Aydas Silsilesi - Wikipedia
Aydaş silsiləsi — Culfa rayonu ərazisində cənub-qərb yamacı sıldırımlı alçaqdağlıq silsilə. Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin şimal istiqamətli Şahqaraş qolundan şərqə ayrılan Ağlar şaxəsinin eyniadlı ayrılması. Qaradərəçayın sağ sahili boyu onun sağ qolları arasında şimal-qərb istiqamətində uzanır. Ən yüksək zirvəsinin hünd. 1160,0 m, ümumi uzunluğu 4 km-dir. Alt Eosenin İpr mərtəbəsinə aid Arısu və Gilançay lay dəstələrinin çökmə və qismən də vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikinci dərəcəli eyniadlı maili sinklinalın cənub-qərb qanadında yerləşir.[1]
Aydaş silsiləsi | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1160,0 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vilayət |
İstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.