Avropa Ag Sami - Wikipedia
Avropa ağ şamı (lat. Abies alba) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin ağ şam cinsinə aid bitki növü.
Avropa ağ şamı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Avropa ağ şamı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Vətəni Orta və Cənubi Avropa dır. Hündürlüyü 55 m, gövdəsinin dimateri 1,5 m olan ağacdır. Çətiti konusvarıdır, gövdəsinin aşağı hissəsi qurumuş budaqlardan tədricən təmizlənir. Gövdəsinin qabığı ağımtıl-bozdur, hamardır, 50 yaşından sonra üzərində çatlar əmələ gəlir. İynəyarpaqları tünd-yaşıl, parlaqdır, qozaları 15 sm uzunluğunda, 5 sm enində, silindrikdir, kilin hər tərəfindən 5-8 mavi ağızcıqlı xətlidir. Vegetativ budaqlarda cavan zoğları cod tükcüklü, yaşıl və ya açıq-qonur, sonradan bozumtul-qonur, cox vaxt qara ziyilciklidir. Aprel-may aylarında çiçəkləyir. Yetişmiş qozaları küt silindr formasında olub, uzunluğu 20 sm, eni isə 5 sm-ə qədər olur. Toxumları kiçik qanadlar üzərində yerləşir. Toxumla çoxaldılır.
Dərin, yüngül, məsaməli, rütubətli torpaqlarda yaxşı inkişaf edir. Kölgəsevəndir, quraqlığa davamsızdır. Abşeronda, Gəncədə park və bağlarda mədəni şəraitdə becərilir. Yaşıllaşdırma üçün çox yararlıdır.