Atropatidler - Wikipedia
Atropatidler - Wikipedia - Haqqında Məlumat
Atropatidlər – Atropatena dövlətində hakimiyyətdə olmuş sülalə.
Atropatidlər | |
---|---|
Banisi | Atropat |
Sonuncu hökmdar | II Artavazd |
Hazırkı rəhbər | Yoxdur |
Əsası qoyulub | E.ə. 328 |
Müstəqil Atropatena dövləti Atropatın başçılığı ilə e.ə. 328-ci ildə yaradılmışdır. Atropatın ölümündən sonra isə hakimiyyətə Artabazan keçmişdir. Atropatın əsasını qoyduğu sülalə Atropatidlər sülaləsi adlandırılır. Atropatidlər sülaləsi Arşakilərin kiçik qolu – Atropatena arşakiləri Atropatena hakimiyyətə gələnə kimi öz hakimiyyətini davam etdirmişdir.
Atropatidlər sülaləsindən olan hökmdarların siyahısı
redaktə- Atropat – e.ə. 328 – ci ildə hakimiyyətə gəlmişdir.
- Artabazan – III Antioxla sülh müqaviləsi bağlamışdır.
- Mitridad ( və ya Mehrdad) – e.ə. 67 – ci ildə Ermənistan hökmdarı II Tiqranın qızı ilə evlənmişdir.[1]
- Dara (və ya Daryuş) – e.ə. 65 – ci ildə hakimiyyətə gəlmişdir.
- I Ariobarzan – e.ə. 30 – cu illərdə hakmiyyətdə olmuşdur.
- I Artavazd – e.ə. 20-ci illərdə hakimiyyətdə olmuşdur.
- II Ariobarzan – e.ə. 20 – ci illərin sonlarından b.e. – nın 2 – ci ilinə kimi hakimiyyətdə olmuşdur. O, eramızın birinci ilinə kimi həm də Ermənistanın hökmdarı olmuşdur. Antoninin Kleopatradan olan oğlu İskəndər II Ariobarzanın bacısı, I Artavazdın qızı ilə evlənmişdir.[2]
- II Artavazd – Atropatenanın, daha sonra isə həm də Ermənistanın hökmdarı olmuşdur.