Avtomobil Neqliyyati - Wikipedia
Avtomobil nəqliyyatı - Quruda ən geniş yayılmış nəqliyyat növü avtomobil nəqliyyatıdır. Avtomobil nəqliyyatının inkişaf səviyyəsi yolların uzunluğu və keyfıyyətindən, avtomobillərin sayından və bu sahədə xidmətin səviyyəsindən asılıdır. Dünyada ilk avtomobillərin istehsalına XIX əsrin əvvəl- lərində başlamlmış və yalnız 1923-cü ildə ABŞ-də və İtaliyada avtomobil yolları inşa edilmişdir. Müasir dövrdə dünyada asfalt və bərk örtüklü avtomobil yollarmın uzunluğu 31 mln. km-ə çatır. Onların təxminən yarısı inkişaf etmiş ölkələrin payına düşür (cəd. 1.5.4
Avtomobil yollarının uzunluğuna görə aparıcı ölkələr
N | Ölkələr | Avtomobil yollarınm uzunluğu, mln.km-lə |
1 | ABŞ | 6,5 |
2 | Hindistan | 2,2 |
3 | Braziliya | 1,5 |
4 | Yaponiya | 1,2 |
5 | Çin | 0,9 |
6 | Fransa | 0,85 |
7 | Kanada | 0,85 |
8 | Avstraliya | 0,8 |
9 | Almaniya | 0,65 |
10 | Rusiya | 0,92 |
Avtomobil yollarının sıxlığına görə dünyanın aparıcı ölkələri
N | Ölkələr | Avtomobil yolların sıxlığı (km/min km²) |
1 | Belçika | 4986 |
2 | Sinqapur | 4539 |
3 | Hollandiya | 3932 |
4 | Yaponiya | 3157 |
5 | İtaliya | 2219 |
6 | Macarıstan | 2036 |
7 | Sloveniya | 1898 |
8 | Fransa | 1824 |
Azərbaycanda avtomobil yollarınm ümumi uzunluğu 59,1 min km təşkil edir. İstifadə edilən bərk örtüklü avtomobil yolların uzunluğu 29,2 min km-dir, onlardan — 1,684 min km beynəlxalq, 2,669 min km — strateji və 13 min km yerli əhəmiyyət daşıyan yollardır. Avtomobil nəqliyyatı ilə dünyada sərnişin daşmmalarınm 80%-i təmin olunur. Dünyada avtomobil parkı daim genişlənir. Müxtəlif mənbələrə əsasən, hazırda dünyada 800–850 mln. av tomobil istifadə edilir. Lakin mövcud olan avtomobil parkı materiklər və regionlar üzrə qeyri-bərabər paylanmışdır.
Dünya avtomobil parkının regionlar üzrə paylanması
N | Regionlar | Xüsusi çəkisi, %-lə |
1 | Şimali Amerika | 37 |
2 | Qərbi Avropa | 31 |
3 | Asiya | 20 |
4 | Digər regionlar | 12 |
Tarixi
redaktəAzərbaycanda Avtomobil nəqliyyatı inkişafında baş verən mühüm dəyişiklik beynəlxalq yükdaşınmalarda onun rolunun artmasıdır. Qonşu ölkələr olan İran və Türkiyə ilə əlaqələrdə bu nəqliyyat böyük rol oynayır. Ölkə daxili yüklərin əsas hissəsi, xüsusilə k\t məhsulları avtomobil nəqliyyatı ilə daşınır. Bakı – Qazax, Bakı – Yalama, Ələt – Astara və Bakı – Culfa respublikada olan magistral yolu xətləridir. Onlar dəmiryolu xətlərinin istiqamətinə uyğun gəlir. Magistral xətlərdən müxtəlif yaşayış məntəqələrinə qollar ayrılır. Yevlax – Balakən, Yevlax – Laçın, Bakı – Şamaxı – Kürdəmir, Gəncə — Kəlbəcər və Yevlax – Ağcəbədi – Bəhramtəpə yolları əhəmiyyətinə görə seçilir. Respublikanın paytaxtı bütün inzibati rayonların mərkəzi ilə avtomobil yolu vasitəsilə birləşmişdir. Bu yolların hamısı bərk örtüklüdür. Dağlıq rayonlarda avtomobil nəqliyyatı mühüm əlaqə vasitəsidir.
Statistikası
redaktəMütəxəssislərin hesablamalarına görə, dünyada avtomobillərin sayı hər il 50 mln artır. Təbiidir ki, inkişaf etmiş ölkələrdə avtomobillərin sayı çoxdur. Əsas göstərici kimi hər 1000 nəfərə düşən avtomobilin sayı götürülür. Bu göstəriciyə görə son illər li- der dövlət ABŞ-dır. Dünya şəhərləri arasında da birinci yeri Nyu- York tutur. Şəhərdə hər bir nəfərə 2-dən çox avtomobil düşür.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2010-cu ilin yanvannda respublikada 925, 9 min avtomobil qeydə ahnmışdır. Buna əsasən ölkədə hər min nəfərə 105 avtomobil düşür. Respublikadakı avtomobil parkında (82%) minik avtomobilləri üstünlük təşkil edir.[1]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Dünyanın iqtisadi və sosial coğrafiyası, dərslik, səh 595