Avatar Aanq Haqqinda Efsane - Wikipedia
Avatar: Aanq haqqında əfsanə (ing. Avatar: The Legend of Aang) və ya Avatar: sonuncu hava maqı (ing. Avatar: The Last Airbender) — ABŞ-də anime elementləri ilə[5] yaradılmış cizgi serialı. Serialın üç sezonu "Nickelodeon" və "Nicktoons Network" kanallarında yayımlanmışdır. Onun yaradıcıları və prodüserləri — Maykl Dante DiMartino və Brayan Konietzkodur. Avatar kainatı Asiya mədəniyyəti əsasında yaradılmışdır. Serialda Şərqi və Cənubi Asiya, habelə Qərb mədəniyyətlərinin elementlərindən istifadə olunur. Bu da adətən ABŞ-də ayrı-ayrı kateqoriyalara aid edilən cizgi filmlərinin sintezini yaradır.
Avatar: Aanq haqqında əfsanə | |
---|---|
ing. Avatar: The Last Airbender[1][2][…] | |
Növ | teleserial |
Janr | fantaziya teleserialı[d], dram teleserialı[d], komediya-dram |
Yaradıcı | Maykl Dante DiMartino[1], Brayan Konietzko[1] |
Ssenarist | |
Rolları səsləndirənlər | Zak Tayler Eysen[3][1], Qrey Qriffin[d][3], Dante Basco[3], Mey Uitmen[3][1], James Garrett[d][3], Robert Patrik[d] |
Studiya | Nickelodeon Animation Studios[d] |
Ölkə | |
Dil | ingilis dili[4] |
Mövsümlərin sayı | 3 |
Seriyaların sayı | 61 |
Seriyanın müddəti | 23 dəq. |
Rəng | rəngli |
Telekanal | Nickelodeon |
Nümayiş | 21 fevral 2005[1] |
Sonrakı seriya | Avatar: Korra haqqında əfsanə, Avatar: Aanq haqqında əfsanə |
IMDb | ID0417299 |
Rəsmi saytı |
Birinci seriya 2005-ci il fevralın 21-də[6], dörd hissədən ibarət iki saatlıq axırıncı seriya isə 2008-ci il iyulun 19-da[7] yayımlanmışdır.
Serial televiziya ekranları qarşısına 5,6 milyon izləyici toplayıb. "Avatar: Aanq haqqında əfsanə" Annual Annie Awards, Genesis Awards mükafatlarında müxtəlif nominasiyalara təqdim olunmuş, Emmi mükafatına layiq görülmüşdür. "Nickelodeon" birinci seriyanın uğurundan sonra, 2-ci[8] və 3-cü[9] seriyaları çəkmək qərarı verib. 2010-cu ildə serialın birinci sezonunun əsasında "Sonuncu hava maqı" adlı film çəkilmişdir. 2012-ci il aprelin 14-də "Nickelodeon" kanalında serialın davamı olan "Korra əfsanəsi" cizgi serialı yayımlanmağa başlanıb.[10][11][12][13] 2024-cü ildə orijinalnan eyni adlı olan, qeyri-cizgi serial versiyasının birinci mövsümü Netflix tərəfindən buraxılıb.[14]
Süjet
redaktəKatara və Sokka aysberqdə 12 yaşında Aanq adlı oğlan tapırlar. Bu oğlan yüz illik müharibədə Od milləti tərəfindən məhv edilən Hava köçəriləri tayfasından olan hava maqıdır. Aanq aysberqdə yüz il donub qaldığı üçün müharibə haqqında heç nə bilmir. Bu onu şoka salır. O öz tayfasının axırıncı nümayəndəsi, axırıncı hava maqı və o cümlədən Avatardır. Avatarın bu dünyada missiyası — balansı saxlamaq və sülh yaratmaqdır. Ona görə də hava magiyasını bilən Aanq qalan üç ünsürün idarəetmə sənətini öyrənmək və müharibəyə son qoymaq üçün dünya səyahətinə çıxmaq və magiya müəllimləri tapmaq qərarına gəlir.
Serial kitab adlandırılan üç mövsümdan ibarətdir. Hər bir kitabda Avatar Aanq bir ünsürün idarəetmə sənətini öyrənir. Su və Torpaq kitablarının hər ikisi 20, Od kitabı isə 21 fəsil adlandırılan seriyadan ibarətdir.
Avatar kainatı
redaktəDörd millət
redaktəAvatar dünyasında yaşayan hər bir millətin bizim dünyada öz prototipi var. Cəmi dörd millət var: Su, Torpaq, Od və Hava.
Su Tayfası iki yerə bölünür: şimal və cənub qütbünün tayfaları (onlardan başqa bir bataqlıqda kənarı dünya tərəfdən unudulmuş su magiya sənətini işlədən bir tayfa yaşayır). Su tayfasının görünüşü Sibirin və Kanadanın yerli xalqlarından götürülmüşdür.
Avatar kainatında ən böyük əraziyə sahib olan dövlət. Ölkənin görünüşü qədim Çindən yaradılmışdır. Paytaxtı Basingsei şəhəridir. Şəhər böyük qala divarları ilə əhatə olunmuşdur. Buda Çindəki Böyük Çin Səddini xatırladır.
Od milləti qərb arxipelaqında yerləşir. Millətin görünüşü samuraylar dövrünün Yaponiyasından götürülmüşdür. Od Ustadı Sozin torpaqlarını genişləndirmək üçün yüz ilə yaxın davam edən və Od Ölkəsində hakimiyyətdə olan sülalənin dörd nəslinin nümayəndələrinin dövrünə təsadüf edən müharibəni başlatdı.
Hava köçəriləri, nəsilləri kəsilməzdən əvvəl 4 əsas məbəddə yaşayırdılar: Cənub Hava Məbədi, Şimal Hava Məbədi, Qərb Hava Məbədi, Şərq Hava Məbədi. Serialda bu məbədlər xarabalıqlar kimi göstərilir. Millətin görünüşü Tibet rahiblərinin görünüşü əsasında yaradılmışdır.
Avatar
redaktə"Avatar: Aanq haqqında əfsanə" serialında Avatar — insanda dörd ünsürün təcəssümüdür. Avatar öləndə o avatar dəyişmə dövrünə görə növbəti tayfada yenidən doğulur.
Avatar dəyişmə dövrünün ardıcıllığı belədir:
- Su Tayfası
- Torpaq Krallığı
- Od Milləti
- Hava Köçəriləri
Serialda avatar təcəssümü Aanqdır (sonuncu hava maqı).
Avatarın rolu
redaktə- Dörd millət arasında balansı saxlamaq. Müharibənin qarşısını almaq.
- Yaşayanların və ruhların dünyaları arasında birləşdirici bənd. O, meditasiya zamanı ruhların dünyasına keçə bilir və orada onlarla danışa, kömək və ya məsləhət istəyə bilir.
Avatar halı
redaktəThe Avatar State is a defense mechanism, designed to empower you with the skills and knowledge of all the past Avatars. The glow is the combination of all your past lives, focusing their energy through your body. In the Avatar State, you are at your most powerful, but you are also at your most vulnerable. If you are killed in the Avatar State, the reincarnation cycle will be broken and the Avatar will cease to exist.
Avatar Roku (İkinci kitab: «Torpaq». Birinci seriya: «Avatar Halı»)
Avatar halı — Avatarın qısa müddətə xüsusi hala girməsi. Avatar halında onun bütün keçmiş təcəssümlərinin gücü onun içində birləşir. Bu halda Avatar çox güclüdür və o, ünsürləri şüuraltı səviyyədə nəzarətə alır. Həmçinin, Avatar halında o, ruhları bizim dünyaya çağıra və onların gücünü balansı pozmağa çalışanları və ya Avatarın həyatına təhlükə yaradanları məhv etmək üçün istifadə edə bilər.
Avatar halına keçmə hər hansı emosional sarsıntılar — qorxu, qəzəb, kədər zamanı baş verə bilir və bu an idarəolunmaz olur. Bu hala və ona keçməyə nəzarət etmək üçün Avatar bir neçə özünüdərk və özünütəmizləmə mərhələləri keçməlidir. O öz təəssüratları, qorxuları, şübhələri, emosiyaları, ehtirasları, onun içindəki harmoniyaya təsir edə bilən hər şeyi rədd etməlidir. Avatar halı Avatar ideyasının kvintessensiyasıdır, çünki bu zaman Avatarda onun bütün keçmiş təcəssümlərinin bilik və bacarıqları birləşir. Avatar halında Avatarın keçmiş təcəssümləri önə çıxa bilir. Məsələn, Aanq Avatar Roku məbədində onunla danışarkən Rokuya, Avatar Kioşinin geyimini geyinərək Kioşiyə dönmüşdü.
Avatar halında Avatarın çox güclü olmasına baxmayaraq, eyni zamanda bu hal onun ən böyük zəifliyidir. Əgər o, Avatar halında ölsə, Avatar dövrü bitəcək və daha yeni Avatar olmayacaq. Avatar hər zamankı halında ölsə, Avatar dövrünə görə yeni Avatar doğulacaq. Buna görə də Avatar halına keçmək çox çətindir və bunu edən riski və dünyanın qarşısındakı məsuliyyətini dərk etməlidir.
Avatar kainatının magiyası
redaktəAvatar kainatı magiya[15][16] (ing. bending), ruhlar və enerji ilə doludur. Hər tayfanın onun özünə aid ünsürünü idarə etmək bacarıqlarına sahib olan xüsusi nümayəndələri var. Onlar həyatları boyunca bu qabiliyyətlərini inkişaf etdirir, gücləndirir, bacarıqlarını təkmilləşdirirlər. Magiyanın dörd əsas növü var: Su, Torpaq, Od və Hava.
Su magiyası
redaktəSu Magiyası (ing. Waterbending) ruhları təbiətdə tarazlığı simvolizə edən Okean və Ayın qarşılıqlı əlaqəsinin nəticəsidir.
Hər bir canlı məxluqda Çi enerjisi var, Su maqları məhz onu istifadə edirlər. Əfsanələrə görə Su maqları Su magiyasını Aydan, onun qabarma və çəkilmələrə təsirinə baxa-baxa öyrəniblər. Ay Su maqlarının enerjisini çoxaldır. Ona görə Su maqları gecə daha güclüdürlər, tam ay vaxtı isə demək olar ki, məğlubedilməzdirlər. Su magiyasının bir tipi də Qan magiyasıdır. Bu magiya demək olar ki, işlənmir. Serialda bu magiyanı işlədən ancaq iki adam göstərilib və ikisi də onu ancaq tam ay olanda istifadə edə bilirdilər. Bu magiya insan bədəninin əsasən mayedən təşkil olunması və buna görə də Su maqlarının onları marionet kukla kimi idarə etməsinə əsaslanır.
Torpaq magiyası
redaktəTorpaq Magiyasının (ing. Earthbending) enerjisi məhz yerdən gəldiyinə görə, Torpaq Krallığının əhalisinin çoxu enerjisini daha yaxşı qorumaq üçün ayaqqabı geyinmir. Əfanələrdə deyilir ki, ilk Torpaq maqları torpağı və onun dəyişilməsini idarə edə bilən köstəbəkporsuqlardan öyrənmişdilər. Torpaq magiyasının bir növü Qum magiyasıdır. O əsasən səhralarda istifadə edilir. O biri növü isə Metal magiyasıdır (serialda bu magiyanı işlədən ancaq bir nəfər göstərilmişdir — Tof Bei Fong).
Od magiyası
redaktəOd Magiyası (ing. Firebending) nəfəsdən gəlir. Od maqı olmaq istəyən şəxs əvvəlcə düzgün nəfəs almağı öyrənməlidir. Serialda deyilir ki, od maqlarının müəllimləri əjdahalar idilər. Od maqları magiya üçün enerjini Günəşdən alırlar.
Hava magiyası
redaktəHava maqları (ing. Airbending) rahiblər idilər. Onlar Hava Magiyasının köməyi ilə uça bilirdilər. Serialda deyilir ki, birinci hava maqları uçan bizonlar idilər.
Enerji magiyası
redaktəEnerji Magiyası (ing. Energybending) ünsürlər magiyaları bölünəndən və Avatardan əvvəl mövcud idi. Onun texnikaları barədə heç nə bilinmir. Aanqa Enerji Magiyasını şirtısbağa öyrətdi. Aanq Enerji Magiyasını Od Lordu Ozaya qarşı istifadə etdi və onun magiyasını aldı.
Bu magiyanın səmərəliliyi onu istifadə edən maqın ruhunun gücündən aslıdır. Enerji Magiyası istifadə edən maq onu ruhu daha güclü olan şəxsə qarşı istifadə etsə, o öz magiya praktikasının qurbanı ola bilər.
Yalnız doğurlu ağıl yalan və illüziyaların öhdəsindən gələ bilər. Yalnız doğurlu ürək nifrət zəhərinə dözə bilər. Zamanın əvvəlindən zülmət boşluqda çiçəklənirdi, lakin o həmişə təmiz işığın qarşısında geri çəkilir. Onu gözlə. O gələcək.
Orijinal mətn (ing.)The true mind can weather all the lies and illusions without being lost. The true heart can tough the poison of hatred without being harmed. Since beginningless time, darkness thrives in the void, but always yields to purifying light. Wait for him. He will come.
— Şirtısbağa (Üçüncü kitab: «Od». «Sozin Kometası, 2 hissə: Qədim Müəllimlər»)
Ruhların magiyası
redaktəAvatar kainatında Ruhlara aid olan Ruh Magiyası (ing. Spiritbending) var. Bu magiya həm real dünyada, həm də digər magiyaların heç birinin işləmədiyi ruh dünyasında istifadə edilə bilər. Müxtəlif ruhlar müxtəlif cür magiyadan istifadə edirlər. Məsələn, Hey Bay — Torpaq Krallığında bir meşənin ruhudur və o bu meşəni qoruyur, Kou ruhu isə "üzlərin oğrusu" adlandırılır. Bəzən ruhlar digər magiyaları da istifadə edə bilirlər. Məsələn, Van Şi Tonq (biliklər kitabxanasındakı böyük bayquş) deyir ki, Su Magiyasının bütün növlərini bilir, Tui və La isə (Okeanın və Ayın ruhları) Su Magiyasını yaradıblar, lakin Ruh Magiyası yalnız ruhlara aiddir və insanlar onu istifadə edə bilməz. Avatar real və ruhlar dünyası arasında "körpü" olduğuna görə o da bu magiyadan istifadə edə bilər.
İstehsalı
redaktəSerialın yaradıcıları: Maykl Dante DiMartino (soldan)
və Brayan Konietzko (sağdan) 2009-cu ilin iyulda |
"Avatar: sonuncu hava maqı" adlı serialı Kaliforniya ştatın Berban şəhərində yerləşən Nickelodeon Animation Studios-da Maykl Dante DiMartino və Brayan Konietzko yaratdılar. Animasiya ilə bağlı işlər əsasən Cənubi Koreyanın üç studiyada aparılırdılar: JM Animation, DR Movie və Moi Animation. Brayan Konietzko dediyinə görə proqram 2001-ci ilin yazında duetın fikirinə düşdü. Konietzko dazlamağa başlayan ortayaşlı kişinin eskizi alıb və onu başında cavan oğlanı kimi təsəvvür etdi. Sonra o bu personajı göydə uçan bezonları oturarkən çəkdi və Maykl Dante DiMartinoya göstərdi. O vaxt DiMartino Cənub qütbdə duzdağda qalanlar tədqiqatçılar haqqında sənədli filmi çəkirdi.
We thought, "There's an air guy along with these water people trapped in a snowy wasteland... and maybe some fire people are pressing down on them..."
Konietzko layihə üzərində ilk işləri barədə[17]
Sadəcə iki həftə sonra yaradıcılar öz ideyanı Nickelodeon-un vise prezidentə və icraedici prodüserə Erik Koulmena göstərdilər.[18]
"Avatar: Aanq haqqında əfsanə" serialını fərgləndirən şey — kainatı Şərgi Asiyanın incəsənətin və mifologiyanın əsasında yaradılmasıdır. Serialda olan yazıların çoxu Çin ənənəvi kalliqrafiyada yazılmışlar. Hər bir kaliqrafiya nümunəsi üçün müvafiq stil istifadə edilirdi.[19] Layihənin mədəni müşavirləri Edvin Zeyn və kalliqraf Siu-Leung Lee idilər.[5][20] Avatar kainatda olan magiyada istifadə edilən döyüş sənətlərin hərəkətləri Asiya filmlərin nüfüzündən gəliblər.[17]
Mayknən mən "Legends & Lore" kimi, Harri Potter və Üzüklərin hökmdarı, epik sənət əsərləri ilə doğurdanda marağlanırdıq, amma bilirdik ki biz bu cür janra başqa bir yol tapmağa istəyirik. Yapon anime, Honkonq döyüş və kunq fu filmləri, yoqa və şərqi fəlsəfəçilər üçün sevgimiz bizi "Avatar: sonuncu hava maqı" üçün ilkin ilhamlara gətirdi
Orijinal mətn (ing.)Mike and I were really interested in other epic 'Legends & Lore' properties, like Harry Potter and Lord of the Rings, but we knew that we wanted to take a different approach to that type of genre. Our love for Japanese anime, Hong Kong action and kung fu cinema, yoga, and Eastern philosophies led us to the initial inspiration for Avatar: The Last Airbender
— Brayan intervyuda [21]
Bütün musiqini Ceremi Tsukerman və Benjamin Vinn yazmışdır. Onlar fon musiqini yaratmaq üçün quçjen, pipa, düdük və s. musiqi alətlərilə eksperimentlər aparırdılar.[22]
Yayımlama
redaktəBirinci tizer ictimaiyyətə ilk dəfə San Dieqoda keçirilən Comic-Con 2004 festivalda göstərilmişdi,[23] efirə isə 2005-ci ilin fevralın 21-də çıxmışdır. İlk iki seriya ABŞ-də, birsaatlıq premyera şəkildə göstərilmişdi. İkinci, iyirmi seriyalı mövsüm 2006-cı ilin martın 17-dən dekabrın 1-nə qədər yayımlanmışdır.[8] Üçüncü və sonuncu mövsüm 2007-ci ilin sentyabrın 21-də başlamış və onun, əvvəlki iki mövsumların kimi 20 seriya yox, 21 seriya var idi. Sonuncu dörd seriya ikisaatlı tammetrajlı film kimi göstərilmişdilər.
İndi serialı DVD formatında, həmçinin iTunes Store[24], PlayStation Store[25], BitTorrent[26], Xbox Live Marketplace[27] və s. rəqəmsal paylaşma xidmətlərindən alıb, və ya Nickelodeon kanalın saytında onlayn şəkildə[28] baxmaq olar.
Qəbul
redaktəReytinqlər
redaktəSerialın debütdan sonra hər bir seriya orta hesabla 3,1 miln. adam ekranın qarşısında toplayırdı.[29] 2006-cı ilin sentyabrın 15-də çıxan, "İlan aşırımı" (ing. «The Serpent's Pass») və "Bormaşın" (ing. «The Drill») seriyalardan ibarət olan, birsaatlı xüsusi veriliş isə 5,1 mln. adam ekranın qarşısında topladı. Nielsen Media Research-un məlumatına görə bu veriliş o həftənin kabel televiziyasında göstərilən ən yaxşı şou idi.[30] 2007-ci ildə serial daha 105 ölkədə yayımlamağa başlamışdı və Nickelodeon-un ən populyar proqramı olur. Seriyalar əvvəl Almaniya, İndoneziya, Malaziya, Belçika və Kolumbiya kimi ölkələrdə göstərilmişdi.[31]
"Sozin Kometası: Sonuncu Döyüş" adlı final serialın ən yüksək reytinqı almışdı. Finalın premyerasını orta hesabla 5,6 mln. adam izləyib, bu Nickelodeon kanalın 2007-ci ilin iyulun ortasında aldığı reytingdən 95%-ə çox tamaşaçıdır.[32] O cümlədə "Sozin Kometası: Sonuncu Döyüş" iTunes-da çıxdı və o həftənin bestsellerlərin reytinqın başında olmuşdu.[33] Serialın bu seriyanın əsasında yaradılmış və Nick.com saytında çıxmış "Rise of the Phoenix King" oyunu üç gün ərzində 815 000 geymer yaratdı.[34] IGN bu serialı öz "Top 100 animasiya TV şouları" (ing. Top 100 Animated TV Shows) reytinqində 35-ci yerə qoymuşdur.[35]
Mükafatları və nəmizədləri
redaktəİl | Mükafat | Kateqoriya | Nəmizədlənən | Status | Mənbə |
---|---|---|---|---|---|
2005 | Pulcinella Awards | Best Action Adventure TV Series (ing. Ən Yaxşı Döyüş Macəra TV Serialı) | bilinmir | Qazandı | [36] |
Best TV Series (ing. Ən Yaxşı TV Serialı) | bilinmir | Qazandı | [36] | ||
Enni mükafatı | Best Animated Television Production (ing. Ən Yaxşı Cizgili Televiziya Layihəsi) | bilinmir | Namizəd | [37] | |
Storyboarding in an Animated Television Production (ing. Cizgili Televiziya Layihələrin arasında Kadrlama Lövhəsi) | Lauren MacMullan for "The Deserter" (ing. «Dezertir» üçün Lorin MakMallan) | Qazandı | [37] | ||
Writing for an Animated Television Production (ing. Cizgili Televiziya Layihəsi üçün Yazı) | Aaron Ehasz and John O’Bryan for "The Fortuneteller" (ing. «Falçı» üçün Aaron Ehasz və Con O’Brayan) | Namizəd | [37] | ||
2006 | Enni mükafatı | Character Animation in a Television Production (ing. Televiziya Layihələrin arasında Cizgi Personajı) | Yu Jae Myung for "The Blind Bandit" (ing. «Kor Quldur» üçün Aaron Ehasz və Con O’Brayan) | Qazandı | [38] |
Directing in an Animated Television Production (ing. Televiziya Layihəsində Rejissorluq) | Giancarlo Volpe for "The Drill" (ing. «Bormaşın» üçün Giancarlo Volpe) | Qazandı | [38] | ||
2007 | Enni mükafatı | Best Animated Television Production for Children (ing. Uşaqlar üçün Ən Yaxşı Cizgili Televiziya Layihəsi) | bilinmir | Qazandı | [39] |
Directing in an Animated Television Production (ing. Televiziya Layihəsində Rejissorluq) | Joaquim Dos Santos for "Sozin's Comet Part 3:Into the Inferno" (ing. «Sozin Kometası: Cəhənnəməyin İçinə» üçün Joaquim Dos Santos) | Qazandı | [39] | ||
Cenesis mükafatı | Outstanding Children's Programming (ing. Görkəmli Uşaqlar üçün Proqramlaşdırma) | "Appa's Lost Days" (ing. «Appa İtirəndə Günləri») | Qazandı | ||
Emmi mükafatı | Outstanding Animated Program (ing. Görkəmli Cizgi Proqram) | "City of Walls and Secrets" (ing. «Divarlar və Sirlər Şəhəri») | Namizəd | [40] | |
Outstanding Individual Achievement in Animation (ing. Cizgidə Görkəmli Şəxsi Nailiyyət) | "Sang-Jin Kim" for "Lake Laogai" (ing. «Laoqai Gölü» üçün Sanq Cin Kim) | Qazandı | [40] | ||
2008 | Nickelodeon Uşaq seçimi mükafatı | Favorite Cartoon (ing. Favorit Cizgi) | bilinmir | Qazandı | [41] |
Annecy International Animated Film Festival | TV series (ing. Teleserial) | Joaquim Dos Santos for "The Day of Black Sun Part 2: The Eclipse" (ing. «Qara Günəş Günü, 2 hissə: Tutulma» üçün Joaquim Dos Santos) | Namizəd | [42] | |
56-cı Golden Reel mükafatı | Best Sound Editing in a Television Animation (ing. Televiziya Cizgisində Ən Yaxşı Səs si) | "Sozin's Comet: The Final Battle, Part 4: Avatar Aang" (ing. «Sozin Kometası, 4 hissə: Final Döyüşü») | Namizəd | [43] | |
Peabody mükafatı | bilinmir | bilinmir | Qazandı | [44] |
Layihə ilə bağlı media
redaktəArtbuk və komikslər
redaktə2010-cu ilin iyunun 2-də Dark Horse Comics nəşriyyatı "Avatar: Aanq haqqında əfsanə" serialın əsasında 184 səhifəsi orijinal artdan ibarət olan, "Avatar: The Last Airbender – The Art of the Animated Series" kitabı buraxdı.[45] Bir neçə komiks Nickelodeon jurnalında olub, 2011 ilin iyunun 15-də isə Dark Horse bir, "Avatar: The Last Airbender – The Lost Adventures" adlı buraxılışda onların və o cümlədə yeni komikslərin yığımı buraxır.[46]
2012-ci ilin ərzində Dark Horse Comics üç hissəli "Avatar: Aanq haqqında əfsanə — Vəd" komiksi buraxırdı. Bu komiks Aanqın Yüzillik Müharibədən sonra həyatı haqqındadır. 2013-cü ilin martın 20-də həmin nəşriyyat Vəd komiksin davamı olaraq, "Avatar: Aanq haqqında əfsanə — Axtarış" komiksi buraxdı.[47]
Videooyunlar
redaktəCizgi serialın əsasında oyun video trilogiya yaradılmış: "Avatar: The Last Airbender" 2006-cı ilin oktyabrın 10-da, "Avatar: The Last Airbender – The Burning Earth" 2007-ci ilin oktyabrın 16, "Avatar: The Last Airbender – Into the Inferno" isə 2008-ci ilin oktyabrın 13-də buraxıldılar. Oyunlar müvafiq olaraq serialın birinci, ikinci və üçüncü mövsumların əsasında yaradılmışdılar.[48]
"Avatar: Legends of the Arena" Microsoft Windows üçün MMORPG oyunu, 2008-ci ilin sentyabrın 25-də Nickelodeon tərəfdən işə salındı.[49]
Film
redaktəCizgi serialın birinci mövsumu 2010 ildə çıxan M. Nayt Şyamalanın "Sonuncu hava maqı" (ing. The Last Airbender) dolğunmetrajlı filmi üçün əsas kimi götürülmüşdü. Təsdiqlərə görə bu üç mövsum əsasında planlaşdırmış trilogiyanın birinci hissəsi idi. Film tənqidçilər və fanatlar tərəfdən əsasən neqativlə gəbul edilmiş: o Rotten Tomatoes saytında sadəcə 6% müsbət resenziya toplayıb. Əvvəldən bu film cizgi serialın tam adını daşımalı idi, lakin sonra Ceyms Kemeronun "Avatar" filmi ilə onu dolaşmamaq üçün adını dəyişdirdilər.
Sikvel
redaktə"Avatar: Aanq haqqında əfsanə" sikvelın "Korra əfsanəsi" cizgi serialın anonsu 2010-cu ilin iyulun 22-də, San Diego Comic-Con International festivalda olmuş.[50][51] Bu cizgi serialın yaradıcıları və prodüserləri — Maykl Dante DiMartino və Brayan Konietzkodur, orijinal serialın yaradıcıları.[52] Birinci on iki seriyalı mövsum 2012 ilin aprelın və iyunun arasında yayımlamışdı, ikinci on dörd seriyalı mövsum isə hələ yaradılır.
Netflix serialı
redaktə2024-cü ilin fevralın 22-də Netflix serialın qeyri-cizgi versiyasının birinci mövsümünü buraxıb.[53][54]
Maraqlı faktlar
redaktə- Serialdakı Ruhlar dünyasında bizim dünyada yaşayan heyvanlar var, Real dünyada isə əsasən hibrit heyvanlar yaşayır. Məsələn, ördəkburunlu ayı, ördəktısbağa, şirtısbağa, qılıncdişli sığır. Bizim dünyada yaşayan heyvanlara Avatar kainatındakı real dünyada az rast gəlinir. Bəzən yerlər bu heyvanların adları ilə adlandırılır (Buqələmun körfəzi, Kenquru adası), rituallarda (dovşana oxşayan bulud) və s..
- Avatar kainatda istifadə edilən magiya texnikaları bizim dünyadan alınmış. Hava magiyası — Bugacjan, Yer magiyası — Hung Ga, Su magiyası — Tai Çi Çuan, Od magiyası — Şaolin Kunq Fu.[55]
- Ola bilər ki, Ba Sinq Sedəki sirrli polisin adı, Qomindanın kəşfiyyatın başı adamın adından alınıb Day Li.
- "Simpsonlar" serialın "500 Keys" seriyada gizli otağın divarında Avatar kainatdan dörd ünsürün rəmzləri görünürlər.[56]
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Avatar: the Last Airbender (TV Series 2005–2008) - IMDb.
- ↑ Avatar: The Last Airbender | Netflix.
- ↑ 1 2 3 4 5 Series Cast // Avatar: The Last Airbender (TV Series 2005–2008) - Full Cast & Crew - IMDb.
- ↑ fernsehserien.de (alm.).
- ↑ 1 2 Mark Lasswell. "Kung Fu Fightin' Anime Stars, Bo". New York Times. August 25, 2005. August 29, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 21, 2012.
- ↑ "The Boy in the Iceberg". Avatar: The Last Airbender. IGN. February 21, 2005. 2012-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-21.
- ↑ "Sozin's Comet". Avatar: The Last Airbender. TV Guide. 2008-07-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-07-21. (#invalid_param_val)
- ↑ 1 2 Carlsbad. "Article on Launch of Avatar Card Game". PR Newswire. 2006-01-24. 2012-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-12-03.
- ↑ A third season consisting of twenty-one episodes began airing on September 21, 2007
- ↑ "The Legend of Korra: Not The Last Airbender (And That's Good)". Wired.com. April 2, 2012. December 6, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 21, 2012.
- ↑ "Avatar: The Last Airbender Video Game". Nick.com. Nickelodeon. 2008-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-03-22.
- ↑ "Avatar: The Last Airbender — The Burning Earth". Nickelodeon. 2008-03-14 tarixində orijinalından (Flash) arxivləşdirilib. İstifadə tarixi: 2008-03-13. (#invalid_param_val)
- ↑ "IGN.com: Avatar: The Burning Earth". IGN. 2008-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-03-13.
- ↑ "Avatar: The Last Airbender creators return for live-action Netflix remake". Polygon. September 18, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 18, 2018.
- ↑ "Магия на lastavatar.org". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-22.
- ↑ "Магия на avatarthebest.org". 2011-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-22.
- ↑ 1 2 DiMartino, Michael Dante. "In Their Elements". Nickelodeon Magazine (Winter 2006). 2006: 6.
- ↑ Clark, Craig J. "It's Elementary – Avatar: The Last Airbender". Animation World Magazine, Inc. October 17, 2007. 2012-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-05-03.
- ↑ KTChong. "Calligraphy Writing In Avatar". Distant Horizon. January 8, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 28, 2012. (#invalid_param_val)
- ↑ "Edwin Zane — Filmography". New York Times. 2009-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-02-14. (#invalid_param_val)
- ↑ "IGN: Interview: Avatar's Bryan Konietzko and Michael Dante DiMartino". IGN. September 6, 2007. 2007-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-09-24.
- ↑ "Interview with The Track Team". SoundtrackNet. 2012-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-08-20.
- ↑ "Avatar: The Last Airbender Sneak Peak". Nickelodeon. 2007-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-26.
- ↑ "Avatar: The Last Airbender, Season 1" (ingilis). iTunes Store. 2012-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-10.
- ↑ "Avatar: The Last Airbender, Season 3" (ingilis). PlayStation Store. 2012-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-20.
- ↑ "BitTorrent Launches Download Platform" (ingilis). Worldscreen.com. 2007-02-26. 2008-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-03-19.
- ↑ "Avatar: The Last Airbender" (ingilis). Xbox Live Marketplace. 2012-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-20.
- ↑ "Full Episodes" (ingilis). Nickelodeon. 2012-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-20.
- ↑ Bynum, Aaron H. "Avatar: Season 3". Animation Insider. June 30, 2006. 2012-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-24.
- ↑ Bynum, Aaron H. "Secret of the Fire Nation Ratings". Animation Insider. September 20, 2006. November 5, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 24, 2012.
- ↑ "Aang Is Ready to Strike Down the Fire Nation on the Darkest Day of the Year in Avatar's "Day of Black Sun" Premiering Friday, Nov. 30 on Nickelodeon". Viaco. November 14, 2007. January 5, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-05-06.
- ↑ "Nickelodeon's Avatar: The Last Airbender Hits All-Time Series High". News Blaze. July 22, 2008. 2017-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-13.
- ↑ "iTunes — Sozin's Comet". Apple Inc. 2022-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-24.
- ↑ Ball, Ryan. "Nick's Avatar Hits Ratings High". Animation Magazine. July 23, 2008. July 28, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-07-24. (#invalid_param_val)
- ↑ "IGN – 35: Avatar: The Last Airbender". Tv.ign.com. 2013-07-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-04.
- ↑ 1 2 Ball, Ryan. "Cartoons on the Bay Picks Winners". Animation Insider. May 3, 2005. December 11, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 21, 2012. (#invalid_param_val)
- ↑ 1 2 3 "Annie Awards: Legacy – 33rd Annual Annie Awards". International Animated Film Society. February 9, 2005. May 17, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-04-26. (#invalid_param_val)
- ↑ 1 2 "Annie Awards: Legacy – 34th Annual Annie Awards". International Animated Film Society. February 9, 2006. May 9, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-04-26. (#invalid_param_val)
- ↑ 1 2 "2008 Annie Awards: For Your Consideration". Annie Awards. December 2, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 21, 2012. (#invalid_param_val)
- ↑ 1 2 "Avatar:The Last Airbender awards". Internet Movie Database. 2017-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-11. (#invalid_param_val)
- ↑ "2008 Nickelodeon "Kids Choice Awards" Winners". BumpShack. March 29, 2008. May 4, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-05-07. (#invalid_param_val)
- ↑ "Annecy 2008 – Official Selection". Annecy 2008. March 14, 2009. March 14, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-05-07.
- ↑ "56th Golden Reel Awards Television Nominees". Motion Picture Sound Editors. 2009. 2009-01-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-01-31. (#invalid_param_val)
- ↑ "2008 Peabody". Peabody Awards. 2009-06-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-06-20. (#invalid_param_val)
- ↑ "Avatar: The Last Airbender — The Art of the Animated Series :: Profile :: Dark Horse Comics". Dark Horse Comics. 2012-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-03.
- ↑ "Avatar: The Last Airbender — The Lost Adventures :: Profile :: Dark Horse Comics". Dark Horse Comics. 2012-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
- ↑ Sunu, Steve. "EXCLUSIVE: Yang Continues "Avatar: The Last Airbender" in "The Search"". Comic Book Resources. 25 June 2012. 26 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 June 2012.
- ↑ Jose Liz. "THQ's Avatar Now Available for $20". July 19, 2007. October 13, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 5, 2012.
- ↑ "Nickelodeon Announces Avatar: The Legend of Aang". Avatarspirit.net. 2016-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-09-09.
- ↑ Rothing, Hilary. "Avatar: Legend of Korra Details at Comic-Con?". UGO Entertainment. July 8, 2010. July 11, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 5, 2010.
- ↑ "Nickelodeon Sets 'Last Airbender' Spinoff For 2011". USA Today. Gannett Company, Inc. Associated. July 21, 2010. July 22, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 5, 2010.
- ↑ Liu, Ed. "Nickelodeon Studios Staffing Up for New "Avatar the Last Airbender" Project". Toon Zone LLC. April 19, 2010. January 15, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 5, 2010.
- ↑ Tinoco, Armando. "'Avatar: The Last Airbender': Netflix Releases First Look Photos & Teaser Of Live-Action Series Ahead Of 2024 Release — Tudum". Deadline Hollywood. June 17, 2023. July 1, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 24, 2023.
- ↑ Romano, Nick. "Avatar: The Last Airbender live-action trailer reveals Appa, premiere date, and more". Entertainment Weekly. November 9, 2023. November 11, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 11, 2023.
- ↑ "Nickelodeon's Official Avatar: The Last Airbender Flash Site". Nick.com. October 23, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 21, 2012.
- ↑ [movieconnections "The Simpsons: 500 keys. Connections"] (#bad_url) (ingilis). imdb.com. İstifadə tarixi: 2014-10-16.