Avaz Otar - Wikipedia
Avaz Otar (15 avqust 1884, Xivə — 1919, Xivə) — özbək şairi.
Avaz Otar | |
---|---|
Doğum tarixi | 15 avqust 1884[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1919[1] |
Vəfat yeri | |
Fəaliyyəti | şair |
Fəaliyyət illəri | 1898-ci ildən |
Həyatı
redaktəAvaz Otar 1884-cü ilin avqust ayında Xivədə dünyaya gəlmişdir. Atası, sənət və ədəbiyata olan həvəsi səbəbiylə zamanında olduqca tanınmış bir şəxs idi. "Bərbərlik etməsi səbəbiylə xalq arasında "Usta Otar" ünvanı ilə anılmaqda və zamanının öndə gələn sənətçi və elm adamlarıyla yaxın münasibətlər qurmaqdaydı. Onun evində əsasən Agəhi, Kamil Xarəzmi, Mütrib Xanəxarabi, Bəyani və başqa şairlərin iştirakıyla ədəbi sohbətlər aparılırdı.
Bu məclislərdə təbii ki, gənc Avaz da iştirak etməkdəydi."[2] Bu ədəbi söhbətlər daha o yaşlarda Avaz Otarın təqip edəcəyi yolu böyük ölçüdə təyin etmişdi. Onun ədəbiyata olan ilgisi uşaq deyilə biləcək yaşlarda başlamışdı. Avaz Otarın mədrəsə təhsili aldığı illərdə ədəbiyata olan ilgisi daha da artmışdı. "Avazın ədəbiyata olan həvəsi çox erkən yaşlarda başlayıb, mədrəsədə oxuduğu illərdə şərq ədəbiyatının seçkin təmsilçilərindən Hafiz Şirazi, Əbdürrəhman Cami , Lütfi və Əlişir Nəvailərin əsərləri ilə yaxından tanış oldu və onlardan təsirlənib eşq şeirləri yazmaya başladı."[3]
On dörd yaşında şeirlər yazmağa başlayan Avaz Otar, on səkkiz yaşına çatdığında xalq arasında artıq tanınır olmuşdu. Onun lirik şeirləri, sazəndə və xanəndələr tərəfindən bəstələnib söylənməyə başlandı. Şairin bu ünü, Xivə xanı sarayına qədər çatdı. Bu dönəmdə Xivə xanlığı siyasi və iqtisadi yöndən bir çox çətinliklər yaşasa da, taxta olan II Məhəmmədrəhim xan sarayda ədəbi fəaliyətləri sürdürməkdə və eyni zamanda "Firuz" təxəllüsüylə şeirlər də yazmaqdaydı. Sənətsevər Məhəmməd Rəhim, Avaz Otarı sarayına dəvət etdi. Artıq şair, xan məclislərinə iştirak edirdi. Bu səbəblə, şairin ilk dönəm məhsulları şəkil və içərik açısından digər saray şairlərində olduğu kimi, özəlliklə qəsidə və mədhiyə janrında idi. Bu dönəm çox uzun sürmədi. Şair, zamanla sarayın xarici aləmdən fərqli, saray yaşantısının özünə xas özəllikləri olduğunu, bu ortamda yaradılan əsərlərin sənət üçün sənət əndişəsi ilə ortaya qoyulduğunu, saray ədəbiyatının seçkin bir zümrəyə xitab etdiyinə inanmağa başladı. Şair, bu durumdan rahatsız olurdu. Çünkü sözünü etdiyimiz bu dönəmlərdə Xivə əhalisi böyük sıxıntılar çəkirdi.
Xanlığın sosial, siyasi və iqtisadi həyatı olduqca ağırlaşmışdu. Bu ağır şərtlər altındakı insanların acısını şair dərindən hiss etməkdəydi. Avaz Otarın təbii olaraq başqa qaynaklara yönəlməsi lazım gəlirdi. "Bu qaynaq Munis, Agəhi və Kamil Xarəzmilərin yaratmış olduğu yeni ədəbi axınlardı. Bundan başqa klassik şərq ədəbiyatı, xalq ədəbiyatı məhsulları və nəticədə dünya ədəbiyatı da şairin yaradıcılığının yüksəlməsində önəmli bir rol oynadı."[4]
Yaşanılan çağın gərəyi olaraq ortaya çıxan bir sıra təsirlər, bu coğrafiyada yaşayan Türk xalqlarının sosial və mədəni həyatında dəyişimələrə yol açmaqdaydı. Bu durum, çox təbii olaraq sənətkarlara da təsir etmişdi. Başqa sənətkarlarda olduğu kimi Avaz Otarın da həyata baxış açısında və ruh dünyasında dəyişimələr olmuşdu. Bu dönəmdə əski ənənələrdən fərqli novator və insan qavramını ön plana çıxardan, azadlıqpərəst olaraq mahiyyətləndirəbiləcəyimiz şairlər yetişməyə başladı. Bunlardan biri də Avaz Otardı.
Avaz Otar, o dövrdə heç alışılmayan bir biçimdə, səmimi olmayan din adamlarının riyakarlıqlarını, yetənəksiz yönətiçiləri, gözünü para, mal-mülk qazancı bürümüş insanları acımasızca tənqid etdi. İnsanlardakı ədalət duyğusunun deqenerasiya oluşunu, rüşvəti, xalqın çəkdiyi sıxıntıları heç çəkinmədən şeirlərinə mövzu etdi. Belə bir yaxınlaşma, hakimlər baxışından olduqca can sıxıcıydı. Şairin bu tövrünü, hakimiyyət önündə şairə qarşı pis nəticələrin yaranmasına səbəb oldu. Bu səbəblə xanlıq hakimiyyətinə yaxın şəxslər şairi mərcək altına almışlar və onu dinsizliklə suçlamışdılar. Məhəmməd Rəhim xana yaxın bu şəxslər, onun şeirlərini xana göstərərək şairin müxtəlif sıxıntılar çəkməsinə səbəb olmuşdular. Dəli olduğu söylənib qısa müddət ilə dəlixanaya belə atdılar. Hətta 1909-cu ild qısa müddətlə həbsxanaya da saldılar.
Bütün bu edilən basqılar Avaz Otarı yolundan döndürə bilmədi və şair inandığı doğrular mövzusunda heç zərrə də olsun tövr dəyişmədi. Zamandaşı şair və elm adamları ilə münasibətlərini sürdürdü. Dövrün yenilikləri və fikir hərəkətləri ilə yaxından ilgiləndi. Rusca, Türkcə və Tatarca nəşr olunan mətbuatı izlədi. Yazmış olduğu şeirlərini qəzet və dərgilərdə çap etdirdi. Bu şeirlər, şairin novator və insan perspektivli bir şair sifətiylə anılmasına səbəb oldu. "Avaz Otar, "Məktəb", "Fədai xalqım" kimi yenilikçi ruhdakı şeirləri ilə birlikdə, "Uləmalərgə", "Sipahiylərgə", "Şeyx", "Pul istər" kimi kəskin tənqidi-satirik əsərləri də yaratdı."[5]
Xivə xanı II Məhəmmədrəhim xan və ondan sonra taxta çıxan İsfəndiyar xanın şairə qarşı göstərmiş olduqları tövrlər, onun çətin şərtlər içində bir həyat keçirməsinə səbəb oldu. Bu ağır şərtlər altında yaşamaq şairi vərəm xəstəliyininn pəncəsinə atdı və 1919-cu ildə otuz beş yaşında həyata "əlvida" dedi.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Аваз Отар-оглы // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969. Т. 1. С. 46.
- ↑ Kərimov, 1987: 257
- ↑ Mənəviyat Ulduzları, 1999: 368
- ↑ Kərimov, 1987: 258
- ↑ Kərimov, 1987: 259