Aysel Elizade - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Aysel Alim qızı Əlizadə (3 yanvar 1980, Bakı) — yazıçı, jurnalist. "qadınkimi.com" saytının qurucusu.[1] 2015-ci ildə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd olub.[2][3]
Aysel Əlizadə | |
---|---|
Aysel Alim qızı Əlizadə | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Həyat yoldaşları |
|
Fəaliyyəti | Yazıçı, jurnalist |
Fəaliyyət illəri | 1998-indiyədək |
Əsərlərinin dili | Azərbaycanca |
İlk əsəri | Bəyaz kürk |
Vikianbarda əlaqəli mediafayllar |
Həyat və yaradıcılığı
redaktəAysel Əlizadə 3 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986–1996-cı illərdə Bakı şəhəri, Yasamal rayonu 31 saylı tam orta məktəbi fərqlənmə ilə bitirib. 1996–2000-ci illərdə Bakı Dövlət Universiteti nəzdində "Gənc İstedadlar" liseyində ali təhsil alıb.[4]
Karyerasına 1998-ci ildə ABA TV-də teleaparıcı kimi başlayıb.[5] Space, Lider, ATV, İTV telekanallarında müəllif, aparıcı, bədii rəhbər, rejissor kimi çalışıb. Xitə çevrilən öz sözlərinə yazılmış " Ad günü" adlı mahnı ifa edib. Daha sonra 8 mahnıdan ibarət musiqi albomu işıq üzü görüb. Şairə, nasir, publisist, tərcüməçi, ictimai xadim kimi tanınır.[4]
2009-cu ildə 1997-ci ildən bəri hər il təqdim olunan "Media Açarı" mükafatına, "Mədəniyyət nominasiyası üzrə" "525-ci qəzet"in əməkdaşı kimi layiq görülüb.[6] İki kitabının, "Bəyaz kürk" və "Erkəklər" türk dilinə tərcümə olunaraq Ankara və İstanbulda təqdimatları, imza günləri keçirilib. 2015-ci ilin 01 noyabr tarixində keçirilən Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərində Bakı şəhəri, Binəqədi rayonundan deputatlığa namizəd olub. 2017-ci ildə şeirlərindən ibarət ingilis dilində "Qadın" adlı kitabı çap olunub. 2017-ci ildən "qadınkimi.com" adlı feminizm saytının təsisçisi və rəhbəridi. 2020-ci ildə Qərbi Kaspi Universitetində "Feminizm: ədəbiyyatda və həyatda" mövzusunda çıxışı olub.[7] Ruscadan çevirdiyi "Yarımçıq qalmış" adlı pyes Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib.
Siyasi fəal və Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı ilə evlidir. Bir övladları var.[8]
Əsərləri
redaktə- "Ora" (hekayələr)
- "Doğulacaq qadın" (şeirlər)
- "Bəyaz kürk" (hekayələr)
- "Göy Qurşağı" (esselər)
- "Erkəklər" (roman)
- "Təkliyə düzəliş" (şeirlər)
- "Azad" (akademik Azad Mirzəcanzadə haqda portret)
- "Qadın peyğəmbər" (roman).
- "Qadın"
- "Seksin poeziyası" şeirlər.
- "Qızlar ağlamaz"
Tərcümə etdiyi əsərlər
redaktə- Aqata Kristi — "Qolf meydançasında qətl"
- Andrey Platonov — "Kotlovan"
- Edqar Tolle — "Yeni dünya"
- Oşo — "Qadınların kitabı"
- Oşo — "Kişilərin kitabı"
İstinadlar
redaktə- ↑ "Aysel Əlizadə yeni sayt açdı" (az.). qafqazinfo.az. 15.05.2018. 2021-05-05 tarixində arxivləşdirilib.
- ↑ "Aysel Əlizadə seçicilərə söz verdi: "Mən Azərbaycana Nobel gətirmək istəyirəm"" (az.). xural.com. 29.10.2015. 2021-05-05 tarixində arxivləşdirilib.
- ↑ "Bir dairədən iki Aysel Əlizadə..." (az.). qafqazinfo.az. 16.09.2015. 2021-05-05 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "Əlizadə Aysel Alim qızının seçki qərargahından xəbər var" (az.). musavat.com. 17.10.2015. 2021-05-06 tarixində arxivləşdirilib.
- ↑ Ləman Mustafazadə. "Yazıçı Aysel Əlizadə məktəblilərlə görüşdü" (az.). lent.az. 03.12.2013.[ölü keçid]
- ↑ ""Media açarı-2009" mükafatı təqdim olundu" (az.). news.lent.az. 22 İyul 2009.[ölü keçid]
- ↑ "Qərbi Kaspi Universitetində yazıçı Aysel Əlizadə ilə görüş keçirilib" (az.). wcu.edu.az. 28.02.2020.[ölü keçid]
- ↑ "Aysel Əlizadə həyat yoldaşının həbsindən danışdı: "Ramini bir müstəntiq borca salıb"" (az.). modern.az. 27.07.2018. 2022-10-12 tarixində arxivləşdirilib.