heykəltaraşın nəzarəti altında yerinə oturdulmuşdur. 25 avqust 1925-ci ildə hazırlanmasına başlanan abidə, 3 oktyabr 1926-da mərasimlə açılmışdır. İstanbul sakinləri abidəyə büyük maraq göstərmiş və gecənin gec saatlarına qədər insanlar seyrə gəlmişdir. Atatürk, heykəlin açılışından sonra bələdiyyə nümayəndələrinə göndərdiyi teleqrafda bunları söyləmişdir:
Möhtərəm İstanbul Xalqının ilk dəfə heykəlimi tikmək surətiylə göstərdiyi yüksək qədirşünaslıqdan və yüksək həvəslə izləmə münasibətiylə nəcib hissiyatdan dolayı səmimi təşəkkürlərimi ərz edirəm. Sözün bundan sonrası heykəltaraşlarındır. |
Abidənin heykəltaraşı Henrix Krippel, Ankaradakı Zəfər Abidəsi, Samsundakı Qürur Abidəsi və Konyadakı Atatürk abidəsinə də imzasını atmışdır. Abidənin son illərdə baxımsız qalması mübahisə mövzusu olmuşdur.[3]
Xüsusiyyətləri
redaktəAtatürkün Türkiyə İstiqlaliyyət müharibəsi üçün Samsuna gedərkən İstanbuldan hərəkət etdiyi yerə qoyulan abidə, mərmər qaidə və bürünc heykəl olmaqla iki qisimdən ibarətdir və İki pilləli platforma üzərində qoyulmuşdur. Qaidənin üç tərəfinə bürünc medalyon şəklində yazılar həkk edilmişdir. Fəqət artıq bunların heç biri mövcud deyil.
Atatürk, qaidə üzərinde sivil geyimli dövlət adamı görkəmində görünür. Atatürkün sol əli belinə qoyulmuş, sağ əlini yumruq formasında sıxaraq aşağıya doğru uzatmış, başı dik, qaşları azca çatılmış, gözləri azca qısılmış; dinamik duruşu ilə qərarlı bir ifadə içində görünür.
Heykəlin qaidəsinin önündə xəttat Kamil Akdikin yazısı ilə "tarixi mənimsəmə 1336", arxa üzündə heykəlin qoyulma tarixi olan 1926, yan tərəfində isə Cümhuriyyətin elan tarixi yazılmışdır.[4]
Baxımsız dövrü
redaktəTürkiyədə qoyulmuş ilk Atatürk heykəli olan bu abidənin görünüşü 2004-cü ildən etibarən dəmir lövhələrlə məhdudlaşdırılmışdır. Marmaray proyektinin həyata keçirildiyi dönəmdə zərər almaması məqsədilə ətrafı bağlanmışdır. Heykəlin kirli və paslanmış vəziyyətdə idi.[5] Marmaray proyektinin 29 oktyabr 2013-də tamamlanmasına baxmayaraq heykəlin çevrəsi dəmir lövhələrlə qapalı idi. Buna cavab olaraq 2018-ci ildə Cümhuriyyət Xalq Partiyası hərəkətə keçdi və heykəlin çevrəsində bələdiyyə tərəfindən təmir işlərinə başlandı.[6]
Xarici keçidlər
redaktə- Sarayburnu Atatürk Anıtı'nın açılış videosu (1926)
- Cumhuriyet Türkiye’sinin ilk heykeli (Anıtın çeşitli açılardan fotoğrafları)
- Tekiner, Aylin, Atatürk Heykelleri Arxivləşdirilib 2015-09-25 at the Wayback Machine (ss. 69–76 Sarayburnu Atatürk anıtı hakkındadır.)
İstinadlar
redaktə- ↑ "İlk Atatürk heykelini çeviren metal paravanlar kaldırıldı" (Türkçe). ntv.com.tr. 19 Ağustos 2018.
- ↑ [ https://isteataturk.com/g/icerik/Sarayburnu-Ataturk-Aniti-Istanbul/1007 Arxivləşdirilib 2022-01-29 at the Wayback Machine Sarayburnu Atatürk Anıtı, İstanbul// "https://isteataturk.com/g/icerik/Sarayburnu-Ataturk-Aniti-Istanbul/1007” Arxivləşdirilib 2022-01-29 at the Wayback Machine]
- ↑ "Türkiye'de yapılan ilk Atatürk heykeli, perdelerin arkasında". Vatan. 2015-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-21. (#apostrophe_markup)
- ↑ A A M Cumhuriyet Dönemi Anıt Heykelleri, Yrd. Doç. Dr. Kıvanç Osma, Ankara 2003, s.32–33, ISBN 975-16-1678-6.
- ↑ "Sarayburnu'nda utandıran manzara// """. 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-22.
- ↑ "CHP Sarayburnu'ndaki Atatürk heykelinin önünü açtırdı// """. 2018-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-22.