Avtostop Verilis 2010 - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
"Avtostop" layihəsi — AvtoStop Media MMC-nin istehsalı olan radio, tv, internet layihədir. AvtoStop layihəsi 2010-cu ilin 10 avqust tarixindən yayımlanmağa başlayıb.
Tarixi
redaktə2010-cu il avqust ayının 10-da Media 105.5 Fm -də yayımlanmağa başlayıb. İlk başladığı zaman sayt, çağrı mərkəzi fəaliyyət göstərməyib. Layihənin müəllifi və aparıcısı Tural Yusifov (Dj Tural)-dır.
İlk olaraq AvtoStop verilişi saat 18–30-dan 20–00-a qədər yayımlanmağa başlayır. Layihədə sürücüləri maraqlandıran bütün suallara qanunla əsaslandıraraq aparıcı tərəfindən cavab verilir. 2010-cu ilin noyabr ayından etibarən isə layihənin rəsmi çağrı mərkəzi və saytı fəaliyyət göstərməyə başlayır.
Layihənin aparıcısı Dj Tural ANS ÇM radiosunda Svetofor verilişi apardığı zaman sürücülərin problemi nədir onu yaxından bilirdi. ANS ÇM radiosundan ayrıldıqdan sonra şəxsi işini qurmaq qərarını verən Dj Tural AvtoStop layihəsini Media 105.5 Fm-də yayımlamaq qərarına gəlir. Keçmiş iş yoldaşı, Tural Badikubənin Media 105.5 Fm-in direktoru olması ona kömək olur. Məhz Tural Badikubənin dəstəyi ilə layihə Media 105.5 Fm-də yayım həyatına başlayır.[1]
2011-ci ildə layihənin müddəti 2 saat qədər artırıldı. Artıq AvtoStop verilişi saat 18–00-dan 20–00-a qədər axşam praym taymının lider verilişinə çevrildi.[2]
Televiziyada
redaktə2010-cu ilin dekabr ayında AvtoStop verilişi Xəzər Tv-də hər həftənin bazar günü yayımlanmağa başladı. Bu Azərbaycanın efir məkanında bu formatda yayımlanan sürücülər üçün nəzərdə tutulmuş ilk maarifləndirici veriliş idi.[3]
AvtoStop verilişinin 100-dən artıq buraxılışı 2014-cü ilə qədər yayımlandı. Paralel olaraq AvtoStop həm də Youtube kanalını yaradaraq işlərini genişləndirməyə başlayır. Layihənin bütün buraxılışları rəsmi Youtube kanalında yeriləşdirilir.[4]
Layihənin müəllifi və aparıcısi Dj Tural idi. Lakin onunla paralel olaraq veriliş üzərində həyat yoldaşı Səma Abiyeva , təlimçi Aqil Rəhimov və 2011-ci ildən isə texniki məsləhətçi Elçin Abbasov da çalışmağa başlayır. 2019-cu ilin oktyabr ayından isə AvtoStop İctimai televiziyada yenidən 30 dəqiqəlik efir həyatına geri qayıdır.[5]
Radioda
redaktə2012-ci ilin sentyabrından etibarən isə AvtoStop layihəsi o zaman Azad Azərbaycan tele-radio kompaniyasının prezidenti olmuş Vuqar Qaradağlının dəvəti ilə 106.3 Fm radiosuna transfer olundu. AvtoStop verilişi saat 18–00-dan 20–00-a qədər yayımlanırdı. Daha sonra dinləyicilərin istəyinə uyğun olaraq verilişin yayım saatı artırıldı. Verilişin 3 saatlıq efirində yenə Dj Tural tək deyildi.[6]
Həyat yoldaşı Səma Abiyeva verilişin 1 saatında onunla duet ortağı idi. Təlimçi Aqil Rəhimov isə həftədə 1 dəfə sürücülər üçün maraqlı olan təhlükəsizlik sirlərini bölüşür. AvtoStop layihəsi böyüdükcə hazırlanan rubrika və layihələrdə artrmağa başlayır. Bir müddət AvtoStop verilişində aparıcı Pərviz Abubəkirov da görünməyə başlayır. Lakin bu əməkdaşlıq uzun çəkmir.[7]
Layihə Dj Turalnan davam etməyə başlayır. AvtoStop verilişi Azad Azərbaycan 106.3 Fm-də yayımlanmağa başladığı zamandan etibarən isə bir neçə yeniliklərə imza atır. Verilişin rəsmi loqosu yaranır, saytı yenilənir və radio məkanda ilk dəfə olaraq rəsmi musiqisi və musiqi tərtibatına malik olur. Verilişin musiqi tərtibatı və anonslarını məşhur reper ProMete hazırlayıb. Artıq 8 ildir ki, AvtoStop verilişinin musiqi tərtibatı PicMus prodakşn tərəfindən yazırlanır. 2019-cu ilin 1 avqust tarixindən etibarən isə AvtoStop verilişi İctimai radio 90 Fm-ə transfer olunur.[8][9][10]
Layihənin strukturu
redaktə- Layihə həftədə 5 gün saat 18:00–20:00 aralığında "Ictimai Radio 90 Fm" radiosunda efirə çıxır.
- Layihə maarifləndirici, əyləncəli talk-şou formatında canlı yayımlanır.
- Veriliş boyu sürücüləri maraqlandıran suallara cavab verilir.
- Verilişin davamında isə bir saat yarım ərzində günün mövzusu qoyulur və bu mövzu ətrafında sürücülərlə debat xarakterli müzakirələr aparılır.
- Bundan əlavə hansı yolların bağlı, tıxaclı olması barəsində "Avtomonitor" rubrikasında məlumat verilir.
- Sürücülər hər gün yol hərəkəti ilə bağlı suallarını ünvanlayır və ona kompitent şəxslər (DYP əməkdaşları və hüquqşunaslar) tərəfindən cavab verilir.
- Yayım yeri: "Ictimai radio 90 Fm"
- Efir vaxtı: Həftəiçi 5 gün 18:00–20:00
- Layihənin məqsədi: Əyləncəli-maarifləndirici veriliş
- Layihənin auditoriyası:əsasən sürücülər və piyadalar
- Layihənin aparıcısı: DJ Tural ("Svetofor", "Bankomat", "Çərşənbə axşamları Tural ilə", "Sənin sağlığın" verilişlərinin müəllifi və aparıcısı)
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Arxivlənmiş surət". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-10.
- ↑ https://www.facemark.az/site/news/4036[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-10.
- ↑ "Arxivlənmiş surət". 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-10.
- ↑ "Arxivlənmiş surət". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-10.
- ↑ "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-10.
- ↑ "Arxivlənmiş surət". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-10.
- ↑ "Arxivlənmiş surət". 2019-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-10.
- ↑ "Arxivlənmiş surət". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-10.
- ↑ "Arxivlənmiş surət". 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-10.