Aydin Suleymanli - Wikipedia
Aydın Süleymanlı (d. 22 mart 2005, Bakı, Azərbaycan) — azərbaycanlı şahmatçı, qrosmeyster (2021). Kişilər arasında Azərbaycan çempionu (2024), yeniyetmələr arasında dünya (14 yaş qrupunda) və ikiqat Avropa (8 yaşadək və 12 yaşadək) çempionu.
Aydın Süleymanlı | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Titulu | Qrosmeyster (2021) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2.621 (may 2024) |
FİDE nömrəsi | 13413937 |
Vikianbarda əlaqəli mediafayllar |
Uşaqlığı və şahmata başlaması
redaktəAydın Elşən oğlu Süleymanlı 2005-ci il martın 22-də Bakıda anadan olub.[2] 6 yaşında 249 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. 5 yaşından şahmatla məşğul olmağa başlayıb. İlk vaxtlar evlərinin yaxınlığındakı Xətai Rayon Mədəniyyət Mərkəzində şahmat məşğələlərinə qatılıb. Sonra valideynlərinin arzusu ilə Aydın Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində Xalid Atababayevdən şahmatın sirlərini dərindən öyrənməyə başlayıb.[2]
Şahmat karyerası
redaktəAydın 6 yaşından başlayaraq beynəlxalq yarışlara qatılıb.[2] O, müxtəlif yaş kateqoriyalarında Azərbaycanı uşaq və yeniyetmələr arasında şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil etmişdir. 2013-cü ildə Monteneqronun Budva şəhərində keçirilmiş qitə birinciliyində 8 yaşlı şahmatçılar arasında birinci olub.[2] Həmin ilin dekabrında Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilmiş şahmat üzrə dünya çempionatında eyni yaş kateqoriyasında üçüncü yeri tutub.[2]
2014-cü ilin noyabrında şahmatın blits və rapid növü üzrə keçirilmiş Avropa çempionatında bütün rəqiblərini üstələyərək həm blits, həm də rapiddə 10 yaşlı oğlanlar arasında birinci olub.[3]
2017-ci ildə Rumıniyanın Mamaya şəhərində təşkil olunmuş Avropa Çempionatında 9 oyundan 7 xal yarım yığmaqla 12 yaşlı oğlanlar arasında Avropa çempionu adını qazanıb.[4]
2019-cu ildə Hindistanın Mumbay şəhərində keçirilmiş dünya çempionatında 11 oyundan 9 xal yığmaqla 14 yaşlı oğlanlar arasında dünya çempionu olub.[5]
2019-cu ilin noyabr ayında Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Türkiyənın Çorum şəhərində keçirilmiş 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının qalibi olub.[6]
27 fevral 2020-ci ildə Moskvada "Aeroflot open" beynəlxalq şahmat festivalının A turnirində 9 turdan 6,5 xal toplayaraq festivalın qalibi olub.[7]
2023-cü ilin dekabrında 11 xal toplayaraq "Vüqar Həşimov Memorial-2023” superturnirinin rapid yarışlarının qalibi olub.[8]
2024-cü ilin aprel ayında həlledici görüşdə Məhəmməd Muradlını məğlub edərək kişilər arasında Azərbaycan çempionatının qalibi olub.[9][10]
Şəxsi həyatı
redaktəAydın Süleymanlı 2023-cü ilin yanvarında blokçeyn əsaslı şirkət ilə birlikdə şahmat sənayesində ilklərdən olan çoxillik NFT əməkdaşlığını açıqladı.[11]
İstinadlar
redaktə- ↑ FİDE FIDE Standard Ratings as of 31 jul 2024. 2024.
- ↑ 1 2 3 4 5 "Sürətli şahmat üzrə 10 yaşlılar arasında Avropa çempionu". Anl.az. 19 oktyabr 2018 tarixində arxivləşdirilib.
- ↑ Yeniyetmələrimiz blits və rapid üzrə Avropa çempionatında 7 medal qazandılar // Dsport.az[ölü keçid]
- ↑ "European Youth Chess Championship 2017 Open U12 // Chess-results.com". 2021-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-18.
- ↑ "Yeniyetmə şahmatçımız Aydın Süleymanlı dünya çempionu adını qazanıb // Azertag.az". 2019-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-12.
- ↑ "Azərbaycan Dünya Şahmat Olimpiadasının qalibi oldu". Trend.az. 2019-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
- ↑ "Gənc azərbaycanlı şahmatçı "Aeroflot open" festivalının qalibi olub // Azertag.az". 2020-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-27.
- ↑ ""Vüqar Həşimov Memorial-2023": Aydın Süleymanlı rapid yarışlarının qalibi oldu". 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-11.
- ↑ "Aydın Süleymanlı Azərbaycan çempionu oldu". Day.az. İstifadə tarixi: 2024-04-26.
- ↑ "Aydın Süleymanlı: Uşaqlıqdan arzum Azərbaycan çempionu olmaq idi". Report.az. 2024-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-27.
- ↑ "SKAUT GM Aydın Süleymanlı ilə əməkdaşlıq elan edir". skaut.uk (az.). 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 yanvar 2022.
Xarici keçidlər
redaktə- FIDE Chess profili
- Aydin Suleymanli. Chess-DB.com[ölü keçid] (ing.)
- Aydin Suleymanli. Chessgames.com (ing.)
- Aydin Suleymanli. 365Chess.com (ing.)