Ayazaxtarma - Wikipedia
Ayazaxtarma və ya Gicəkiaxtarma — Azərbaycanda palçıq vulkanı. Şamaxı rayonu ərazisində, Qobustanda, Gicəki dağındadır. Nisbi hündürlüyü 45–50 metrdir. Brekçiyanın sahəsinə (3,100 hektar) və həcminə görə Ayazaxtarma Azərbaycanda ən iri palçıq vulkanlarındandır.[1]
Ayazaxtarma palçıq vulkanı | |
---|---|
Ümumi məlumatlar | |
Növü | Palçıq vulkanı |
Yerləşməsi | |
40°22′23″ şm. e. 48°59′12″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
|
Haqqında
redaktəAyazaxtarma palçıq vulkanı Çeyildağ qəsəbəsindən 24 km qərb-şimal-qərbdə yerləşən, uzunluğu 3 km və eni 2 km olan yüksəklik şəklindədir. Vulkanın şərq hissəsində oval krater sahəsi ayrılır. Vulkanın səthi kiçik dayaz dərələr, hünsürlüyü 2 m və eni 5-6 m olan ik krater bındli yastı düzənliyi təmsil edir. Vulkanın yüksəkliyi 50-60 m-dir. Palçıq vulkanı axımı qərb istiqamətində izlənilir. Vulkanın yamacları dik, çoxsaylı yarğanlarla kəsilmişdır. Brekçiyanın yayılma sahəsi 3155-ha-ra çatır, qalınlığı isə 60 km təşkil edir. Vulkan Giçəkaxtarma antiklinalının iri oxu uzunu tektonik qırılma ilə mürəkkəbləşən cənub-şərq periklinalına aiddir. Qırılma üzrə strukturu çimal qanadı şaquli amlitudası 100 m-dən 600-m-ə qədər olmaqla yuxarı qalxıb.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Ајазахтарма // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 192.
- ↑ "Dünya palçıq vulkanlarının atlası (2015)". 2024-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: səh:45-46.