Aylar Heqqi - Wikipedia
Aylar Həqqi ― 2022-ci il İran etirazlarında Təbrizdə baş tutmuş aksiyada İran təhlükəsizlik qüvvələri tərəfindən öldürülmüş tələbə.
Aylar Həqqi | |
---|---|
Doğum tarixi | 1999 |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Təbriz |
Vəfat səbəbi | öldürülüb |
Dəfn yeri | Vadi rəhmət qəbiristanlığı |
Dəfn tarixi | 18 noyabr 2022 |
Təhsili | Təbriz Azad Universiteti |
Fəaliyyəti | medical student[d] |
Hökumət rəsmiləri və mediası onun öldürülməsini inkar edərək hündürlükdən yıxıldığını iddia ediblər. Əvvəlcə ailəsinə Ayların intihar etdiyini söyləmələri üçün təzyiq göstəriblər. Ailəsi bunu qəbul etmədikdən sonra isə atası təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Təzyiq vasitəsi kimi ailəsinə 2 gün ərzində onun nəşini verməyiblər və onun doğulduğu Məlikkəndə dəfninə icazə verməyiblər.
Aylar Həqqinin dəfni və 40 mərasimi vətəndaşların iştirakı ilə Vadi rəhmət qəbiristanlığında baş tutub. İştirakçılar hökumət əleyhinə "Biz hamımız Aylarıq, mübarizə davam edir", "Azadlıq, ədalət, milli hökumət", "Azərbaycan yatmayıb, Aylar qanı batmayıb" kimi şüarlar səsləndiriblər. Hər iki mərasim təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə dağıdılıb. Onlarla insan döyülüb və həbs olunub.
Aylar Həqqi öldürüldükdən sonra Şərqi Azərbaycan ostanında etirazlar şiddətlənib. Təbriz, Binab, Məlikkənd, Ərdəbil şəhərlərində və Ayların təhsil aldığı Təbriz Azad Universitetində etiraz aksiyaları keçirilib. Bu etirazlarda onlarla etirazçı həbs edilib.
2022-ci il noyabrın 28-də Azərbaycan Respublikasındakı gənc qızlar İranda qadın hüquqları uğrunda mübarizə aparan insanlara və orada öldürülmüş azərbaycanlı qızlar Hədis Nəcəfi, Əsra Pənahi və Aylar Həqqinin xatirəsinə fləşmob keçiriblər.
Haqqında
redaktəAylar Həqqi 1999-cu ildə Məlikkənd şəhərində anadan olub[1][2]. Əslən azərbaycanlıdır[1]. Sonradan ailəsi ilə birlikdə Təbriz şəhərinə köçüblər. Təbriz Azad Universitetinin tibb fakültəsinin IV kurs tələbəsi olub[3].
Öldürülməsi
redaktəO, 2022-ci il İran etirazları çərçivəsində noyabrın 16-da Təbrizdə baş tutmuş hökumət əleyhinə etiraz aksiyasına qatılıb[4]. Hökumət qüvvələri nümayişçilərə qarşı zorakılıq tədbiq edərək aksiyanı dağıtmağa başlayıblar. Polisin müdaxiləsindən sonra Aylar Həqqi zorakılıqdan qaçmaq məqsədilə binalardan birinə sığınıb[5][6]. Onu təqib edən bir neçə məmur onun ardınca binaya girib başının arxasından güllə ilə vurub öldürüblər.[7][8][9][10][11][12] Cinayətin izini itirmək məqsədilə isə onun nəşini hündürmərtəbəli binadan aşağı atıblar.[10][13][14][15][16] Daha sonra təhlükəsizlik agentləri Ayların hündürlükdən yıxıldığını, intihar etdiyini[4] söyləmələri üçün ailəsinə təzyiq göstəriblər.[13][17][18][19]. Ailəsi bunu qəbul etmədikdən sonra isə atası Rəcəb Həqqi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb[4][10]. Hökumət qüvvələri Aylar Həqqinin ailəsinə təzyiq etmək məqsədilə onun nəşini 2 gün özlərində saxlayıblar.[4]
İranda rejiminə bağlı olan media bir binanın təhlükəsizlik kamerasının lentə aldığı videonu yayımlayıb iddia edib ki, Aylar Həqqi maşından endikdən bir az sonra çuxura düşərək həyatını itirib[13]. Lakin bu videoda sadəcə bir qadının maşından düşdüyü görünür[13]. Və videoda üzü belə görünməyən qadının kimliyini müəyyən etmək mümkün deyil[20][21].
2022-ci il İran etirazları dövründə İran hökuməti etirazlarda həyatını itirənlərin ölüm səbəbini müxtəlif "qəzalarla" əlaqələndirib[22]. Çox vaxt öldürülənlərin "yüksəkdən yıxılma", "intihar", "ürək problemi" və "üsyançı izdihamın içindən hücum" nəticəsində öldüyünü iddia ediblər. Hökumət etirazların başlanma səbəbi olan Məhsa Əmininin də ürək xəstəliyindən öldüyünü açıqlayıb[20].
Dəfni
redaktəAiləsi qızlarının nəşini təhvil aldıqdan sonra onu doğulduğu Məlikkəndə dəfn etmək istəsələr də bu onlara icazə verilməyib[23]. Daha sonra isə Aylar Həqqinin atası Rəcəb Həqqiyə dəfn mərasiminin Təbrizdə, səssiz keçirilməsi və ictimailəşdirilməməsi üçün təzyiq göstərilib.[5][23] Buna baxmayaraq, xəbər ictimailəşib[5] və dəfn mərasiminə çox sayda vətəndaş qatılıb[20]. Dəfn mərasimi 2022-ci il noyabrın 18-də Təbrizin Vadi-Rəhmət qəbiristanlığında baş tutub[20]. Dəfnə qatılan vətəndaşlar İran əleyhinə şüarlar səsləndiriblər[20][24][25]. Onlar "Biz hamımız Aylarıq, mübarizə davam edir"[26][27], "Azadlıq, ədalət, milli hökumət"[20] "Azərbaycan milləti çəkəmməz bu zilləti" kimi şüarlar səsləndiriblər[8]. Təhlükəsizlik qüvvələri qəbiristanlıqda toplaşan vətəndaşlara hücum edərək onları ərazidən uzaqlaşdırıb[20][28][29] və bir neçə nəfəri həbs edib[30]. Bundan başqa Təbriz Tibb Elmləri Universitetinin professoru Şəmsi Abbasəlizadə Aylar Həqqinin dəfn mərasiminə qatıldığı üçün işindən uzaqlaşdırılıb[31].
2022-ci il dekabrın 27-də Aylar Həqqinin 40 mərasimi baş tutub[32][33]. Mərasimə toplaşanlar burada hökumət əleyhinə şüarlar səsləndiriblər[34]. Onlar "Biz hamımız Aylarıq, azadlığı haylarıq", "Azərbaycan yatmayıb, Aylar qanı batmayib", "Xamenei qatildir, hökuməti etibarsızdır", "diktatora ölüm" kimi şüarlardan istifadə ediblər[34][35]. Mərasimdə Aylar Həqqinin atası da çıxış edib.[21] Daha sonra mərasimə təhlükəsizlik qüvvələri müdaxilə ediblər. Nəticədə mərasim iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib[34][36]. Təhlükəsizlik qüvvələri insanlara hücum edib onları dəyənəklərlə döyüblər. Aylar Həqqinin valideynləri və bir neçə nəfər həbs edilib.[21][34][37][38]
Xatirəsi
redaktəAylar Həqqi öldürüldükdən sonra Şərqi Azərbaycan ostanında etirazların şiddəti artıb[39][40]. Təbriz, Binab və Aylar Həqqinin doğulduğu Məlikkənddə güclü etirazlar və tətillər keçirilib[41][40]. Bu etirazlarda onlarla etirazçı həbs edilib[41][40]. Təbriz Azad Universitetinin Tibb fakültəsinin tələbələri də İran hakimiyyətinin Aylar Həqqini qətlə yetirməsinə etiraz olaraq universitetdə aksiya keçiriblər[42][43][44][45].
2022-ci il noyabrın 28-də Azərbaycan Respublikasındakı gənc qızlar İranda qadın hüquqları uğrunda mübarizə aparan insanlara və orada öldürülmüş azərbaycanlı qızlar Hədis Nəcəfi, Əsra Pənahi və Aylar Həqqinin xatirəsinə fləşmob keçiriblər.[46][47][48][49] Fləşmobun sonunda Aylar Həqqi və digər öldürülmüş azərbaycanlıların şəkilləri nümayiş etdirilib və "Xəbərimiz var, sizinləyik!" yazısı yazılıb.[50]
2023-cü il fevralın 20-də Təbriz küçələrində divarlara "Aylar Həqqi", "Şüarlarımızı divarlardan silə bilərsiniz, qan izlərini yox", "Ölüm olsun Xameneiyə", "Ölüm olsun diktatora" şüarları yazılıb.[51][52]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Ciddi, Behzad; Cavanşir, Lalə; Cabbarlı, Ramin; Bozkurt, Türkan. Iran: Updates on the Human Rights Report on the Azerbaijani Turks in Iran (PDF) (ingilis). etekyazi.com. 11. 2023-06-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-12-27.
- ↑ "آیلار حقی، دختر جوان و شجاع تبریزی از نسل ستارخان". women.ncr-iran.org. 2023-09-27. 2023-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
- ↑ "جان باختگان اعتراضهای ایران؛ آیلار حقی «جنبش زن زندگی آزادی را یک انقلاب شهروندی میدید»". BBC News فارسی (fars). 2023-09-07. 2023-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
- ↑ 1 2 3 4 Ciddi, Behzad; Cavanşir, Lalə; Cabbarlı, Ramin; Bozkurt, Türkan. Iran: Updates on the Human Rights Report on the Azerbaijani Turks in Iran (PDF) (ingilis). etekyazi.com. 14. 2023-06-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-12-27.
- ↑ 1 2 3 "Təbrizdə öyrənci fəal Aylar Həqqi məmurlar tərəfindən öldürülüb". aznews.tv. 2022-11-17. 2023-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
- ↑ "۶۴مین روز قیام ایران – بزرگداشت جانباختگان قیام". women.ncr-iran.org. 2023-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
- ↑ Халип, Ирина. "Волосы. Три покушения, изгнание, 10 миллионов подписчиков и «Тайная свобода» — история Масих Алинеджад, одной из лидеров иранских протестов". Новая газета Европа. 2266-09-17. 2023-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ 1 2 Avraham, Rachel. "The Iran Protests and the Azerbaijani Community | Frontpage Mag" (ingilis). 2022-11-30. 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
- ↑ "Təbrizdə gənc Aylar Həqqi öldürüldü". Qafqazinfo (az.). 2022-11-19. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
- ↑ 1 2 3 "حمله نیروهای امنیتی به مراسم خاکسپاری آیلار حقی در تبریز؛ پلیس علت مرگ او را هم سقوط از بلندی اعلام کرد - BBC News فارسی". web.archive.org. 2022-11-18. Archived from the original on 2022-11-18. İstifadə tarixi: 2023-12-28.
- ↑ فردا, رادیو. "آیلار حقی با «شلیک مستقیم به پشت سرش توسط نیروهای حکومتی» کشته شد". رادیو فردا (fars). 2022-11-18. 2022-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
- ↑ Dehkordi, Maryam. ""They Shot Me, Sister:" The Women Victims Of Iran Protest Crackdown". iranwire.com. 2023-02-24. 2023-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ 1 2 3 4 "Qatilə çevrilən Tehran hakimiyyəti: Arzuları gözündə qalan gənc Ayların ölümü - ŞƏRH + FOTO". Oxu.Az (az.). 2022-11-19. 2023-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
- ↑ "خشم از کشتن کیان پیرفلک؛ معترضان «خانه خمینی» را آتش زدند - BBC Persian". BBC News فارسی (fars). 2022-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
- ↑ "Day 63 of Iran uprising, medical student Aylar Haghi killed" (ingilis). 2022-11-17. 2023-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ Cole, Brendan. "Who Is Aylar Haghi? Medical student killed during protests in Iran". Newsweek (ingilis). 2022-11-18. 2023-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ فردا, رادیو. "آمنهسادات ذبیحپور به حضور در جلسه بعدی دادگاه سپیده قلیان «ملزم شد»". رادیو فردا (fars). 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
- ↑ Dalvand, Masoud. "Iran's Regime Killed Aylar Haghi Medical Student During Nationwide Protests". Freedom Star (ingilis). 2023-01-01. 2023-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ "Doctor Treating Protesters In Iran Dies In Suspicious Circumstances". Iran International (ingilis). 2023-12-29. 2023-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ 1 2 3 4 5 6 7 Məlikoğlu, Hamid. "Təbrizdə keçirilən etirazlarda tibb fakültəsinin tələbəsi Aylar Həqqi öldürülüb". Voice of America (az.). 2022-11-19. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
- ↑ 1 2 3 "آیلار حقی؛ بازداشت پدری که روایت رسمی حاکمیت را زیر سوال برد". iranwire.com. 2023-01-07. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
- ↑ Eikdar, Solmaz. ""Justice Impossible" For Iranian Medical Student Killed In Protest Crackdown". iranwire.com. 2022-12-28. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ 1 2 Ciddi, Behzad; Cavanşir, Lalə; Cabbarlı, Ramin; Bozkurt, Türkan. Iran: Updates on the Human Rights Report on the Azerbaijani Turks in Iran (PDF) (ingilis). etekyazi.com. 12. 2023-06-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-12-27.
- ↑ "Təbrizdə tələbə qızın dəfni etiraz aksiyasına çevirildi". Azadlıq Radiosu. 2022-11-18. 2023-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
- ↑ France-Presse, Agence; Reuters. "Iranian protesters chant anti-regime slogans at boy's funeral". The Guardian (ingilis). 2022-11-18. ISSN 0261-3077. 2022-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ "آیلار حقی بهخاک سپرده شد؛ دختری «پرانرژی و سرشار از شور زندگی» بود". صدای آمریکا (fars). 2022-11-18. 2022-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
- ↑ "Mahsa Amini gösterilerinde ölen genç kadınının cenazesinde protesto: 'Kahrolsun diktatör'". İstiklal gazetesi (türk). 2022-11-18. 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ "Iran protests: Social media videos show flames at home of late leader Khomeini". Reuters. 2022-11-19. 2023-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ "Government Forces Attack Iranian Mourners In Tabriz". Iran International (ingilis). 2023-12-29. 2022-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ Məlikoğlu, Hamid. "Aylar Həqqinin qırx mərasimində həbs edilən daha bir məhbusun şəxsiyyəti müəyyən edilib". Amerikanın Səsi (az.). 2022-12-31. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
- ↑ Ciddi, Behzad; Cavanşir, Lalə; Cabbarlı, Ramin; Bozkurt, Türkan. Iran: Updates on the Human Rights Report on the Azerbaijani Turks in Iran (PDF) (ingilis). etekyazi.com. 67. 2023-06-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-12-27.
- ↑ "برپا شدن آیین چهلم آیلار حقی با حضور مردم؛ پدرش صداوسیما را مسوول تحریف موضوع قتل او خواند". ایران اینترنشنال (fars). 2023-12-28. 2023-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
- ↑ "Aylar Haghi, a brave girl gave her life for freedom" (ingilis). 2023-09-27. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ 1 2 3 4 Məlikoğlu, Hamid. "Təbrizdə Aylar Həqinin qırx mərasiminə təhlükəsizlik qüvvələri müdaxilə edib". Voice of America (az.). 2022-12-27. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ "40-day memorial of Aylar Haghi held despite heavy repression" (ingilis). 2022-12-28. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ "Molla rejimi Təbrizdə Aylar Həqqinin qırx mərasimində Səid Mahmudini həbs etdi". gadtb.com. 2022-12-28. 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ "مراسم چهلم آیلار حقی شهید قیام ایران به رغم جو شدید امنیتی با شکوه هرچه تمام تر برگزار شد". women.ncr-iran.org. 2023-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
- ↑ "Təbrizdə Aylar Həqqinin 40 mərasimində 10-dan çox şəxs həbs edildi". dak.az. 2022-12-28. 2023-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ Quluncu, Əlirza. "Şərqi Azərbaycan vilayətinin Məlikkəndi və Binab şəhərlərində onlarla vətəndaş həbs edilib". Voice of America (az.). 2022-11-23. 2022-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ 1 2 3 Quluncu, Əlirza. "İran təhlükəsizlik qüvvələri Təbrizdə vətəndaşları həbs etməyə davam edir". Voice of America (az.). 2022-11-19. 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ 1 2 Məlikoğlu, Hamid. "Etirazlarda Məlikkəndidə həbs edilən şəxsin taleyindən xəbər yoxdur". Voice of America (az.). 2022-12-25. 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ "Güney Azərbaycanda Aylar Həqqinin anım mərasiminin keçirilməsinə icazə verilməyib". Report İnformasiya Agentliyi (az.). 2022-12-09. 2023-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
- ↑ İsmayılov, Sədrəddin. "Təbriz Universitetinin tələbələri Aylar Həqqinin qətlinə etiraz olaraq aksiya keçirib". Report İnformasiya Agentliyi. 2022-11-19. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
- ↑ "Təbriz Universitetinin tələbələri Aylar Həqqinin qətlinə etiraz olaraq aksiya keçirib - VİDEO". musavat.com. 2022-11-19. 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ "В Южном Азербайджане не разрешили провести церемонию поминовения Айлар Хагги". Информационное Агентство Репорт (rus). 2022-12-09. 2023-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ "Bakıda gənc qızlar Güney Azərbaycandakı etirazçılara dəstək fləşmobu keçirib". kaspi.az (az.). 2023-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
- ↑ "Bakıda gənc qızlar Güney Azərbaycandakı etirazçılara dəstək fləşmobu keçirib". Report İnformasiya Agentliyi (az.). 2022-11-28. 2022-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
- ↑ "Young women in Baku hold flash mob in support of South Azerbaijan protests". Report News Agency (ingilis). 2022-11-28. 2022-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ "В Баку молодые девушки провели флешмоб в поддержку протестующих в Южном Азербайджане (Видео)". www.kaspiy.az (rus). 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ Fərhadoğlu, Tapdıq. "Azərbaycanda qadınlar İrandakı etirazlara dəstək fləşmobu keçirib". Voice of America (az.). 2022-11-28. 2022-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
- ↑ "Təbriz divarlarında ETİRAZ ŞÜARLARI – FOTO". bizim.media (az.). 2023-02-21. 2023-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
- ↑ "Təbrizdə divarlara etiraz şüarları yazılıb". visiontv.az (az.). 2023-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
Xarici keçidlər
redaktə- İran polisi tərəfindən qətlə yetirilən Cənubi Azərbaycanlı Aylar Həqqi dəfn edilib / İTV
- Aylar Həqqinin qırx mərasimində etirazçılar Əli Xameneiyə qarşı şüarlar səsləndirib
- Aylar Həqqinin 40 mərasimi
- Aylar Həqqinin dəfn mərasimində polislərin insanları döyməsi
- آیلار حقی را "با گلوله کشتند" اما باز ادعای سقوط از ارتفاع در رسانههای حکومتی