Aydin Kerimov Huquqsunas - Wikipedia
Aydın Məmməd oğlu Kərimov (1 iyul 1956, Mahmudkənd, Noraşen rayonu) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, Azərbaycan Respublikası ədliyyə nazirinin birinci müavini, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədr müavini, Əlincə Cəmiyyətinin sədr müavini.
Aydın Kərimov | |
---|---|
7 aprel 1992 – ? | |
Təmsil etdiyi | Azərbaycan Xalq Cəbhəsi |
29 iyul 1992 – 16 avqust 1993 | |
Nazir | İlyas İsmayılov |
Əvvəlki | Südabə Həsənova |
Sonrakı | Südabə Həsənova |
1991 – 199? | |
Sədr | Tamerlan Qarayev (1990-1991) Arif Hacılı (1992) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 iyul 1956 (68 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
redaktəAydın Məmməd oğlu Kərimov 1 iyul 1956-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Şərur rayonunun Mahmudkənd kəndində doğulmuşdur. Naxçıvan Dövlət Universitetinin Tarix-ədəbiyyat və Samara Dövlət Universitetinin Hüquq fakültələrində ali təhsilini almışdır. Bir müddət hüquqşünas olaraq fəaliyyət göstərmişdir.[1]
Evlidir, 3 övladı var.
İctimai-siyasi fəaliyyəti
redaktəAydın Kərimov Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. 1991-ci ildə o, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədr müavini seçilmişdir. O, həmçinin, Azərbaycan Xalq Cəbhəsi nizamnaməsinin və proqramının həmmüəlliflərindəndir.[1]
Aydın Kərimov 29 iyul 1992-ci ildə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 47 nömrəli fərmanı ilə Azərbaycan Respublikası ədliyyə nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdur.[2] O, 16 avqust 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyevin 495 nömrəli sərəncamı ilə bu vəzifədən azad edilmişdir.[3]
Aydın Kərimov 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi və Əlincə Xeyriyyə Cəmiyyəti üzvü olaraq xalq deputatları seçkiləri üzrə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizəd göstərilmiş və seçilmişdir.[4]
Aydın Kərimov Əlincə Cəmiyyətinin sədr müavini olmuşdur. O, 1992-ci ildən Müstəqil "Qanun" jurnalının baş redaktoru, 1994-cü ildən isə Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin (MEPHM) prezidentidir. O, həmçinin Türkiyə Respublikasında dərc olunan "Türk yurdu" jurnalının Azərbaycandakı təmsilçisidir.[1]
1995-ci il parlament seçkilərində Aydın Kərimov Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 11-ci sırada olmuşdur.[5] Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahı üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur.[6] Beləliklə, Aydın Kərimov deputat seçilə bilməmişdir.
Aydın Kərimov 2010-cu illərdə Azərbaycan Respublikasının Ombudsman Aparatı Ekspertlər Şurasının sədri vəzifəsində çalışmışdır.[7]
İstinadlar
redaktə- ↑ 1 2 3 Кәримов Ајдын Мәммәд оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 262. ISBN 5-89600-253-x.
- ↑ "A.M.Kərimov haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". E-qanun.az. 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-16.
- ↑ "A. M. Kərimov haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". E-qanun.az. 2017-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-16.
- ↑ "Azərbaycan Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi seçki komissiyasının tərkibində dəyişiklik edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİ MİLLİ ŞURASININ QƏRARI". E-qanun.az. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-16.
- ↑ modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
- ↑ Şahin Cəfərli. "Azərbaycanda parlament seçkiləri: daha bir itirilmiş şans". Bakı Araşdırma Mərkəzi. 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- ↑ "OMBUDSMAN RƏBİYYƏT ASLANOVA OLACAQ". Musavat.com. 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-16.