Aydin Ezizbeyov - Wikipedia
Aydın Şamil oğlu Əzizbəyov — Azərbaycan dövlət xadimi, Azərbaycan Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri (1989–1992), Azərbaycan Respublikası Baş nazirinin müavini (1992).
Aydın Əzizbəyov | |
---|---|
13 fevral 1992 – 6 mart 1992 | |
Prezident | Ayaz Mütəllibov |
Baş nazir | Həsən Həsənov |
5 fevral 1991 – 22 may 1992 | |
Əvvəlki | qurumun adı dəyişdirilib |
Sonrakı | Fərrux Zeynalov (material ehtiyatları naziri kimi) |
10 mart 1989 – 5 fevral 1991 | |
Əvvəlki | Rəhim Hüseynov |
Sonrakı | qurumun adı dəyişdirilib |
26 yanvar 1983 – 10 mart 1989 | |
Sədr | Rəhim Hüseynov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1945 |
Partiya | |
|
|
Təltifləri |
Həyatı
redaktəAydın Şamil oğlu Əzizbəyov 1945-ci ildə anadan olmuşdur.[1] İxtisasca mühəndis-energetikdir.[2]
Əmək fəaliyyətinə 1967-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunun böyük mühəndisi kimi başlamışdır. 1968-ci ildən 1973-cü ilədək Elmlər Akademiyası Kibernetika İnstitutunun aspirantı, kiçik elmi əməkdaşı olmuşdur. 1973-cü ildən 1983-cü ilədək Azərbaycan SSR Dövləttəchizat Komitəsi respublika hesablama mərkəzinin direktoru işləmişdir.[2]
Aydın Əzizbəyov 1983-cü ildə Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi sədrinin müavini vəzifəsinə irəli çəkilmişdir. 1989-cu ilin mart ayında isə bu komitənin sədri təyin edilmişdir.[2] O, bu vəzifədə 1992-ci ilin may ayınadək işləmiş, paralel olaraq 1992-ci ilin fevral–mart aylarında Azərbaycan Respublikası Baş nazirinin müavini olmuşdur.
İstinadlar
redaktə- ↑ The State Committees of the Republic of Azerbaijan // Who Was Who in the Soviet Union (ingilis). München; London; New York; Paris: K. G. Saur. 1992. səh. 115. ISBN 3-598-10810-9.
- ↑ 1 2 3 Ајдын Шамил оғлу Әзизбәјов: [Азәрбајҹан ССР Дөвләт Мадди-Техники Тәҹһизат Комитәсинин сәдри] // Коммунист. № 59 (20827). 11 март 1989-ҹу ил. С. 1.