Atmosfer Cebhesi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Atmosfer cəbhəsi — müxtəlif fiziki xassəyə malik olan qonşu hava kütlələrini bir-birindən ayıran və meteoroloji elementlərin kəskin dəyişməsi ilə xarakterizə olunan səthə deyilir.
Hava kütlələri bir-birindən öz fiziki xassələrinə görə fərqlənir. Bir hava kütləsi digərindən atmosfer cəbhəsilə ayrılır. Cəbhə xətti yer səthində kiçik bucaq altında (1°-dən az) meyilli olur. Cəbhə xəttinə müxtəlif fiziki xassəli hava kütlələri həm yan-yana, həm də biri digərinin üzərində yerləşərək hərəkət edir. Cəbhə eni bir neçə kilometrədək,uzunluğu isə min kilometrlərlə ölçülən atmosfer cəbhəsi zolağı əmələ gətirir. Atmosfer cəbhəsi əksər hallarda 12–15 km hündürlüyədək,bütün troposferi tutur. Atmosfer cəbhəsi zolağında geniş əraziləri əhatə edən buludlar əmələ gəlir və yağıntı düşür. Bu yağıntılar cəbhə yağıntıları adlanır.
Hava kütləsinin atmosfer cəbhəsinin hansı tərəfinə daha fəal hərəkət etməsindən asılı olaraq, isti və soyuq atmosfer cəbhəsi ayrılır. İsti hava kütləsi daha fəal hərəkət edib, soyuq hava kütləsini geri çəkilməyə məcbur edirsə, bu kütlələr arasında cəbhə İsti cəbhə adlanır. İsti cəbhə zolağında lələkli, lələkli-laylı, yüksək laylı, laylı yağışlı buludlar əmələ gəlir və yağıntı düşür.
Soyuq hava kütləsi daha fəal olub isti hava kütləsinə doğru hərəkət edib onu sıxışdırarsa, bu kütlələr arasında yaranan atmosfer cəbhəsi Soyuq cəbhə adlanır. Soyuq cəbhədə lələkili-laylı, yüksək laylı, laylı yağışlı və yüksək topa buludlar sistemi yaranır, küləyin güclənməsi və yağıntıların düşməsi müşahidə edilir. Atmosfer cəbhəsinin tipindən asılı olmayaraq cəbhə zolağında baş verən proseslərə cəbhə prosesləri deyilir. Hava kütlələrinin əsas coğrafi tiplərini bir-birindən ayıran səthəplanetar cəbhə zonası və ya iqlim cəbhəsi deyilir.
Planetar cəbhə zonaları aşağıdakılardır:
- Arktika ('Antarktida) cəbhələri Arktika (Antarktika) havası ilə mülayim enliklər havasını ayıraraq təxminən 65° şm.və c.e. yaxınlığında yerləşir;
- Mülayim (və ya qütb) cəbhələr mülayim enliklər havasını tropik hava kütlələrindən ayıraraq yayda 50°,qışda 30° enliklərdə yerləşir;
- Tropik cəbhələr tropik hava kütlələri ilə ekvatorial hava kütlələri arasında mövcud olub, iyulda 10° şm.en,yanvarda isə təxminən 10°Cənub enliyindən keçir.
4. İsti və soyuq atmosfer cəbhələri
İsti cəbhə zonasında havanın xarakteri və uçuş şəraiti orada laylı buludlar və onlardan yağan yağıntılar zonası ilə xarakterizə olunur. Bulud sistemi cəbhə xəttindən qabaqda, cəbhə səthindən yuxarıda yerləşir və 800 – 1000 km eni olan bir ərazini əhatə edir. Cəbhə buludları ilə əlaqədər olan aramsız yağıntılar zonasının eni 300 – 400 km-ə çatır. Cəbhə ilə bağlı buludlar, adətən geri, soyuq havanın kənarı ilə yuxarı qalxaraq adiabatik soyuyan isti havanın hesabına yaranır. Bu buludların aşağı sərhədi cəbhə səthi ilə uyğun gəlir. Yəni, cəbhə xəttindən uzaqlaşdıqca cəbhə səthi yer səthindən yuxarıda yerləşir və buludlar nisbətən hündürlüklərdə yaranır, eyni zamanda onların qalınlığı az olur. Əksinə, cəbhə xəttinə yaxınlaşdıqca cəbhə səthinin azalması ilə, buludlarin aşağı sərhədi azalır və qalınlığı çoxalır.
İsti cəbhəyə qarşı uçarkən heyət ən əvvəl cəbhinin yaxınlaşmasını "xəbər" verən ci buludlarını müşahidə edir. Bu buludlar cəbhədən 800 – 1000 km qabaqda və yuxarı təbəqədə yerləşirlər. Daha sonra cəbhə xəttinə yaxınlaşdıqca ci qalınlaşır və təqribən 6 km-də cs buludluğuna çevrilərək, bütün göy qübbəsini tutur.
Bu buludlarin qalınlığı bir neçə yüz m-dən bir neçə km-ə qədər ola bilər. Cəbhə xəttinə yaxınlaşdıqca orta təbəqə buludları görünməyə başlayir. Əvvəlcə, təqribən 6 km hündürlükdə nazık as buludlari görünür, onlar tədricən qalınlaşır və aşağı sərhədləri 3 – 2 km-ə enir, qalınlığı 3 km-ə çatır.
Bu cür qalın as-dan zəif aramsız yağıntılar yağır. Bəzən bu buludların aşağı sərhədi 2 km-dən aşağı düşür və bu halda o ns buludluğuna çevrilir. Bu buludlardan intensiv aramsız yağıntılar yağır. Buludların aşağı sərhədinin hündürlüyü onlarin cəbhə xəttindən hansı məsafədə yerləşmisindən və qalxan isti havada kondensasiya səviyyəsinin hündürlüyündən asılıdır. Cəbhə xəttinin yaxınlığında bu 300 – 600 m-ə çatır. Cəbhə buludlarının altında düşən yağıntıların buxarlanması nəticəsində frnb yaranır. Bu buludlarin aşağı sərhədi 50 – 150 m-ə, bəzən isə yer səthinə qədər düşə bilir, yəni dumana çevrilir.
Nizamlı qalxan hava axinlarinin sürəti az olduğuna görə as və ns buludlarında uçuşlar sakit keçir, yırğalanma olmur. İlin soyuq dövründə ns buludluğunda buzlaşma ehtimali bütün hündürlüklərdə mövcud olur. Ancaq, onun intensivliyi yağıntı yağan müddətə qədər çox olur və yağıntı başlayandan sonra intensivlik azalır.
Siklonun kənarında və yüksək təzyiq sahəsində olan isti cəbhədə qalxan hava axınları zəifləyir və enən hava axinlari üstünlük təşkil edir. Burada qalın sc üstünlük təşkil edir və onlarin yuxarı sərhədi 2 km-ə qədər çatır.
Soyuq cəbhələr
Hərəkət sürətinə, qalxan isti hava axınlarının xarakterinə, bulud və yağinti zonalarını xarakterinə (yerləşməsinə) görə soyuq cəbhələr iki tipə ayrılır: I dərəcəli soyuq cəbhə – zəif hərəkət edən; Ii dərəcəli soyuq cəbhə – sürətlə hərəkət edən. Bunlar üçün ümumi olan odur ki, troposferin aşağı hissəsində soyuq havanin hərəkət sürəti geriyə çəkilən isti havanin sürətindən çoxdur və buna görə də, soyuq hava isti havaya daxil olaraq onu yuxarı qalxmağa məcbur edir. Bu cür hərəkət zamanı yer səthi üzərində soyuq cəbhənin səthi cəbhə xəttindən arxada yerləşir. Bu zaman buludlar isti havanın adiabatik soyuması nəticəsində cəbhə xəttinin arxasında yaranır.
A) i dərəcəli soyuq cəbhə
Bu cür hava cəbhələri tsiklonun kənarında və ya, azqradiyentli yüksək təzyiq zonalarında müşahidə olunur. İlin soyuq dövründə cəbhə səthi ilə yuxarı qalxan isti havanın dayanıqlılığı çox olur. Nəticədə, cəbhə xəttindən arxada layvari buludlar yaranır ki, bu da əks istiqamətdə yerləşmiş isti atmosfer cəbhəsinin eynidir. Eyni zamanda cəbhə xəttindən arxada ns yerləşir və bunlar tədricən as buludluğuna keçir. Onlarin şaquli qalınlığı, isti cəbhədəki buludların qalınlığından az olur. Bulud sisteminin yuxarı sərhədi 4,0 – 4,5 km-də yerləşir. Fasiləsiz yağıntılar cəbhə xəttindən arxada yağır və onlarin eni orta hesabla 150 – 200 km-ə çatır. Bu zonada hündürlüyü 100 – 200 m olan frnb yaranması və görünüşlüyün pisləşməsi nəticəsində uçuşlar alçaq hündürlükdə çox mürəkkəbləşir.
Cəbhənin ön hissəsində konveksiyanin intensiv inkişafi nəticəsində, cəbhə xəttinin bilavasitə yaxınlığında cb yaranır və onlardan ildirımla müşayiət olunan leysan yağıntıları yağır. Buludlarda intensiv turbulentlik və buzlanma müşahidə olunur.
B) ii dərəcəli soyuq cəbhə
Bu cür cəbhələr zəif inkişaf etmiş tsiklon çökəkliyində yerləşən və sürətlə hərəkət edən cəbhəyə deyilir. Izobarlar bu cür cəbhəyə perpendikulyar şəkildə yerləşir, barik qradiyent isə böyük rəqəmlərlə ölçülür. Hava kütlələrinin hərəkəti aşağıdakı kimidir:
Yer səthində soyuq hava istiyə nisbətən sürətlə hərəkət edir, ancaq 1,5 – 2,0 km-dən yuxarıda isti hava cəbhə səthi üzərində daha sürətlə hərəkət edir. Nəticədə, cəbhənin qabaq hissəsində güclü qalxan isti hava axınları yaranır ki, bu da cb əmələ gəlməsinə səbəb olur. Konvektiv buludun yuxarı hissəsi güclü isti hava axınları ilə qabağa çəkilir və bu hissə cs buludluğundan təşkil olunur. Yer səthinə yaxın 1,5 – 2,0 km-də isti hava aşaği endiyinə görə o adiabatik olaraq qızır. Nəticədə, cəbhə xəttindən arxada buludlar dağılır, sonra isə hava aydınlaşır.
Beləliklə, ii dərəcəli cəbhə ilə ensiz, güclü buludlar zonası və intensiv leysan yağıntılar zonası əlaqadardır və onlar cəbhə xəttindən qabaqda yerləşir və bir neçə on km. eni olur. Yayda cəbhənin keçməsi ildirımla, güclü küləklə və dolu düşməsi ilə müşayiət olunur.
Cəbhəyə qarşı uçuş zamani cb cərgəsi (yağiş zonasi ilə) görünür. Adətən, ii dərəcəli cəbhənin yaxınlaşmasının əlaməti cəbhənin qarşısında, təqribən 200 km məsafədə ac buludluğunun yaranması olur.
5.Oklyuziya cəbhələri
Adətən, tsiklon zonasında soyuq cəbhələr isti cəbhələrdən sürətlə hərəkət edirlər. Bunun nəticəsində, soyuq cəbhə isti cəbhəyə çatır və onlar birləşirlər. Yeni mürəkkəb cəbhə yaranır və buna okklyuziya cəbhəsi deyilir. Soyuq hava isti havaya çatdıqda, tsiklonun isti bölməsində yerləşən isti havanın yuxarı qalxmağa və tsiklonun arxa hissəsində yerləşən soyuq hava ilə birləşməyə məcbur edir.İki cür okklyuziya cəbhəsi olur:
- a)Isti oklyuziya cəbhələri
- b)Soyuq oklyuziya cəbhələri
İsti oklyuziya cəbhəsi tsiklonun arxasında, nisbətən az soyuq hava kütləsi qarşisinda daha çox isti hava kütləsi yerləşəndə yaranır. Bu tip oklyuziya cəbhəsinə ilin soyuq dövründə, tsiklonun arxasinda dəniz mənşəli, nisbətən isti hava, qabaq hissəsində isə kontinental soyuq hava kütləsi yerləşəndə rast gəlinir.
İlin soyuq dövründə oklyuziya cəbhələrinin bulud sistemi adi isti cəbhənin layvari bulud sisteminə oxşayır. Bu zaman uçuşlar üçün ən böyük təhlükə buludun aşağı sərhədinin kəskin olaraq aşağı düşməsi, üfüqi görünüşlüyün pisləşməsi və buludlarda güclü buz bağlamanın olmasıdır. Soyuq oklyuziya cəbhəsi, əsasən soyuq cəbhənin arxasında yerləşən hava kütləsi, isti cəbhənin qarşısında yerləşən hava kütləsindən daha çox soyuq olan halda yaranır. Bu cür oklyuziyaya cəbhələri ən çox isti dövrdə, okeandan materikə daxil olan hava kütləsinin burada olan hava kütləsindən soyuq olduğuna görə yaranır. Bəzən soyuq oklyuziya cəbhəsi adi soyuq cəbhə xüsusiyyətlərinə malik olur və nəticədə, yaxşi inkişaf etmiş cəbhə yağıntıları zonası, şimşəklər, güclü küləklər (şkval) yaranir. Buna görə də, ilin isti dövründə, xüsusən də günortadan sonra və axşam vaxtı, bu cür cəbhələrin keçilməsi çox təhlükəlidir.
Coğrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |