Azer Turan - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Azər Turan (Əbilov Azər İmamverdi oğlu; 16 sentyabr 1963, Neftçala rayonu) — tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru (2010), Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisidir (2005). Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Azər Turan | |
---|---|
Əbilov Azər İmamverdi oğlu | |
Doğum adı | Azər |
Doğum tarixi | 16 sentyabr 1963 (61 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | İmamverdi Əbilov |
Təhsili | |
Fəaliyyəti | yazıçı |
Üzvlüyü | |
Mükafatları |
|
22 yanvar 2015-ci ildə Ədəbiyyat qəzetinin baş redaktoru təyin edilib.[1]
Həyatı
redaktəAzər Turan 16 sentyabr 1963-cü ildə Neftçalada anadan olub.[2] Neftçalada 1 saylı orta məktəbdə təhsil alıb (1970–1980). Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib (1984). Neftçala İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. "Yeni Azərbaycan" qəzetində humanitar şöbənin müdiri, "Ədəbiyyat" əlavəsinin məsul redaktoru olub (2001–2003). "Ədəbiyyat qəzeti"ndə baş redaktorun müavini (2004), baş redaktor əvəzi (2014) vəzifələrində çalışıb. "Ədəbiyyat qəzeti"nin baş redaktorudur (yanvar 2015). Filologiya üzrə fəlsəfə doktorudur (2010). "Hüseyn Cavid yaradıcılığının ədəbi-fəlsəfi qaynaqları" mövzusunda dissertasiya müdafiə edib (elmi rəhbər akademik Bəkir Nəbiyev).
Azərbaycan Respublikası Prezidentinin 28 oktyabr 2000-ci il tarixli sərəncamı ilə Prezident Təqaüdünə layiq görülüb.
Azərbaycan Universitetinin Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yazıçılar Birliyi ilə birgə təsis etdiyi "Hüseyn Cavid" (2000) mükafatı laureatıdır.
Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" (2015) mükafatının laureatıdır.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.
2019-cu ildə Rəsul Rza Fondu tərəfindən Rəsul Rza Mükafatına layiq görülüb..
2020-ci ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə ədəbiyyatşünaslıq elmi sahəsində səmərəli fəaliyyətinə görə “İlin alimi” seçilib.
2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən "Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)" xatirə nişanı ilə təltif olunub.
2022-ci ildə Azərbaycan Yazıçılar Birliyinin “Səməd Behrəngi” adına mükafatına layiq görülüb.
2024-cü ildə türkolojidəki xidmətlərinə görə TÜRKSOY tərəfindən Vamberi medalı ilə təltif olunub..
2024-cü ildə Azərbaycan Yaradıcılıq Fondunun “Ədəbiyyat adamı” mükafatına layiq görülüb.
Yaradıcılığı
redaktəYaradıcılığa 1980-ci illərin əvvəllərində başlayıb. İlk yazıları "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunmuşdur. 40-dan artiq kitabı nəşr olunub. Əli bəy Hüseynzadə və Hüseyn Cavid irsinin tədqiqatçısı kimi tanınan Azər Turan, əsasən, türk düşüncə tarixini, türk ədəbiyyatında modernizm cərəyanı və onun təzahür şəkillərini tədqiq edir. Mahmud Kaşqarlı, Əhməd Yəsəvi, İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Cəmaləddin Əfqani, Yusif Akçura, Mehmet Akif Ərsoy, Hüseyn Cavid, Yahya Kamal Bayatlı, Fuad Köprülü, Nihal Atsız, Rıza Nur, Zəki Vəlidi Toğan, Bəkir Çobanzadə, Cənab Şəhabəddin, Əhməd Haşim, Nəcib Fazil Kısakürək, Nazim Hikmət, Orxan Vəli, Edip Cansevər, Cahit Sıtkı Tarancı, Cemal Süreya, Çingiz Dağcı, Çingiz Aytmatov və b. barədə silsilə yazıları Azərbaycanda və xarici ölkələrdə dərc olunub.
İstanbulda, Ankarada, Moskvada, Tbilisidə, Bakıda, Almatıda, Daşkənddə keçirilən elmi konfranslarda məruzələrlə çıxış edib.
1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Filmoqrafiya
redaktəƏlif Lam Ra. (rejissor Tariyel Vəliyev, 1992. Az TV) (ssenari müəllifi), Səma şairi (film, 2003) (ssenari müəllifi), İşığımız sönməyəcək (film, 2003) Ömər Faiq Nemanzadə barədə (ssenari müəllifi), Birinci Türkoloji Qurultay (ssenari müəllifi. film, 2006), Kürün mənsəbində soyqırım. 1918-ci il hadisələri barədə (ssenari müəllifi. film, 2008), Cavid ömrü (film, 2007) (məsləhətçilərindən biri)
Kitabları
redaktə"Ölüm süvarisi" (1994), "Behişt zəvvarı" (1995), "Qafqaz İslam Ordusu Salyanda" (1999), "Hüsni-xuda şairi Hüseyn Cavid" (1999), "Əbədi Turan" (2002), "Dahi və dünya" (Nobel mükafatı laureatı Əbdüssalam barədə) 2002, "İrfan çobanı" (2003), "Qafqaz İslam Ordusu Muğanda" (2004), "Cavid əfəndi" (2004), "Turan Cavidin son söhbəti, son yaşantıları, son günü" (2005), "Tahir Rasizadə" (2005), "Hüseyn Cavid" (2007), "Əzəl-axır dünya türkün dünyası" (2007), "1918-ci ilin 31 günü" (2008), "Əli bəy Huseynzadə". Moskva, (2008) [1], "Али бек Гусейнзаде" Москва (2008), "Məkkədən Mədinəyə" (1997), " Ezel-Ahır Dünya Türkün dünyası" Ankara (Türkiye türkcesi Nizameddin Onk- 2009), "Xalid Səid Xocayev — şəhid türkşünas" (2009), "Yorğun şəhərin yuxusu" (Azərbaycan, rus və ingilis dillərində) İstanbul (2007), "Əli bəy Hüseynzadə Turan" (2009). (Q. Paşayeva ilə həmmüəllif), "Cavidnamə" (2010), "Darülmöminin" (2012), "Ali bey Hüseyinzade Turan" İstanbul, 2012, "Əli bəy Hüseynzadə". Həyatı, mübarizəsi, yaradıcılığı, şəcərəsi. 2014, "XX əsr — Fəryadın metafizikası". 2017
Ərtoğrol Cavidin bütün əsərlərini ("Yazıları, rəsmləri, bəstələri, məktubları" (Bakı, 2005), Mişkinaz Cavidin "Cavid haqqında xatirimdə qalanlar" (Bakı, 2005), Əli bəy Hüseynzadənin bütün şeirləri — "Əbədi gözəlliklər" (2007), "Seçilmiş əsərləri" ("Şərq-Qərb" 2007), Hüseyn Cavidin bütün əsərlərini əhatə edən ilk Türkiyə nəşrini (Hüseyin Cavid. Eserleri, İstanbul, Küsena Yayınları, 2013), Təkəzadə M. Səidin "Zurubi-əmsal Türkiyyə yaxud Atalar sözü" (2005), Əli bəy Hüseynzadə barədə müasirlərinin yazdığı məqalələrdən ibarət "Milli məfkurənin atası" (2014) kitablarını da Azər Turan hazırlamış, həmin kitablara ön söz yazmışdır.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Azər Turan "Ədəbiyyat qəzeti"nin baş redaktoru təyin edilib". 2016-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-31.
- ↑ "Tarixin bu günü və ya bu günün tarixi". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-01.