Ayise Nebi - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Ayişə Nəbi (21 mart 1967, Haqqıxlı, İcevan rayonu) — araşdırmaçı yazar-şair, jurnalist, tərcüməçi, ilahiyyatçı.
Ayişə Nəbi | |
---|---|
Ayişə Məhəmməd qızı Nəbi | |
Doğum tarixi | |
Doğum yeri | Haqqıxlı, Karvansaray rayonu, Qərbi Azərbaycan, |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | Azərbaycan türkü |
Həyat yoldaşı | Xanəmir Telmanoğlu |
Atası | Nəbiyev Məhəmməd Mövlud oğlu |
Anası | Əfəndiyeva Füruzə Nəsib qızı |
Təhsili | ali |
Fəaliyyəti | Araşdırmaçı yazar-şair, jurnalist, tərcüməçi, ilahiyyatçı |
Əsərlərinin dili | Azərbaycan tükcəsi |
Tanınmış əsərləri | Sükut, Laməkan, Qafdağı-Anka, Ərəb olmaq istəmirəm, Mərhəmət dini, Din və ənənə. |
i̇klim.az |
Həyatı
redaktəAyişə Məhəmməd qızı Nəbi martın 21-də 1967-ci ildə Qərbi Azərbaycanın Karvansara (İcevan) rayonunun Haqqıxlı (S.Vurğun) kəndində ziyalı ailəsində doğulub. Həmin kənddə orta məktəbi əla qiymətlərlə başa vurub həmin il Az.Neft-Kimya institutuna daxil olub 1990-cı ildə mühəndis-elektrik ixtisası üzrə məzun oldu. Bir il Az.Sənaye Layihə institutunda gənc mütəxəssis kimi işlərkən “Gənclik” jurnalına dəvət aldı və bir il də orada işlədi. Sonra “Fəryad” və s.qəzetlərdə işlədi. Bu müddət ərzində bədii-publisistik yazılarla dövri mətbuatda müntəzəm çıxış etdi. İlk şeiri “Sovet Ermənistanı” qəzetində çap olundu. Sonra İstanbulda dini təhsil aldıqdan sonra vətənə qayıdaraq yenidən şeir, hekayə, məqalə, araşdırma, tərcümələr edərək ölkə qəzet və dərgilərində çap etdirdi. Türk və dünya ədəbiyyatından bir çox örnəyi dilimizə çevirərək Azərbaycan oxucusuna tanıtmış, eləcə də 20-də çox yerli müəllifin şeir, hekayə, povest, monoqrafiya, elmi əsər və romanlarını Türkiyə türkcəsinə, Edqar A.Po, Edqar Li Masters, Emili Dikinson kimi tanınmışların əsərlərini isə rus dilindən dilimizə çevirmişdir. Yaradıcılığa şeirlə başlayan Ayişə Nəbi “Sükut” (1997, Ağrıdağ), “Laməkan” (2008, Nurlan), “Qaf dağı Anka” (2011, Nurlan) “Qutlu vadiyə vardım” şeirlər, “Ərəb olmaq istəmirəm” (2014) məqalələr, “Yalınayaq şeirlər” tərcümə, “Eşq gözəlləməsi”(uzun hekayə) kitablarının, biri çox araşdırma və publisist məqalələrin müəllifidir. Maraqla qarşılanan mistik hekayələri çap olunmuşdur. “Məqsədim şeir deyil” deyən şairin yaradıcılığında həyat və insan şeirə-ədəbiyyata deyil, şeir və ədəbiyyat insana və Allaha xidmət edir.Bu baxımdan onun yaradıcılığında magik realizm bəlli yer tutsa da, o əsərlərində əsasən təsəvvüf və mistikaya daha çox yer verir.Azərbaycanda müasir dövr təsəvvüf şeiri yazanların ilk sıralarındadır. Ayişə Nəbi hazırda bədii yaradıcılıq, dini-elmi araşdırma, bədii tərcümə və kitab redaktorluğu ilə məşğul olur."İzimiz" İctimai Briliyinin sədri, "MƏN"Mənəviyyat akademiyası adlı maarifləndirmə sosial təşəbbüs qrupunun yaradıcısıdır.
Əsərləri “Azərbaycan” ədəbi-bədii jurnalı, “Ulduz” dərgisi, “Ədəbiyyat”,”Cəmiyyət və din” qəzeti, Ədalət qəzeti, 525-ci qəzet, Lent.az, Kulis.az, Artkaspi.az, Doqquziqlim.net, Azadlıq.orq,analoq.az, Avanqard,Faktor.az, Qala və s.-lərdə, eləcə də Türkiyə mətbuatında yayımlanmışdır.
Prezident təqaüdçüsüdür. Ailəlidir, üç övladı var.