Avropada Ikinci Dunya Muharibesinin Sonu - Wikipedia
Avropada İkinci dünya müharibəsinin sonu - İkinci Dünya müharibəsinin Avropa teatrının başa çatması ilə əlaqəli hadisələr. 1945-ci ilin aprel-may aylarında baş verib.
Almaniyanın təslim olması
redaktəAprelin 30-da Adolf Hitlerin öz bunkerində intiharından sonra Almaniyanın siyasi və hərbi baxımdan təslim aktını necə imzalayacağı ətrafında qeyri-müəyyənlik yaranmışdı. Hitler özünün donanma admiralı və qatı nasist Karl Dönitsi hələ ölümündən əvvəl öz varisi elan etmişdi. O çox tez bir zamanda silahlı qüvvələrin baş qərargah rəisi Alfred Jodlu Almaniyanın təslim şərtləri barədə danışıqlar aparmaq üçün ABŞ qüvvələrinin komandanı general Dvayt Eyzenhaverlə görüşə göndərmişdi. Almanlar ümid edirdi ki, bu danışıqlar əhalinin və ordunun mümkün qədər çox hissəsini sovet hücumundan xilas etməyə imkan verəcək, hətta Birləşmiş Ştatları, Britaniya və Fransanı etibar etmədikləri Sovet İttifaqına qarşı qoya biləcək. Dönitz düşünürdü ki, Qərb Müttəfiqləri razı olsalar, Almaniya Sovet İttifaqına qarşı müharibəni davam etdirə bilərdi. Eyzenhaver bu təklifdəki fəndi duymuş və Jodlun təslim aktını qeyd-şərtsiz imzalamasında israr etmişdi. Mayın 7-də “Hərbi təslim aktını” və saat 11:01-dən qüvvədə olacaq atəşkəs razılaşması imzalanmışdı. Bu, Mərkəzi Avropa vaxtı ilə artıq mayın 8-i olurdu.
Lakin Müttəfiqlər qərara gəlmişdilər ki, feldmarşal Vilhelm Keiteldən başqa hər hansı bir şəxslə imzalanmış təslim aktı lazımi legitimliyə malik olmayacaq. Mayın 8-də Keitel sovet marşalı Georgi Jukovla və Müttəfiqlərin kiçik bir nümayəndə heyəti ilə təslim sənədini imzalamaq üçün Berlin yaxınlığındakı Karlşorst qəsəbəsinə yollanmışdı. Lakin Keytel razılaşmaya kiçik bir düzəlişin edilməsini istəyirdi. O deyirdi ki, bütün alman əsgərlərin atəşkəsdən xəbər tutması üçün 12 saat vaxt lazımdır.
Jukov nəhayət Keytelə zabit sözü vermiş, amma belə bir bəndin razılaşmaya əlavə edilməsinə qarşı çıxmışdı. Lakin bütün hallarda bu ləngimə sənədin mayın 9-da imzalanmasına səbəb oldu. Məhz buna görə də rusiyalılar Qələbə Gününü mayın 9-da qeyd edirlər.[1]
İstinadlar
redaktə- ↑ "Hitler Almaniyası niyə iki dəfə təslim olub?". 2020-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-09.