Azer Qasimzade Siyasetci - Wikipedia
Azər Qasımzadə — Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunda elmi işçisi geologiya-minerologiya elmləri namizədi, müstəqil Azərbaycanda ilk siyasi partiya olan Azərbaycan Dirçəliş Partiyasının yaradıcısı, daha sonra isə Azərbaycan Xalq Dirçəliş Partiyasının sədri.
Azər Qasımzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1955 |
Doğum yeri | |
Vəfat tarixi | 2009 |
Vəfat yeri | |
Partiya |
|
Həyatı
redaktəAzər Qasımzadə 1955-ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunda elmi işçi vəzifəsində çalışıb. Geologiya-minerologiya elmləri namizədi olub.
1972-ci ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra Bakı Tuneltukinti İdarəsində fəhlə işləyib. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinin qiyabi şöbəsinə daxil olub. 1975–1977-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra Azərbaycan Kənd Tikinti Nazirliyində fəhlə işləyib.
1981-ci ildə Universiteti mühəndis-geoloq ixtisası ilə bitirdikdən sonra Azərbaycan EA Geologiya İnstitutuna işə daxil olub. 1984–1988-ci illərdə aspiranturanın qiyabi şöbəsində oxuyub və 1989-cu ilin iyununda Düşənbə şəhərində disssertasiya mövzusunu müvəffəqiyyətlə müdafiə edərək geologiya-minerologiya elmləri namizədi elmi-dərəcəsini alıb. Çoxlu sayda elmi əsərin müəllifidir.
Azər Qasımzadə 2009-cu ildə vəfat edib.[1]
İctimai-siyasi fəaliyyəti
redaktəAzər Qasımzadə Fuad Ağayev, Qalib Rəhimov, Tofiq Əhmədov ilə birlikdə 1988-ci ildə əsası qoyulan "Tərəqqi" Cəmiyyətinin əsas yaradıcılarından biri olmuşdur. "Tərəqqi" Cəmiyyəti fəaliyyətini dayandırdıqdan sonra Azər Qasımzadə yaxın dostları ilə birlikdə çağdaş Azərbaycanda ilk siyasi partiyanın əsasını qoyur və ilk "Samizdat" nəşr olan "Dirçəliş"i nəşr edir. O, 1989-cu ildə mayın 27-dən çıxan "Dirçəliş" qəzetinin ilk redaktoru, Dirçəliş Partiyasının "Soy", "Dönüş" məcmuələrinin ilk saylarının redaktoru olmuşdur.[1].
1990-cı ilin yanvar faciələrindən sonra sovet rejiminin ifşa etmək üçün Azər Qasımzadə Azərbaycan Sosial Demokrat Partiyası, Cümhuriyyət, Azərbaycan Milli Müsavat Demokratik Partiyası fəalları ilə birgə Baltikyanı respublikalarında, Ukraynada, Peterburqda, Moskvada, digər yerlərdə müxtəlif görüşlərdə olur, mitinqlərdə çıxış edir, radio-televiziyaya müsahibə verib, Azərbaycanı informasiya blokadasından çıxarmağa çalışmışdır.
Partiya fəaliyyəti
redaktəAzər Qasımzadə 27 may 1989-cu ildə Sovet dönəmində ilk gizli siyasi partiya olan Azərbaycan Dirçəliş Partiyasını təsis etmişdir.[2] 1990-cı ilin noyabr ayından 1991-ci ilin fevral ayınadək Sabir Məmmədlinin sədr müavini olduğu Azərbaycan Xalq Partiyası və Azərbaycan Dirçəliş Partiyası vahid partiya — Azərbaycan Xalq Dirçəliş Partiyası adı altında birləşdi.
Azər Qasımzadə 1990–1991-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuşdur.
1990-cı ilin oktyabrından sonra Azər Qasımzadənin rəhbərliyində təmsil olunduğu Azərbaycan Xalq Dirçəliş Partiyası, daha sonra isə Birlik Partiyası və Azərbaycan Xalq Demokratik Partiyası ilə birgə Tatarıstan, Başqırdıstan, Orta Asiya, Qazaxıstan regionlarında müxtəlif partiyalar, cəmiyyətlər ilə birbaşa siyasi əlaqələr qurmuşdur. 1991-ci ilin aprelində Kazan şəhərində Türk Xalqları Assambleyasının yaradılmışdır. Azər Qasımzadə də həmin tədbirdə iştirak etmişdir. Bundan əlavə, Azər Qasımzadə 1991-ci ilin yanvarında Almatıda Milli Həmrəylik meydanında "Alaş" Milli İstiqlaliyyət Partiyasının fəallığı ilə keçirilən mitinqdə iştirak etmişdir.
Azər Qasımzadə 1991-ci ilin noyabrında Latviya Xalq Cəbhəsinin üç gün davam edən 4-cü konfransında müxalif qüvvələrin təmsilçisi olaraq iştirak etmişdir.
Əsərləri
redaktəBakıdakı 20 Yanvar faciəsinə həsr olunmuş "Aqressiya" ("Təcavüz") Mahir Həmzəyevlə birlikdə Azər Qasımzadənin redaktəsi ilə çap olunub. A. Qasımzadənin ciddi fəallığı ilə Azərbaycan Dirçəliş Partiyası 10 000 nüsxə ilə 1990-cı il yanvarın 25-də çapa imzalanmış "Aqressiya" kitabçasını nəşr etmişdir. Ukrayna və Litvadakı azərbaycanlılar bu işə maddi dəstək vermişdilər.
İstinadlar
redaktə- ↑ 1 2 "Arxivlənmiş surət". 2018-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
- ↑ "Arxivlənmiş surət". 2018-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.