Ayetullah Mekarim Sirazi - Wikipedia
Ayətullah Nasir Məkarim Şirazi (fars. ناصر مکارم شیرازی) — İran din xadimi, müctəhid, ayətullah.
Nasir Məkarim Şirazi | |
---|---|
(fars. ناصر مکارم شیرازی) | |
Doğum tarixi | 25 fevral 1927 (97 yaş) |
Doğum yeri |
|
Elm sahəsi | İslam |
Elmi dərəcəsi | Ayətullah əl Üzma |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1924-cü ildə Şiraz şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Bu ailə öz əxlaqi üstünlükləri ilə tanınmışdır. Cənab ustad ibtidai təhsilini Şirazda başa çatdırmışdır. Onun güclü yaddaşı və misilsiz istedadı şagirdlər arasında seçilməsinə səbəb olmuşdur. Baxmayaraq ki, ailədə heç kim ruhani olmamişdır onun İslam maarifinə olan eşqi onu iftixarla dolu olan bu yola gətirmişdir. O böyük şəxsiyyət təxminən 14 yaşlarında rəsmən dini dərslərini "Ağa Babaxan Mədrəsəsi " -ndə başlamışdır. O qısa zamanda sərf, nəhv, məntiq, mə"na, bəyan elmlərini əxz etmişdir. O 18 yaşinda Şirazdan Qum elmi hövzəsinə gəlir və 5 il ərzində Ayətullah Burucerdi və digər böyük üləma və ustadlardan dərs almışdır.
Əsərləri
redaktə- "Qur’ani-məcidin aydın və rəvan tərcüməsi";
- "Təfsiri-nümunə"; 1–28.
- "Qur’an bəyanının mövzu təfsiri"; 29–38.
- "Təfsirul-mizan"ın tərcüməsi; 39, 40.
- "Qur’anda əxlaq"; 41–43.
- "Filosofnümanlar";
- "Haqq cilvəsi";
- "İslamda müdiriyyət və komandanlıq";
- "Dünyanın ən üstün xanımı Zəhra (s. ə.)";
- "Əxlaq işığında həyat";
- "İslam iqtisadiyyatının əsas yönümləri";
- "Allahı necə tanıyaq?";
- "Böyük rəhbərlər və məsuliyyətlər";
- "Unudulmuş dəyərlər";
- "Marksizmin süqutu";
- "Təkamülün son fürsətləri";
- "Bizim ainlərimiz";
- "Gənclər üçün 50 əqidə dərsi";
- "Təhlükəli əyləncələr";
- "Namaz ali tərbiyə məktəbidir";
Həmçinin bax
redaktəİstinadlar
redaktəXarici keçidlər
redaktə- Mənbə: makarem.ir
- "Ayətullah Məkarim Şirazi kimdir?" (az.). islamazeri. 2017-04-18. 2017-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-18.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |