Avar Xanligi - Wikipedia
Avar xanlığı (avar. Авар нуцаллъи) — bugünkü Dağıstan ərazisində XII əsrdən XIX əsrə kimi mövcud olmuş feodal dövlət.
Xanlıq | |||||
Avar xanlığı | |||||
---|---|---|---|---|---|
Авар Нуцаллъи | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt | Xunzax | ||||
Rəsmi dilləri | Avar dili | ||||
Dövlət dini | İslam | ||||
İdarəetmə forması | Mütləq monarxiya | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəXII əsrin əvvəllərində xristian Sərir krallığının süqutundan sonra avarlar müsəlmanlaşmağa başladı. Bölgə Sabutay Bahadurun başçılığı ilə monqollar tərəfindən işğal edildikdən sonra, 1222-ci ildə bölgədə hərbi münaqişələr artdı. Ardından avarlar, Xarəzmşahlar hökmdarı II Məhəmmədə monqollara qarşı aparılacaq savaşda onlara dəstək olacaqlarını söz vermişdi, lakin avarların monqollarla müharibəsi haqqında heç bir bir məlumat, heç bir sənəd yoxdur.
Qızıl Ordanın süqutunun ardından Qazi-Kumuxda şamxallığın yüksəlişi, Avar xanının gücünün XV və XVI əsrlərdə azalacağına bir nişanə idi. Bu illərdə xanlıq quruluş baxımından iradəsiz bir dövlət halına gəldi. Xanlıqdakı əhalinin bir çoxu xandan olduqca böyük muxtariyyət əldə etməsi səbəbindən bəzən o, güclü düşmənlərə qarşı Çarın himayəsini istəmək məcburiyyətində qaldı.
1740-cı ilin yayında Avşarlar sülaləsi hökmdarı Nadir şah, Qazi-Kumuxa gəldi. Kumık şamaxalı Xaspulat xan, Qaytak usmisi Əhməd xan və Akuşa qazisi sədaqətlərini subut etmək üçün müxtəlif hədiyyələr təqdim etdilər. Avqust 1740-cı ildə də Avar torpaqlarına girmiş, 80 min nəfərlik ordusu Andidə Avarlar və Dağıstanlı müttəffiqlər tərəfindən məğlubiyyətə uğradılmışdı.[1]
Ənvər Çingizoğlu yazır: "Avarıstan Dağıstanın bir bölgəsidir. Bu diyarda Məhəmməd Nutsal xan hökmranlıq edirdi. 1774-cü ildə onun ölümündən sonra oğlu Ümmə xan (Ömər xan) başçı oldu. Ümmə xan bacısı Bikə ağanı İbrahimxəlil xana verib, qohumlaşdı. İbrahimxəlil xan bu qohumluqdan dəfələrlə istifadə etmişdi. Tarixçi Rzaqulu bəy Vəzirov yazır: "Lazım olan zaman Dağıstan və ləzgi vilayətlərindən qoşun istəyirdi. İbrahim xan Ümmə xanın və başqa sərkərdələrin başçılığı ilə Qarabağa gələn qoşunu öz övladları və Qarabağ qoşunu ilə birlikdə lazım olan yerlərə göndərir, istədiyi adamı tənbeh edir və öz itaəti altına çəkirdi".
Tarixçi Mirzə Yusif Qarabaği yazır: "Eyni zamanda qohumluq münasibətinə görə avar hakimi Ümmə xan və Dağıstan əmirləri də İbrahim xana sadiq və dost idilər, əgər aralarında bir narazılıq üz versəydi, dərhal İbrahim xanın işarəsi ilə Dağıstan əmirləri bütün qoşunlarıyla Gürcüstan üzərinə hücum edərək oranı çapıb dağıdırdılar, necə ki, 1205-ci (1790) ildə Gürcüstan valisi ilə İbrahim xanın arasında olan narazılıq üz vermişdi.
Bu səbəbdən Ümmə xan çoxlu qoşunla Gürcüstan tərəfinə gedib bacardığı qədər Gürcüstan torpağını qarət edərək Sığnaq və Gümüşxananı zəbt etdi, camaatın çoxunu öldürdü. Bir qədərini əsir və digərlərini dustaq edib, təcili surətdə Axalsixə, Süleyman paşanın yanına getdi. Qışı orada keçirib, bahar fəslində geri qayıdaraq, yenə də Gürcüstan torpağına daxil oldu. Ümmə xan yolun üstündə knyaz Abaşidzenin arvad-uşağı ilə yaşadığı möhkəm qalanı mühasirə edib zor ilə zəbt etdi. Oranın əhalisini qılıncdan keçirdərək, bəzilərini də əsir etdi. Knyaz Abaşidzenin qızlarından Cavahir xanımı İbrahim xan üçün göndərdi, bir qızına da Ümmə xan özü evləndi".[2]
1801-ci il tarixində Ümmə xanın ölümündən sonra Avar xanlığı Rusiya imperiyasının tərkibinə daxil oldu . Avar xanlığı dağılmasına baxmayaraq 1828-ci ilə Qafqaz imamlığının himayəsini daxil oldu. 1859-cu ildə Rusların zəbtilə Avar xanlığının varlığı sona çatmış oldu.
Hakimlərin siyahısı
redaktə- Birinci hakim — Avar (VI əsr) adlı şəxs
- Naməlum nutsallar
- I Səratan
- I Surakat (XII əsr), Səratanın oğlu
- Şeyx Əhməd Dağıstani, uzurpator (taxtı zorla ələ keçirib) (XII əsr)
- Şeyx Əbumüslüm Dağıstani, Şeyx Əhməd Dağıstaninin oğlu, uzurpator (XII əsr)
- I Bayar ((XII–XIII əsrlər)), I Surakatın oğlu
- Məsum bəy (XII əsr)
- Sultan ibn Məsum bəy (XII əsr)
- Çoban ibn Sultan (XIII əsr)
- Əmir Əhməd ibn Çoban (XIII əsr)
- I Əmir Sultan (XIII əsrin ortalarına qədər), I Bayarın oğlu
- I Məlik Səratan (XIII əsrin ikinci yarısınadək), I Əmir Sultanın oğlu
- naməlum nutsallar
- Surakat (1353/1354)
- II Səratan
- I Dügri xan, II Səratanın oğlu
- I İbrahim
- Mirzə Məhəmməd, I Dügri xanın oğlu, I İbrahimin kürəkəni
- I Andunik xan (1460–1485), I İbrahimin oğlu
- Bulaç xan (1485–1510) Mirzə Məhəmmədin oğlu
- Əmir Həmzə (1510–1540), ibn Ümmə xan ibn Bulaç xan
- Nutsal xan I (1540–1546), ola bilsin əvvəlkinin oğlu
- Andunik xan II (1546 — dekabr 1569), əvvəlkinin oğlu
- Əhməd (1569–1577), əvvəlkinin oğlu
- Tunay-Calav (1577–1578), Çoban amxalın qardaşı
- Məhəmməd Şamxal (1578–1589), Turaravın oğlu, I Nutsal xanın oğlu
- I Qanbulaq xan (1589–1595), əvvəlkinin oğlu
- I Şamxal xan (1595–1596), əvvəlkinin oğlu
- II İbrahim (1596–1605)
- I Mehdi xan (1605–1614), Məhəmməd Şamxalın oğlu
- Barti-Kihiləv (1614–1620), Məhəmməd xanın oğlu, Kuşkanti-Kihiləvin oğlu, Bartinin oğlu, II Andunik xan oğlu
- I Ümmə Ədalətli (1620–1634), Şamxal xan oğlu
- I Əmir Həmzə (təhm. 1634–1646), Barti-Kihiləv oğlu
- I Maldar-mirzə (1646–1650)
- I Məhəmməd xan (1650–1656), Barti-Kihiləv oğlu
- II Duqri xan (1656–1668), I Ümmə xanın oğlu
- II Məhəmməd xan (1668–1688), II Duqri xanın oğlu
- Ümma xan II (1688–1699), əvvəlki oğlu
- Andunik xan III (1699–1706), əvvəlki oğlu
- Düqri xan III, əvvəlki qardaşı
- Ümma xan III (1706–1707), Baş Bulaç kimi tanınan [[Düqri-Xan III (avar Xan)] Düqri-Xan III]
- Məhəmməd xan III (1707–1722), əvvəlki qardaşı
- Umma xan IV (1722–1735), Turrovanın oğlu Turloyev ailəsindən.
- Аnkal xan I (1735–1740)
- Nuçal xan II (1740–1744), Umma Xan IV-ün oğlu
- Мahmud xan I (1744–1765)
- IV Məhəmməd nutsal (1765–1774), III Ümmə xan Bulaçın oğlu
- IV Ümmə xan (1774 — aprel 1801), IV Məhəmməd nutsal xanın oğlu
- Qebek xan I (1801 — yanvar 1802), əvvəlki qardaşı
- Sultan Əhməd xan I (1802–1823), Əli-Sultan Mextulinin oğlu
- Surxay xan I (1818–1834), Qebek-xanın oğlu. Xan yalnız Rusiya rəhbərliyini tanıyırdı. Hökumət [Sultan Əhməd Xan I (Sultan Əhməd Xan)] 1802–1823)
- Аrslan xan I (1827–1828). Xan yalnız Rusiya rəhbərliyini tanıyırdı. [Əbu Sultan Xan I (avar xanı)] Əbu Sultan Xan [1823] — 1834), oğlu Sultan Əhməd Xan I (avar xanı) Sultan Əhməd Xan I
- Əbu Sultan xan I (1828–1834), oğlu Sultan Əhməd Xan I
- Baxu-bikə I (1834–1834), qızı Umma xan IV
- Мəhəmməd-mirzə I (1834–1837)
Ədəbiyyat
redaktə- Шапи Казиев. Имам Шамиль. ЖЗЛ. М., Молодая гвардия, 2010. ISBN 5-235-02677-2
- История Дагестана: Учебное пособие; 8 кл|место=Махачкала|издательство=Изд-во НИИ педагогики|год=2002|ref=Магомедов Р. М.
- Айтберов Т. М. материалы по хронологии и генеалогии правителей Аварии — в книге Источниковедение средневекового Дагестана, Махачкала, 1986.