Ayse Sasa - Wikipedia
Ayşe Şasa(d. 1 yanvar 1941, İstanbul, Türkiyə Respublikası - 16 iyun 2014, İstanbul, Türkiyə Respublikası) — çərkəz əsilli türkiyəli senarist və yazıçı.
Ayşe Şasa | |
---|---|
türk. Ayşe Şasa | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Türkiyə Respublikası |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | İstanbul, Türkiyə Respublikası |
Vəfat səbəbi | ağciyər iltihabı |
Dəfn yeri | Sahrayıcedid məzarlığı, Türkiyə |
Vətəndaşlığı | Türkiyə |
Təhsili | Robert Kolleci |
Fəaliyyəti | ssenarist |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəÇərkəz əsilli ana və yarı çərkəz əsilli atanın övladı olaraq dünyaya gələn Ayşe Şasa 1 yanvar 1941-ci ildə İstanbulda anadan olmuşdu.[1][2] Babası Bəkir Şasa Meşə İdarələrində müdirlik etmişdir. Ankaranın Əskişəhər çıxışında onun xatirəsinə həsr edilmiş meşə sahəsi mövcuddur.
3 evliliyi olmuşdur. İkinci evliliyi məşhur rejissor Atıf Yılmaz ilə olmuşdur. Atıf Yılmaz öz dövrünün məşhur rejissoru, senaristi və film prodüseri olmuşdur.
16 iyun 2014-cü ildə bir müddət müalicə aldığı ağciyər iltihabından vəfat etmişdir. Sahrayıcedid məzarlığında dəfn edilmişdir.[3]
Təhsili
redaktəİndiki adı Robert Kolleci olan Arnavutköy Amerikan Qız Kollecində oxumuş, 1960-cı ildə məzun olmuşdur. Robert Kollecinin İdarəçilik Elmləri böklümündə təhsilinə davam etmişdir (1963-1965).
Fəaliyyəti
redaktə1963-cü ildən etibarən senaristlik etmişdir. Bu illərdə özünü marksist olaraq təqdim edirdi. Kamal Tahir ilə güclü dostluq qurmuş və bu dostluğun onun üzərində güclü təsiri olmuşdur. Kamal Tahir türk ədəbiyyatının ən məhsuldar roman yazarlarından biri hesab edilir. O da, Ayşe Şasa kimi marksist olmuşdur.
"Son quşlar", "Ah gözəl İstanbul", "Utanc" və "Qramofon Avrat" kimi filmlərə imza atmışdır. 1993-cü ildə film ilə əlaqəli Yeşilcam gündəliyi adlı testləri nəşr etdirmişdir.
1980-ci illərdə ağır psixoloji narahatlıq keçirmişdir. Doktorlar şizofreniya olduğunu bildirmişdilər. On illik tənhalıq dövründə film bazarından tamamilə çəkildi. Bu müddətdə yanında yalnız üçüncü həyat yoldaşı Bülent Oran olmuşdur. Bülent Oran özü də film işçisi olmaqla yanaşı, həmçinin aktyorluqla, senaristliklə və yazıçılıqla məşğul olmuşdur.
İbn əl-Ərəbi və Andrey Tarkovski ilə bağlı bir çox kitablar oxumuş, Tarkovskinin filmlərini dəfələrlə izləmiş və onlar barədə dərin düşüncələrə malikdir.
Kitabları
redaktə- Bir Ruh Macerası (2009-11)
- Yeşilçam Günlüğü (ISBN 9758719408 )
- Düş Gerçeklik Sinema (Sadık Yalsızuçanlar-İhsan Kabil-Ayşe Şasa) (ISBN 9753552440 )
- Delilik Ülkesinden Notlar (ISBN 9758719521 )
- Şebek Romanı (ISBN 9752635180 )
- Vakte Karşı Sözler (Ömer Tuğrul İnançer - Ayşe Şasa - Berat Demirci) (ISBN 9944349011 )
Senariləri
redaktə- Kanayan Bosna (1993)
- Her Gece Bodrum (1992)
- Hiçbir Gece (1989)
- Arkadaşım Şeytan (1988)
- Gramofon Avrat (1987)
- Merdoğlu Ömer Bey (1986)
- Ölmez Ağacı 1984)
- Ve Recep ve Zehra ve Ayşe (1983)
- Hacı Arif Bey (1982)
- Deli Kan (1981)
- Kambur (1973)
- Utanç (1972)
- Cemo (1972)
- Battal Gazi Destanı (1971)
- Unutulan Kadın (1971)
- Güllü (1971)
- Yedi Kocalı Hürmüz (1971)
- Köroğlu (1968)
- Cemile (1968)
- İlk ve Son (1968)
- Harun Reşid'ın Gözdesi (1967)
- Balatlı Arif (1967)
- Kozanoğlu (1967)
- Ah Güzel İstanbul (1966)
- Toprağın Kanı (1966)
- Murat'ın Türküsü (1965)
- Son Kuşlar (1965)
- Çapkın Kız (1963)
- Dinle Neyden (2008)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Sadi Çilingir. "Ayşe Şasa, Zoraki Kral Filmindeki Kral 6. George Gibi Dadılarının Kurbanı Olmuştu". sadibey.com. 15 aprel 2019 tarixində arxivləşdirilib.
- ↑ Ayşe Şasa 9786051141282. Bir Ruh Macerası. Timaş Yayınları. 2009. səh. 16. ISBN 9786051141282.
- ↑ "Ayşe Şasa toprağa verildi". www.ajans34.com. 14 avqust 2020 tarixində arxivləşdirilib.