Aydin Ezim Kerimoglu - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Aydın Əzim Kərimoğlu (18 fevral 1946, Bakı) — Azərbaycan bəstəkarı.
Aydın Əzimov | |
---|---|
Aydın Əzim Kərimoğlu | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Janrlar | vokal əsərlər, simfonik əsərlər, operettalar |
Mükafatları |
Həyatı
redaktəAydın Kərim oğlu Əzimov (Aydın Əzim Kərimoğlu) 1946-cı il may ayının 1-də Bakının Əmircan kəndində anadan olmuşdur.1964-cü ildə A. Zeynallı adına Musiqi Texnikumunun (indiki A. Zeynallı adına Musiqi Kolleci) nəzəriyyə fakültəsini bitirmiş, elə həmin il Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə, bəstəkar Qara Qarayevin sinfinə daxil olmuş, 1972-ci ildə konservatoriyanı bitirmişdir. 1976-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1968–1996-cı illərdə Azərbaycan Dövlət Teleradio Komitəsində çalışmış, radionun Musiqi verilişləri baş redaksiyasında kiçik redaktor, böyük redaktor, şöbə müdiri, radionun səsyazma evində səs rejissoru, baş rejissor, Azərbaycan Dövlət Teleradio Komitəsi bədii kollektivlərinin və səsyazma evinin müdiri, "Azərbaycantelefilm" yaradıcılıq birliyinin baş məsləhətçisi vəzifələrini icra etmişdir.1996-cı ilin sonundan Türkiyə Respublikası Mersin Universiteti Dövlət Konservatoriyasına işləməyə dəvət olunmuş, 2005-ci ilə qədər orada çalış- mış, orada Bəstəkarlıq şöbəsini təşkil etmişdir.2005-ci ildən Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının professoru, eyni zamanda BMA-nın elmi laboratoriyasının fəal əməkdaşıdır. Azərbaycan bəstəkarlarının skripka əsərlərindən ibarət skripka və fortepiano üçün "Sonata-poema" əsərini yazmış və bu 11 illik musiqi və incəsənət məktəblərinin tədris proqramlarına salınmışdır.
Müstəqilliyimizin ilk dövrlərində Müdafiə Nazirliyinin orkestrinin təşkil olunmasında bəstəkarın da əvəzsiz xidmətləri olmuşdur. Onun təklifi ilə həmin orkestrə milli alətimiz olan on zurnaçı daxil edilmişdir. Həmçinin Üzeyir Hacıbəylinin Azərbaycan Respublikasının Dövlət Himnini bərpa etmiş və işləmişdir. Aydın Kərim oğlu Əzimov "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" fəxri adına layiq götülmüşdür.
Əsərləri
redaktə- Vokal əsərlər
- Üzeyir Hacıbəyovun "Azərbaycan himni"nin bərpası — klavir və partiturası (1991)[1]
- Nazim Hikmətin və Vaqif Səmədoğlunun sözlərinə vokal silsilələr (1997)
- Simfonik, instrumental əsərlər
- Piano üçün 6 prelüdiya[2]
- "Həyatın dibində" simfonik lövhələri (1991)
- Simfonik orkestr üçün "Böyük Romul" süitası (1992)
- Qoboy və vibrafon üçün 2 pyes (1992)
- "Ağılar" simfonik quramalar (1994)
- "Qətl günü" simfonik röyalar (1994)
- simfonik orkestr üçün 10 əsgər marşı (1996–1998)
- piano üçün variasiyalar (2001)
- Müzikllər, operettalar
- "Əmanət" musiqili komediyası (1993)
- "Yay gecəsinin yuxusu" müzikli (1995)
- "Karmen" müzikli (1995)
- Teatr tamaşalarına musiqilər
- "Həyatın dibində" (1991)
- "Böyük Romul" (1992)
- "Lənkəran xanının vəziri" (1992)
- "Yayda qartopu oyunu" (1993)
- "Qətl günü" (1994)
Filmoqrafiya
redaktə- Daş saat (film, 1975)
- Üzeyir ömrü (film, 1981)
- Uşaq və külək (film, 1982)
- Topal Teymur (film, 1983)
- Qətl günü (film, 1990)
- Divar (film, 1991)
- Anamın kitabı (film, 1994)
- Şüalə (film, 1994)
- Ümid (film, 1995)
- Qobustan (film)
- Naməlum səs (film, 1997)
- Bəsdir, ağlama! (film, 1999)
- Mir Teymur (film, 2003)
- Yalan (film, 2005)
- Sirr (serial, 2012)
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının dövlət himni Arxivləşdirilib 2020-01-28 at the Wayback Machine. "Musiqi dünyası" jurnalı.
- ↑ Эльнара Аббасова. "Новая фольклорная волна" и мугамные традиции в фортепианных прелюдиях Айдына Азимова Arxivləşdirilib 2016-04-08 at the Wayback Machine. Журнал HARMONY