Avropa Azerbaycan Mektebi - Wikipedia
Avropa Azərbaycan Məktəbi (ing. European Azerbaijani School) — 2011-ci ildə Birləşmiş Krallıqda qeydiyyatdan keçmiş, Azərbaycan, Belçika, Fransa, Almaniya və Birləşmiş Krallıqda nümayəndəlikləri olan ümumavropa təşkilatı — Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təsis edilmiş özəl ümum təhsil məktəbidir. Məktəb Azərbaycan Təhsil Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərir, lakin məktəb rəsmi təsdiqini aldığı xüsusi beynəlxalq proqramları təklif etdiyinə görə dövlət məktəblərindən fərqlənir. Bu proqramlara Beynəlxalq Bakalavriat Təşkilatının (IB) İbtidai Təhsil Proqramı (PYP), Kembric Beynəlxalq İmtahanları və Beynəlxalq Bakalavriat Təşkilatının (IB) Diplom Proqramı (DP) daxildir. 2012-ci ildə 95 şagirdi olan məktəb genişlənərək hazırda 780 şagirdə təhsil verir və Məktəbdə I–XI siniflərlə yanaşı, Erkən Təlim Proqramı (4 və 5 yaşlı uşaqlar üçün) da fəaliyyət göstərir. Məktəb, həmçinin Beynəlxalq Məktəblər Şurası (CİS) şəbəkəsinin də üzvüdür. 2017-ci ildə Məktəbin Beynəlxalq Bakalavriat Təşkilatının (IB) Diplom Proqramı məzunlarının ilk buraxılışı oldu. Orta məktəbdə milli təmayülü seçən şagirdlər qəbul imtahanlarından yüksək bal toplayaraq Azərbaycanda ən yaxşı universitetlərə qəbul olunmuşlar. Xaricdə təhsil almağı arzulayan şagirdlərə kömək etmək üçün orta məktəbdə universitetlər üzrə məsləhətçi tam ştatda fəaliyyət göstərir.[1]
Avropa Azərbaycan Məktəbi | |
---|---|
Əsası qoyulub | 15 Sentyabr, 2011 |
Tip | Lisey |
Direktor | Francesco Banchini |
Şagird sayı | 860 şagird |
Müəllim sayı | 220 müəllim |
Şəhər | Bakı |
Ünvan | Bakı şəhəri, Yasamal Rayonu, Həsən Məcidov küçəsi 7 |
Avropa Azərbaycan Məktəbi fəaliyyətini iki binada həyata keçirir. Yasamal rayonunda yerləşən ilkin məktəb binasında erkən təlim və ibtidai təhsil bölməsində təhsil alan şagirdlər, xüsusi məqsədlər üçün tikilmiş Badamdar qəsəbəsində yerləşən yeni binada isə V–XI sinif şagirdləri təhsil alırlar. Yaxın gələcəkdə İbtidai məktəb binasının yaxınlığında yerləşən Erkən Təlim Mərkəzi binasının açlışını planlaşdırılır.[2]
Əksər şagirdlərin Azərbaycan vətəndaşları olmağına baxmayaraq, məktəbdə keçən il qəbul olunmuş digər ölkələrin vətəndaşları olan şagirdlər də təhsil alırlar. Tədris heyətində gəldikdə isə, bu yüksək ixtisaslı Azərbaycanlı və əcnəbi müəllimlərdən ibarətdir. Bütün müəllimlərdən pedaqoji təcrübənin, yüksək akademik ixtisas səviyyəsinin və beynəlxlaq proqramları tədris edərlərsə, ingilis dilində mükəmməl ünsiyyət bacarıqlarının olması gözlənilir.
Təsisçi
redaktəTale Heydərov — Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təsisçisi və sədri, "Qəbələ" idman klubunun prezidenti, Avropa Azərbaycan Məktəbinin qurucusu və Himayədarlar Şurasının Prezidenti, Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitab və topluların tərtibçisi, redaktoru və layihələrin müəllifidir.[3]
Məktəb həyatı
redaktəMəsləhət xidməti
redaktəUniversitet üzrə Məsləhətçinin rolu valideyn və şagirdləri müxtəlif universitet imkanları, kollecə qəbul prosesi, ərizə prosedurları və testləri haqqında məlumatlandırmaqdır. Xüsusi məktəb proqramı valideyn və şagirdlərə müxtəlif ölkələrdə universitet proqramları və prosedurlar haqda məlumatı toplamaqda köməklik edir. Məsləhətçi, 10-cu və 11-ci sinif şagirdləri ilə proses və fərdi kollec seçimləri barədə danışmaq üçün fərdi və ya qrup şəklində görüşür, hər bir yuxarı sinif şagirdi üçün rəsmi tövsiyə məktubu yazır, transkript və digər lazımi sənədləri hazırlayır. Şagirdlər müvafiq yay təhsil imkanları və test kursları haqqında məlumatlandırılırlar. Məsləhətçi Avropa Azərbaycan Məktəbini ziyarət edən bütün universitet qəbul komissiyası nümayəndələri ilə görüşür və regional universitet sərgilərində universitet nümayəndələri və şagirdlərimiz arasında görüşləri asanlaşdırır. Universitet üzrə Məsləhətçi il boyu universitet qəbul şöbələri ilə əlaqə saxlayır.[4]
İdman
redaktəLiseydə basketbol, volleybol, futbol və üzgüçülük zalları yer almaqdadır.[5]
Musiqi
redaktəMahnılar ingilis dilində öyrədilir. Bu, şagirdlərin ingilis dilində dinləmə və anlama bacarıqlarının inkişaf etdirilməsinə kömək edir. Klubun ildə iki dəfə konserti təşkil olunur.
Vokal klubunda isə şagirdlər milli və xarici mahnıları ifa etməyi öyrənirlər. Bu, dinləmək, anlama, özünəinam, liderlik və s. kimi bacarıqların inkişaf etdirilməsinə kömək edir. Klub üzvləri məktəbin bütün tədbirlərində çıxış edirlər.[6]
Kitabxana
redaktəHazırda, EAS-da üç kitabxana fondu vardır: erkən, ibtidai və orta təhsil. Həmin fondlarda axtarış üç kitabxana kataloqu vasitəsilə aparılır. Fondlar ingilis, Azərbaycan və rus dillərindədir. Burada qrafik hekayələr, audio və elektron kitablardan tutmuş müxtəlif nəşrlərə elektron abunə xidmətləri vardır. Kataloqda axtarış aparmaq və elektron alətlərdən istifadə etmək üçün şagirdlər iPad-lardan istifadə edirlər.[7]
Kitabxana fondları şagirdlərin təlimdəki inkişafına yardım edir. Kitabxana, xüsusilə də böyük maraq göstərilən ingilis dilinin tədrisi sahəsindəki materiallarla zəngindir. İngilis dilini öyrənərkən uşaqlar oxunun əyləncəli olduğunu və nəticə etibarilə bunun mümkünlüyünü öz təcrübələrində görürlər. Uşaqlara öz zövqlərinə uyğun asan oxu səviyyəsi və janr tapmaq üçün bələdçilik edilir və tövsiyələr verilir.[8]
Orta təhsil pilləsi üçün fond isə IB Diplomu proqramını nəzərə alınmaqla tərtib edilmişdir. Burada geniş dünya ədəbiyyatının kolleksiyası və regional tarixə xüsusi yer verilən mənbə və elmi ədəbiyyat da vardır.
Kitabxana işçiləri bazar ertəsindən cümə gününə qədər, saat 8:00-dan 16:00-dək[7] təlimat və mənbələrlə bağlı suallara cavab verirlər.
Yeməkxana
redaktəMəktəbdəki yeməklər HAYAT Catering şirkəti tərəfindən təmin edilir.[9]
Məktəb avtobusları, nəqliyyat xidməti
redaktəAvropa Azərbaycan Məktəbində Nəqliyyat Xidməti müasir tələblərə cavab verən məktəb avtobusları vasitəsilə həyata keçirilir. Məktəbdə altı məktəb avtobusu fəaliyyət göstərir. Məktəb avtobusu sürücüləri nəqliyyat koordinatoru tərəfindən verilmiş qrafik əsasında hər gün şagirdləri evlərinə ən yaxın dayanacaqdan götürərək məktəbə çatdırırlar. Gün ərzində servisdən 131 şagird istifadə edir. School Bus-lar Bakı şəhərinin müxtəlif ərazilərindən fəaliyyət göstərirlər. Hər avtobusda bir bələdçi müəllimə də işləyir. Şagird avtobusa minən kimi bələdçi müəllimə şagirdin təhlükəsizlik kəmərini bağlayır və bundan sonra avtobus hərəkətə başlayır. Bələdçi müəllimələr xüsusi bələdçi təlimatına əsasən fəaliyyət göstərirlər. Bu təlimata əsasən avtobusda şagirdin maksimum təhlükəsizliyi təmin olunur. Dərs bitdikdən sonra bələdçi müəllimələr avtobuslarda şagirdləri yoxlayırlar və bundan sonra avtobuslar məktəb ərazisindən çıxırlar. Bələdçi müəllimə hər bir şagirdin ünvanına çatdıqda onun valideyninə zəng vurur, yalnız valideyn gəldikdən sonra avtobusun qapısı açılır və şagird valideyninə təhvil verilir.[10]
Məktəbdə avtobuslarda çalışan sürücülər bütün dünyada məşhur olan BP Təhlükəsizlik Qaydalarına əsasən hər üç aydan bir yoxlanılırlar. Bundan əlavə məktəb avtobusu sürücüləri İlk Tibbi Yardıma aid bütün qaydaları bilirlər.
Məktəb avtobusları yanğınsöndürən balonlarla və ilk tibbi yardım çantaları ilə təchiz olunmuşdur. Avtobuslarda GPS naviqasiya sistemi və müşahidə kameraları quraşdırılıb. Bu kameralar avtobusun salonunu və avtobusun xaricini fiksasiya edir.[10]
Məktəbdə iki minik avtomobili də fəaliyyət göstərir. Həmin avtomobillər gün ərzində məktəbə gələn qonaqlar üçün, həmçinin məktəbin digər işləri üçün çalışırlar.
Tibbi təhlükəsizlik
redaktəAvropa Azərbaycan Məktəbi (EAS) tam şəkildə təchiz olunmuş tibbi xidmət göstərir və burada iki nəfər ali təhsilli və ixtisaslaşmış həkim çalışır. Hər il tibbi heyət EAS-da şagirdlərin müayinəsini həyata keçirir və müayinələrin nəticələri tövsiyələrlə birgə valideynlərə çatdırırlar. Tibbi heyət mütəmadi olaraq məktəbdə gigiyenik standartlara riayət edilməsini yoxlayır və yeməklərin doyumlu və balanslaşdırılmış olmasını təmin etmək üçün menyu barədə Yeməkxana ilə bərabər işləyir. Həkimlər şagirdlərə sağlam qidalanma, dişlərə qayğı və düzgün qamət kimi mövzularda spesifik sağlamlıq təlimləri keçirlər.[11]
Təlim-tədris
redaktəAvropa Azərbaycan Məktəbi (EAS) üç təhsil bölməsindən ibarətdir:[12]
- 4 və 5 yaşlı şagirdlər üçün Erkən Təlim Mərkəzi (ELC)
- 1–4-cü sinif şagirdləri üçün ibtidai təhsil bölməsi
- 5–11-ci sinif şagirdləri üçün orta təhsil bölməsi
Erkən Təlim Mərkəzi
redaktəBeynəlxalq dünyagörüşlü olmağın bir xüsusiyyəti də başqa dillərin öyrənilməsidir. Erkən Təlim Mərkəzində uşaqlara tədris 50% ingilis dilində və 50% Azərbaycan dilində olmaqla həyata keçirilir. Avropa Azərbaycan Məktəbinin Erkən Təlim Mərkəzində oyun təlimə şərait yaradan əsas faktor kimi qəbul edilir. Oyun elə bir mərhələdir ki, uşaq əldə olunacaq yeni biliklə əlaqəyə girir və onu sinir sistemi yollarına və beləliklə də, özünün uzunmüddətli yaddaşına inteqrasiya edir. Nəhayət, Erkən Təlim Mərkəzində 5 yaşın sonuna çatanda şagirdlər ibtidai təhsilin daha rəsmi pilləsinə müvəffəqiyyətlə daxil olmaq üçün hazır olurlar.
İbtidai sinif bölməsi
redaktəAvropa Azərbaycan Məktəbinin İbtidai təhsil bölməsi "hibrid" kurikulum modelindən istifadə edir. Bu, Azərbaycanın Milli Kurikulumunu xüsusi olaraq beynəlxalq ibtidai təhsil üçün hazırlanmış kurikulumla əlaqələndirir. Beynəlxalq Bakalavriat Təşkilatının İbtidai təhsil Proqramı (PYP) uşaqların hal-hazırda onun əsasında öyrəndikləri təhsil çərçivəsini təmin edir. Bu kurikulum müxtəlif milli sistemlərdən olan müəllimlər qrupu tərəfindən və onların beynəlxalq məktəblərin tələblərinə cavab verən kurikulumların hazırlanması sahəsində təcrübəsi əsasında yaradılmışdır. Beynəlxalq Bakalvriat Təşkilatı (IBO) İbtidai təhsil Proqramını (PYP) 1997-ci ildə qəbul etmişdir və bu proqram üç yaşından on yaşınadək (məktəbəqədər təhsildən 5-ci sinfədək) olan şagirdlər üçün nəzərdə tutulur. Biz hal-hazırda İbtidai təhsil bölməsində Beynəlxalq Bakalvriat Təşkilatının İbtidai təhsil Proqramı üzrə rəsmi məktəb olmaq prosesini başa çatdırmaqdayıq. Bizim beynəlxalq tədris metodları ilə birləşdirilmiş bu "hibrid" kurikulum modeli vasitəsilə Avropa Azərbaycan Məktəbinin İbtidai təhsil bölməsinin məqsədi məktəbin məqsəd və məramını birbaşa dəstəkləyərək təhlükəsiz və həvəsləndirici bir mühitdə hər bir uşağın sosial, intellektual, yaradıcı və emosional potensialını inkişaf etdirməkdir.
Orta təhsil bölməsi
redaktəAvropa Azərbaycan Məktəbinin orta təhsil bölməsi "hibrid" kurikulum modelindən istifadə edir; bu, Azərbaycanın Milli Kurikulumunu xüsusi olaraq beynəlxalq ibtidai təhsil üçün hazırlanmış kurikulumla əlaqələndirir. 5–8-ci siniflər üçün olan proqram şagirdləri Beynəlxalq Bakalavriat Təşkilatının Diplom Proqramı üçün hazırlayan modeldir. Proqram yeniyetmələrin hal-hazırda onun əsasında öyrəndikləri müasir öyrənmə metodlarına əsaslanan təhsil çərçivəsini təmin edir və müxtəlif milli sistemlərə məxsus metod və materiallardan istifadə məqsədilə hazırlanmışdır. 5–8-ci siniflərdə təlimin məqsədi şagirdləri 10–11-ci siniflərdə Beynəlxalq Bakalavriat Diplom Proqramının çətinliklərinə hazırlamaqdır.
Beynəlxalq tədris metodları ilə birləşdirilmiş bu "hibrid" kurikulum modeli vasitəsilə yaradılmış EAS orta təhsil bölməsinin məqsədi məktəbin məqsəd və məramını birbaşa dəstəkləyərək təhlükəsiz və həvəsləndirici bir mühitdə hər bir uşağın sosial, intellektual, yaradıcı və emosional potensialını inkişaf etdirməkdir.
Əlavə məlumatlar — 10–11-ci siniflər üçün Beynəlxalq Bakalavriat Diplom Proqramı
Orta təhsil səviyyəsi üzrə Diplomla yanaşı, şagirdlər Beynəlxalq Bakalavriat Təşkilatının (BBT) xüsusi tələblərinə əməl etməyi seçdikləri təqdirdə Beynəlxalq Bakalavriat Diplomunu (BBD) əldə etmək imkanı qazanırlar. 10–11-ci siniflərdə şagirdlər Azərbaycanın ali təhsil müəssisələri üzrə ixtisas istiqamətlərindən birini seçə bilər və ya Beynəlxalq Bakalavriat Diplom Proqramını (BBDP) seçməklə Beynəlxalq Bakalavriat Diplomunu əldə edə bilər. Beynəlxalq Bakalavriat Diplomu kursların və tələblərin daha praktik şəkildə birləşməsini tələb edir. Beynəlxalq Bakalavriat Diplomu bütün dünyada tanınır və bir çox universitetlərdə tələbələrin akademik mobilliyi (tələbə bir təhsil müəssisəsindən digərinə keçdikdə qazandığı kreditlərin tanınması) təmin edilir. Buna baxmyaraq, etiraf etmək lazımdır ki, hər bir ali təhsil müəssisəsində tələblər və kreditlər fərqlidir, buna görə də tələbələrə və valideynlərə təhsil almaq istədikləri xarici universitet haqqında əlavə məlumatlar əldə etmək üçün öz ölkələrindəki universitetlərdən məsləhət almaları tövsiyə olunur.
Beynəlxalq Bakalavriat Diplomu üçün namizədlər 6 fənn sahəsində kurs işini bitirməli və imtahandan keçməlidirlər. Bu seçilmiş kurslar 10–11-ci siniflərdə iki il müddətinə ardıcıl olaraq öyrənilir.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2019-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-22.
- ↑ "Arxivlənmiş surət". 2019-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-22.
- ↑ "Arxivlənmiş surət". 2019-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-22.
- ↑ "Arxivlənmiş surət". 2019-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-22.
- ↑ "Arxivlənmiş surət". 2019-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-22.
- ↑ "Arxivlənmiş surət". 2019-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-22.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2019-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-22.
- ↑ "Arxivlənmiş surət". 2019-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-22.
- ↑ "Arxivlənmiş surət". 2019-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-22.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2019-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-22.
- ↑ "Arxivlənmiş surət". 2019-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-22.
- ↑ "Arxivlənmiş surət". 2019-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-22.