Azerbaycanin Herb Tarixi - Wikipedia
Azərbaycan tarixi
redaktəAzərbaycan hərb sənətinin tarixi çox qədimdir. Albaniya dövlətini idarə edən Mehranilər sülaləsinin nümayəndəsi Cavanşir həm də sərkərdəlik bacarığı ilə seçilirdi. 816–837-ci illər arasında məşhur sərkərdəmiz Babək ərəb işğalçılarının 6 ordusunu darmadağın etmişdi. Bu qələbələr bir sərkərdə kimi məhz onun həyata keçirdiyi strategiya nəticəsində əldə olunmuşdu. Erkən orta əsrlərdə Şəmsəddin Eldəniz, onun oğlu Məhəmməd Cahan Pəhləvan, Qara Yusif, Uzun Həsən kimi hökmdar və sərkərdələrimiz də qələbə çaldıqları döyüşləri həyata keçirdikləri xüsusi taktikalar vasitəsilə əldə etmişdilər. Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai 14 il ərzində az qüvvə ilə 14 vilayəti özünə tabe etməyə nail olmuşdu.
Qədim və mürəkkəb, keşməkeşli tarixə malik Azərbaycan xalqı əsrlər, minilliklər boyu öz azadlığı və dövlətçiliyi uğrunda mübarizə aparmışdır. Zəngin təbii sərvətləri, əlverişli və strateji coğrafi-siyasi mövqeyinə görə Azərbaycan dəfələrlə yadelli qəsbkarların hərbi təcavüzünə məruz qalmışdır. Azərbaycan xalqının vətənin müdafiəsi uğrunda hərbi qəhrəmanlığının qədim və zəngin tarixi vardır. Bu kimi mərd sərkərdə və dövlət başçılarının şanlı ömür və fəaliyyət yolu xalqın vətən sevgisini, azadlıq və dövlətçilik hissini daha da gücləndirmış, onu həyatın ən vacib məqsədinə çevirmişdir. Onların yaratdığı dəyərli ənənələr yüzilliklər boyu, o cümlədən ötən əsr ərzində uğurla davam etdirilmişdir. XIX–XX əsrlərdə baş verən bir sıra müharibə və münaqişələrdə iştirak edərkən ayrı-ayrı Azərbaycan hərbçiləri müəyyən taktika və özünəməxsus hərbi strategiyaları ilə fərqlənmişlər. Bakıda Bakıxanovlar, Lənkəranda Talışinskilər (Talışxanovlar), Qazaxda Şıxlinskilər və Vəkilovlar, Qarabağda Cavanşirlər, Naxçıvanda Kəngərlilər, Gəncədə Cavadxanlar və digər bölgələrdə yaşayan nəsillər içərisindən çıxmış generallar Azərbaycan xalqının şan-şöhrətini bütün dünyaya yaymışlar.
Tarixi liderlərimiz
redaktəTarixi liderlər tarixi proseslərə təsir göstərə biləcək gücdə olan, cəmiyyətdə baş verən hər hansı hadisədə uğur qazanmaq üçün kütləni öz ardınca apara biləcək şəxslərdir. Hər bir ölkə dünya tarixindəki önəmli yerinə görə öz tarixi liderlərinə borcludur. Ta qədimdən yüksək dövlətçilik mədəniyyətinə malik olan Azərbaycanda da zaman-zaman vətən tarixinə adını əbədi həkk etdirən liderlər yetişib.
Cavanşir (hakimiyyət illəri: 642–681)
redaktəCavanşir Albaniyada hakimiyyətdə olan Mehranilər sülaləsinin ən qüdrətli hökmdarlarından biri olmuşdur. O, Sasanilərlə birlikdə ərəblərə qarşı 636-cı ildə baş vermiş Kadisiyə döyüşündə öz sərkərdəlik məharətini göstərmiş və ona Sasani hökmdarı tərəfindən bir çox dəyərli hədiyyələr verilmişdir. 651 ci ildə Sasanilər dövləti ərəblər tərəfindən süqutq uğradıldığı bir dövrdə Albaniya ərazisinə qərbdən Bizans, şimaldan xəzərlər soxulmağa can atmış, cənubdan isə ərəblər yürüş etmişlər. Belə bir zamanda Cavanşirin tarixi lider və siyasi xadim olaraq xilafət, Bizans və Sasanilər arasında etdiyi siyasi manevr ölkənin müstəqilliyini onun ölümündən sonra da 20 ildən çox bir müddət yaşamasına imkan yaratdı.
Babək (ərəb əsarətinə qarşı azadlıq mübarizəsinin başçısı: 816–838)
redaktəBabək Xürrəmi Azərbaycanda milli-azadlıq hərəkatının simvolu, görkəmli Azərbaycan sərkərdəsi və siyasi xadimi olmuşdur. Məhz Babəkin liderlik xüsusiyyətinin göstəricisidir ki, onun hərəkatın rəhbərliyini əlinə aldığı ilk zamanlardan Xürrəmilər hərəkatı özünün ən yüksək inkişafsəviyyəsinə çatdı. 819-cu ildə paytaxtın Xorasandan Bağdada köçməsi xürrəmilər hərəkatının yenidən çiçəklənməsindən və xilafəti xeyli qorxuya salmasından xəbər verir. Orta əsr mənbələrinin məlumatına görə, bu dövr ərzində xürrəmilər qarşı tərəfin 225500 nəfər əsgər və çoxlu sərkərdəsini məhv etmişlər. Babəkin təkcə sərkərdə kimi deyil, həm də bir siyasi xadim olaraq istedadı hərəkatın məğlub olduğu ərəfədə Bizans imperatoru ilə apardığı danışıqlarda da öz əksini tapmışdır. Bu hərəkat qüdrətli Abbasilər dövlətinin ayrı-ayrı dövlətlərə parçalanmasına səbəb olan əsas siyasi qüvvələrdən bir hesab olunur.
Şəmsəddin Eldəniz (hakimiyyət illəri: 1136–1175)
redaktəEldənizlər dövlətinin qurucusu olmuş və Qafqaz dağlarından İran körfəzinə qədər geniş bir ərazini öz hakimiyyəti altında cəmləşdirmişdir. Eldənizin tabeçiliyində olan torpaqlar Tiflis qapılarından Mekrana qədər uzanırdı. Azərbaycan, Arran, Şirvan, Cəbəl, Həmədan, Gilan, Mazandaran, İsfahan və Rey ona tabe idi. Şəmsəddin Eldəniz 2 əsrdən çox ölkəmizə ardı-arası kəsilməyən yürüşlər edən gürcü knyazlarına qarşı uğurlu mübarizə apararaq 1175-ci ildə gürcüləri məğlub etdikdən sonra qərb sərhədlərində vəziyyət sabitləşmiş, köhnə sərhədlər bərpa olunmuşdur.
Şeyx İbrahim Dərbəndi (hakimiyyət illəri: 1382–1417)
redaktəŞeyx İbrahim Məzyədilər sülaləsinin qohumu olan Dərbəndi Şirvanşahları sülaləsinin ilk nümayəndəsidir. Şeyx İbrahim görkəmli siyasi xadim olmuşdur. O, Yaxın Şərqdə Teymurun işğalçılıq müharibələri ilə bağlı ağır xarici siyasi hadisələrin baş verdiyi bir dövrdə hökmdarlıq etmişdir. Teymur Azərbaycana hücum edərkən qarşısına çıxan hər şeyi yerlə-yeksan edən işğalçı ordunun qarşısında duruş gətirməyin çətin olacağını və Şirvanın viran ediləcəyini başa düşən Şeyx İbrahim Teymura itaət göstərərək ona tabe oldu və onun rəğbətini qazanaraq Şirvanın hakimi saxlanıldı. İbrahimin müdrik siyasəti Şirvanı fəlakətdən xilas etdi, bundan əlavə də Şeyx İbrahimin apardığı uğurlu diplomatik siyasətin nəticəsidir ki sonrakı dövrlərdə Teymur məhz onun xahişi ilə Şəki hakimi Seydi Əhməd və gürcü hökmdarı Georgiyə zamin durduqdan sonra onları bağışladı. 1406-cı ildə Təbrizdə hakimiyyət daxili iğtişaşlardan istifadə edən və Teymurilərin asılılığından çıxmış Şeyx İbrahim öz qoşunları ilə Təbrizə doğru hərəkət etdi və əraziləri bir dövlətədə birləşdirmək məqsədilə Cənubi Azərbaycanı ilhaq etməyə can atdı. O, müəyyən mənada buna nail olaraq kiçik bir zaman kəsiyində də olsa da istəyinə çatdı.
Uzun Həsən (hakimiyyət illəri: 1468–1478)
redaktə1468-ci ildə Ağqoyunlu dövlətinin əsasını qoymuşdur. Uzun Həsənin tolerantlığı — başqa məzhəbə və dinlərə etiqad edən əhaliyə qayğısı bu nəhəng və çoxtayfalı ölkədə sabitləşdirici rol oynamışdır. Uzun Həsən Osmanlı imperiyası, Venesiya Respublikası, Böyük Moskva Knyazlığı, Qızıl Orda, Polşa, Avstriya, Macarıstan, Çexiya, Almaniya, Papalıq, Burqundiya, Neopolitan Krallığı, Rodos, Kipr, Qaraman bəyliyi, Misir, Hindistan və başqa dövlətlərlə diplomatik münasibətlər saxlamışdır.
Uzun Həsən ordunu təkmilləşdirmək və nizami ordu yaratmaq məqsədilə Avropadan mütəxəssislər də çağırmışdır. Venesiya və başqa ölkələrdən gəlmiş mütəxəssislər odlu silah istehsal etmək üçün Uzun Həsənə köməklik göstərmişlər. Bununla da ölkədə top istehsalına başlanılmış, topçu kadrlar hazırlanmasının əsası qoyulmuşdur.
Şah İsmayıl Xətai (hakimiyyət illəri: 1501–1524)
redaktə1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan edərək paytaxtı Təbriz olan Səfəvilər dövlətinin əsasını qoymuşdur. Onun dövründə Azərbaycan türkcəsi ana dili kimi qəbul edilmiş və əsas yazışmalar rəsmi səviyyədə bu dildə aparılmışdır. Bütün əraziləri özündə birləşdirərək böyük bir dövlət yaratmağa hələ hakimiyyətinin ilk illərində nail olan Şah İsmayıl İran, İraq, Şərqi Anadolunu və Gürcüstanı özünə tabe etdirərək Səfəvilər dövlətini Yaxın Şərqdə qüdrətli dövlətə çevirmiş, onun ərazisini 2 milyon 800 min kvadrat kilometrə çatdırdı.
Şah I Abbas (hakimiyyət illəri: 1587–1629)
redaktəŞah I Abbasın hakimiyyətə gəldiyi zamanlar Azərbaycan, demək olar ki, bütünlüklə (Hazırkı cənub bölgəsi və Ərdəbil istisna olmaqla) Osmanlının nəzarətinə keçmişdi. Şah I Abbas sülh bağladıqdan sonra keçirdiyi islahatlarla tarixi liderlik statusu qazandı. Qeyri türklər, əsasən də farslar üzərində hakimiyyəti möhkəmləndirmək üçün paytaxtı 1598-ci ildə onların sıx yaşadığı İsfahan köçürdü. Ordunu yenidən təşkil etdi. Belə ki orduda qızılbaşlarla yanaşı tüfəngçi, topçu və qulamlar adlanan birliklər yaratdı. Böyük tikinti işləri apardı, bəzi şəhərləri vergidən azad etdi. 1612-ci il Sərab və 1618-ci il Mərənd sülh müqavilələri ilə yenidən Səfəvilər dövlətinin əvvəlki sərhədlərini bərpa etməyə nail oldu və Portuqaliyalıları 1620-ci ildə Hörmüzdən çıxarmaqla müstəqilliyə olan zərbələri birdəfəlik dəf etdi. Bununla da Səfəvilərin süqutunun qarşısını aldı və yenidən inkişafına rəvac verdi.
Nadir şah Əfşar (hakimiyyət illəri: 1736–1747)
redaktəNadir şah hаkimiyyətə gəlməsi ilə ölkə dаxilində türk tаyfаlаrının bir dövlət hаlındа birləşməsinə nаil оlmuş, yaranmış məzhəb ayrılığının qarşısının alınmasında müstəsna xidmətlər göstərmiş, hərbi sаhəni yеniləşdirmiş və möhkəmləndirmişdir. Nadir Şah, 1736-cı ildə hakimiyyətə gələn kimi Qəndəhаr və Pişəvаrı kеçib, Аttоk və Cəlum çаylаrını аdlаyıb 1738-ci ildə Lаhоru fəth etmişdir. O, 1739-cu ildə Dеhlini də öz hakimiyyəti altına almış və bеləliklə, İraqdаn, Dəmirqapı Dərbənddən Kəşmir və Dеhliyədək geniş bir əraziyə sahib olmuşdur. Nadir Şah sаysız vаrdаn, kаrvаnlа yüklənmiş dаş-qаşdаn bаşqа 3 milyаrd hind gümüş rupisi ilə gеri qаyıtmışdır. Osmanlı və Rusiya ilə müqavilələr imzalayaraq ölkədə sabitliyi qısa bir müddətə də olsa bərpa edə bilmişdir.
Fətəli xan Əfşar (hakimiyyət illəri: 1747–1763)
redaktəXVIII əsrin ortalarında Urmiya xanlığının əsasını qoymuş və Azərbaycanın bütövləşməsi uğrunda öz səylərini göstərmişdir. 1759-cu ildə Qarabağ xanlığını tutmaqla Urmiya xanlığının güclənməsinə şərait yaratmışdır. Nəticədə Urmiya, Təbriz, Xoy, Qaradağ, Marağa və Sərab xanlıqları, yəni Ərdəbil və Maku xanlıqları istisna olmaqla bütün Cənubi Azərbaycan xanlıqlarını birləşdirməklə tarixi liderlik missiyasını həyata keçirmişdir. Ölkənin paytaxtı əvvəllər Urmiya, sonralar isə Tərbriz şəhəri olmuşdur. Fətəli xan İranda ali hakimiyyət uğrunda mübarizə aparan Kərim xan Zəndin üzərində qalib gəldikdən sonra hakimiyyətini Mərkəzi və Qərbi İrana da yaya bilmişdir.
Cavad xan (hakimiyyət illəri: 1786–1804)
redaktəGəncə xanlığının son hakimi olmuşdur. Hələ hakimiyyətinin ilk illərində Nadirin verdiyi Şəmşəddil mahalını geri qaytarmışdır. 1786-cı ildən Gəncəni idarə edən Cavad xan 1804-cü ilə qədər Rusiya təbbəliyini qəbul etməmiş və xanlığın azadlığı uğrunda mübarizə aparmış və yalnız yanvarın 3-dən 4-nə keçən gecə general L. Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olmuşdur.
Qubalı Fətəli xan (hakimiyyət illəri: 1758–1789)
redaktəNadir şah Əfşarın ölümündən sonra Qubalı Fətəli xan Quba, Dərbənd və Salyan xanlıqlarını birləşdirməklə Şərqi Qafqazın tarixi lideri kimi tanınmışdır. O, Şamaxı, Şəki, Bakı xanlıqlarını, Car-Balakən azad cəmiyyətini və Ərəş sultanlığını ittifaqa çağırmış, ittifaqa gəlməyən xanlıqları birləşdirmək üçün silaha əl atmağa məcbur olmuş və 1785-ci ildə Şəki xanlığını, 1787-ci ildə Şirvan xanlığını və bir az sonra Bakı xanlığını özünə tabe etmişdir. Otuz illik silahlı mübarizədən sonra Fətəli xan Azərbaycanın əsas xanlıqlarını birləşdirməyə nail oldu.
Azərbaycan Xalq Cümhuriyyəti yaranması
redaktə1917-ci ilin noyabrında Zaqafqaziya komissarlığı Zaqafqaziyanın respublikalarında milli hərbi korpuslarının yaradılması haqqında qərar qəbul etdi. Azərbaycan korpusunu təşkil etmək general Əliağa Şıxlinskiyə tapşırılmışdı.
1918-ci ildə isə Çar Rusiyasının süqutundan sonra Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq, Cümhuriyyət dövründə müstəqil dövlətin bütün atributları, o cümlədən milli ordu formalaşdırıldı. Həm ermənilərin, həm də bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan ADR hökuməti 1918-ci il iyunun 19-da gərgin vəziyyəti nəzərə alaraq bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olundu və Azərbaycanda milli ordunun təməli qoyuldu. 1918–1920-ci illərdə görkəmli generallarımız Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digər peşəkar hərbçilərimizin rəhbərliyi ilə Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərbi hazırlığa və intizama malik milli ordu hissələri formalaşdırıldı. Qeyd olunduğu kimi, 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də isə AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edildilər. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. O zaman Azərbaycan ordusunun İbrahim ağa Vəkilov, Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov, Qalib bəy Vəkilov kimi istedadlı generalları var idi.
Rusiyada Oktyabr çevrilişi və Azərbaycan
redaktə1917-ci il oktyabrın 27-də Bakı fəhlə və əsgər deputatları sovetinin fövqəladə geniş yığıncağı keçirildi. Yığıncaqda 166 səsə qarşı 246 səslə eser, menşevik və daşnak bloku üstünlük qazandı. 3 siyasi partiya (eserlər, menşeviklər və daşnaklar) adından Sovet bəyan etdi ki, inqilabın müdafiəsi Petroqradda başlanmış üsyanın qansız və dinc yolla ləğv olunmasını tələb edir, ölkədə bütün hakimiyyöt Müəssislər Məclisinə verilməli, o vaxta qədər mövcud hakimiyyətin kifayət qədər inqilabi gücü olmazsa bütün hakimiyyət demokratiya daxilində koalisiyaya verilməlidir.43 Beləliklə, xırda burjua partiyaları günün yeni şüarını — "demokratiya daxilində koalisiya" şüarını irəli sürdülər. Koalisiya bolşeviklərin də iştirakını nəzərdə tuturdu. Xırda burjua partiyalarının müsəlman demokratiyasına mənfi münasibəti yenə də özünü göstərdi. Sovetinə oktyabr seçkilərində "Müsavat"ın xeyli uğur qazanmasına baxmayaraq xırda burjua partiyaları müsəlman demokratiyasını real siyasi qüvvə kimi inkar edirdilər. Bu şəraitdə münaqişənin aradan qaldırılmasına çalışan müsavatçılar bolşevikləri müdafiə etdilər. Müsavatçılar münaqişəyə demokratik partiyalar üçün son dərəcə zororli bir hal kimi baxırdılar. Özlərinin hakimiyyət strukturlarında iştirakını artırmaq məqsədilə müsavatçılar bir neçə təklif və bəyanatlar təqdim etdilər. Bu təklifi miizakirə edən "Müsavat" 1917-ci il noyabrın 7-də aşağıdakı qətnaməni qəbul etdi: "Yerli demokratiya daxilində yaranmış münaqişənin bolşevikləri inqilabi, demokratiyanın qalan hissəsindən təcrid etm ək yolu ilə həllini bütün demokratiyanın ümumi məqsədləri üçün son dərəcə zərərli hesab edirik, çünki inqilabm sol qanadının zəifləməsi, eyni zamanda əksinqilabın sağ qanadının güclənməsi deməkdir."48 Buna görə də "Müsavat" özünün iki rəsmi nümayondəsinin daxil olduğu İcraiyyə Komitəsində bolşeviklərlə bir yerdə işləyirdi.
1917-ci il dekabrın 12–13-də bolşeviklər və müsavatçılar arasında münasibətlərin gərginləşdirilməsi şəraitində dəyişdirilmiş seçki qaydası əsasında Bakı Sovetində seçkilər keçirildi. Nəticələr müsavatçılar üçün heç də ümidverici deyildir. Bolşcviklərin 51 səsinə qarşı müsavatçılar 21 sos aldıiar. 41 səs almış daşnaklar, 38 səs almış sol eserlər və 28 səs almış sağ eserlər də müsavatçılardan irəlidə idilər. Cəmi 11 səs alan menşeviklər m üsavatçılardan geridə qaldılar.54 Seçki ılə əlaqədar Sovetin 1917-ci il 31 dekabr tarixli iclasında çıxış edən M .Rəsulzadə bəyan etdi ki, "Sovet demokratik əsaslarla seçilmədiyinə və kəndlilər burada təmsii olunmadığına görə, partiva, hakimiyyəti indiki Sovetə verməkdən imtina edir." Beləliklə, 1917–1918-ci illərin qışı bütövlükdə Cənubi Qafqazdakı hadisələrin gedişində, o cümlədən siyasi partiyaların horokotində əks olunan rəngarəng siyasi hadisələrlə xarakterizə olunur. Bu dövrdə diyarı siyasi baxımdan iki hissəyə — Cənubi Qafqazda Rusiya bolşcvizminin dayağına çevrilon Bakı və qalan bütün Cənubi Qafqaza bölmək olardı. Aydın olurdu ki, hakimiyyəti ələ keçirən bolşeviklər Azərbaycana muxtariyyət verilməsi üçün islahatlar keçirmək fikrində deyildirlər. Bunun əvozindo onlar bütün inqilabi-demokratik qüvvələrin Xalq Komissarları Soveti ətrafında birləşməsi haqqında mosəloyo təkrar-təkrar qayıdırdılar. 1917-ci il noyabrın 26-da bütün Cənubi Qafqazda olduğu kimi Azərbaycanda da Müəssislər Məclisinə seçkilər keçirildi. Zaqafqaziya dairəsi üzrə seçkilərdə 15 partiya iştirak etdi, bunların içərisində seçkilərin 73 faizdən çox səsini toplamış menşeviklər, müsavatçılar və daşnaklar üstünlük təşkil edirdilər. Bütövlükdə Zaqafqaziya dairəsi üzrə bolşeviklərə cəmi 4,4 faiz səs verdilər. Bakıda onlara əhalinin 20 faizi və qarnizon əsgərlərinin 70 faizdən çoxu səs verdi. Eserlərə seçicilərin 16,9 faizi, menşeviklərə isə cəmi 5,1 faizi səs verdi. Rəqəmlərdən belə nəticəyə gəlmək olar ki, seçkilərin nəticələri əhalinin əhval-ruhiyyəsinə uyğun idi. Bütün Cənubi Qafqaz ilə müqayisədə bolşeviklərin Bakıda aşkar qələbəsi fonunda "Müsavat" və "Daşnaksütyun" partiyaları daha əlverişli mövqe tuturdular.
Azərbaycan xalqının soyqırımı. Zaqafqaziya Respublikasının dağılması
redaktəAzərbaycanda milli hərəkatm genişlənməsi, milli azadlıq partiyası olan "Müsavat"ın nüfuzunun artması, "Böyük Ermənistan" yolunda ciddi maneəyə çevriləbilərdi. Mart qırğınını törətməklə, daşnaklar, "Müsavat" sosial bazasını, yəni şəhərin müsəlman əhalisini məhv etməyi planlaşdırmışdılar. Bu məqsədlə təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilmişdi. Bundan əlavə, "Qırmızı qvardiya" adı ilə yaradılan 10–12 minlik ordunun da 70 faizi ermənilər idi. Əsasən ruslardan ibarət olan Xəzər donanması içərisində xüsusi təbliğat işi aparılmışdı. Bunlardan əlavə, Şamaxı və Muğanda ehtiyat rus-molokan silahlı dəstələri də yaradılmışdı. Müdafiə Komitəsində M.Rəsulzadənin keçirdiyi görüşdə müəyyən razılıqlar əldə edilsə də, silahları qaytarmağa söz verilsə də erməni-bolşevik koalisiyası buna əməl etm ədi, çünki "Hümmətə" o qədər də etibar etmirdilər, onlar N.Nərimanovun çoxluğu öz ətrafın da birləşib "sağa meyl etməsindən" narazı idilər. Beləliklə, əvvəlcədən sövdələşmə əsasında bolşevik-erməni koalisiyası, S.Şaumyann dediyi kimi, həlledici döyüşlərə "hər cür hazırhq görmüşdü və dərhal bütün cəbhə boyu hücuma başladı. "Martın 30-da axşam saat 5 00-da Bakıda ilk atəşlər açıldı. Mart qırğını başlanana qədər aldadıcı şəkildə özlərinin bitərəfliyini elan etmiş "Daşnaksütyun" və Erməni Milli Şurası ilk atəşdən sonra Bakı Sovetini müdafiə etdilər. Nəinki silahlı erməni əsgərləri, habelə Bakıdakı erməni ziyalıları da Sovet tərəfindən döyüşlərdə iştirak edirdilər. Bu hadisə ilə bağlı M.Rəsulzadə yazır: "Milli türk təşkilatının əzmkar müdaxiləsi ilə hadisə az bir zərərlə yatışdırılmaq üzrə ikən sayğısız bir taqım cəhlənin qərəzkar müftənlərə alət olması ilə fitnə təkrar olunmuş, zatən günlərdən bəri qətala hazırlanmış bulunan bolşevik erməni qüvveyi-müsəlləhəsi müharibə bir vəziyyət olaraq şəhərin müşəlman məhəlləsini bombardman etm əyə başlamışdır. "Tarixə qanlı faciə kimi daxil olan mart qətlləri üç gün davam etdi. Beləliklə, üç günün (18–21 mart) 30 mart — 1 aprel qətl və qarətlərindən sonra Fövqəladə istintaq Komissiyasının ümumiləşdirdiyi hesabatına görə Bakıda əksin qilabçı adı ilə 12 min türk-müsəlman əhalisi qətlə yetirildi. Mart soyqırımından bir ii sonra erm ənilər bu hadisəni bolşeviklərlə müsəlmanlar arasında baş vermiş hakimiyyət mübarizəsi kimi təqdim etməyə başladılar. 1919-cu ilin payızında Bakıya gəlmiş ABŞ missiyasının başçısı general Harboıda təqdim etdiyi sənəddə Bakıdakı erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar edirdi. S.Şaumyandan da irəli gedərək o, Bakıda həmin hadisələr vaxtı 1000 nəfərin — 300 nəfər erməni və rus, 700 nəfər müsəlmanın öldürüldüyünü iddia edirdi."
Məlum olduğu kimi, türk-müsəlman soyqırımı təkcə Bakı ilə məhdudlaşmadı. Aprel ayının ilk günlərindən etibarən Bakıda törədilmiş cinayətlər eyni ilə Bakıya yaxın olan Şamaxıda, Quba-Xaçmazda, Lənkəranda, Hacıqabul və Salyanda törədildi. Lakin 1918-ci ilin maymda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçiliyin bərpası, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması yadelli düşmənlərin bu planlarını pozdu. Bakı hadisələri ilə əlaqədar olaraq, müsəlman fraksiyası Zaqafqaziya Seymindən Bakıya müsəlman əhalisini müdafiə etmək üçün qoşun göndərməyi tələb etdi. 1918-ci il aprelin 3-də Zaqafqaziya Seyminin Bakı hadisələrinə həsr olunmuş iclasmda Fətəlixan Xoyski bildirdi ki, "Müsəlman əhalisini müdafiə etmək üçün tədbirlər görülməsə, müsəlman nazirlər hökumətin tərkibindən çıxacaqlar".
İkinci Dünya müharibəsi
redaktə1939–1945-ci illərdə İkinci Dünya müharibəsinin gedişi, nəticələri həqiqəti bir daha təsdiqlədi. Azərbaycan xalqı öz zəngin hərbi-tarixi ənənələrinə sadiq qalaraq bu müharibədə də əsl şücaət göstərdi. Həmin dövrdə Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi. İkinci Dünya müharibəsi cəbhələrində general Həzi Aslanov, Mehdi Hüseynzadə, Müseyib Allahverdiyev, Məstan Əliyev, Ziya Bünyadov, İsrafil Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov, Yusif Sadıxov, Tahir İsayev, Mərdan Musayev və başqa qəhrəman övladları şücaət və mərdlik göstərmişdirlər. Onların qəhrəmanlığı sayəsində Azərbaycanın şanlı hərb tarixi ənənələri XX əsrdə də uğurla davam etdirildi.
Müharibədən sonrakı dövrdən 1969-cu ilədək Azərbaycanda hərbi kadr hazırlığına İttifaq rəhbərliyi yenə də qısqanc münasibət bəsləyirdi.Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına da nail olmuşdu. Beləliklə, Heydər Əliyev Azərbaycanın müstəqillik əldə etməsindən 20 il öncə milli hərbi kadr hazırlığı üçün zəruri bazanın təşkilini həyata keçirdi. Həqiqətən də bu hərbi məktəb sonra milli ordu quruculuğunun əsas dayağına çevrildi.
Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrlərdə ordu quruculuğu, milli zabit kadrlarının hazırlığı məsələləri daim önə çəkildi. Heydər Əliyev 1971-ci ildə böyük səylər nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. O dövrdə Azərbaycan hər il təxminən 60 min gənci ordu sıralarına göndərirdi. Lakin onların böyük əksəriyyəti inşaat batalyonlarına düşürdü. Hərbi hissələrdə azərbaycanlı zabitləri barmaqla saymaq olardı. Odur ki, Bakıda belə bir hərbi məktəbin açılmasının böyük əhəmiyyəti var idi. Bakıda hərbi lisey və paytaxt küçələrindən biri Cəmşid Naxçıvanskinin adını daşıyır, onun vətəni Naxçıvanda xatirə muzeyi fəaliyyət göstərir.
Azərbaycan ordusu
redaktəAzərbaycan Respublikası Hərbi İdarəsinin 1919-cu il sentyabr ayının 21-də verdiyi digər bir əmrdə isə deyilirdi: "Azərbaycan hökumətinin 1918-ci il iyunun 27-də Dövlət dili haqqında qəbul etdiyi qərara əsasən ölkə ərazisində, o cümlədən hərbi hissələrdə yazışmalarda türk dilindən istifadə edilsin. Bu məqsədlə mərkəzi Bakı şəhərində yerləşən Baş qərargahda zabitlərin türk dilini öyrənməsi məqsədilə iki mərhələli axşam kursları açılıb. Birinci mərhələ türk dilini tamamilə bilməyən hərbçilər üçün nəzərdə tutulub. İkinci mərhələdə isə türk dilini şifahi şəkildə bilənlər, ancaq onun yazılı qanun-qaydalarından, türk ədəbiyyatından və türk tarixindən xəbərdar olmayanlar savadlarını artırmalıdırlar… Hərbi nazir arzu edir ki, türk dilini bilməyən, ancaq Azərbaycan ordusunda hərbi xidmət etmək arzusunda olan bütün hərbçilər türk dilini və qrammatikasını öyrənmək məqsədilə təşkil edilən kurslarda bu dili öyrənsinlər. Belə kurslar hərbi hissələrin yerləşdikləri bütün ərazilərdə, hərbi müəssisələrdə və qarnizonlarda təşkil edilməlidir." Həmin dövrdə orduda nizam-intizamın təmini, ordunun döyüş qabiliyyətinin artırılması daim diqqət mərkəzində olduğu üçün bu məsələlərə dönə-dönə qayıdılırdı.
Azərbaycan ordusunun formalaşmasında və təşkilində, onun döyüş qabiliyyətinin artırılmasında qardaş Türkiyədən gələn zabitlər mühüm rol oynadılar. Onların çoxu Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçdilər. Yeni yaranan Azərbaycan ordusu Qarabağın dağlıq hissəsində erməni qiyamının yatırılmasında tarixi bir vəzifəni həyata keçirdi. Bolşevik Rusiyasının əli ilə milli ordunun zabitlərinə divan tutuldu, 20 min nəfərdən yuxarı zabit və generallar məhkəməsiz güllələndi. Azərbaycan Respublikasının Sovet Sosialist Respublikası İttifaqı (SSRİ) tərkibində olduğu 1923-cü il yanvarın 1-dən sonrakı ilk 17 ildə (yəni Böyük Vətən müharibəsinin başlanmasına qədərki dövrdə) Respublika vətəndaşları Sovet Ordusu tərkibində ümumi əsgəri mükəlləfiyyətə cəlb edilməklə yanaşı,Azərbaycanda bir milli atıcı diviziya da var idi. Həmin dağ-atıcı diviziyası 1920-ci ilin 30 oktyabrında təşkil edilmişdi və 1938-ci ilə qədər mövcud olmuşdur. 1924–1930-cu illərdə diviziyanın komandiri Cəmşid Naxçıvanski (1895–1938) olmuşdur. Sovet Ordusunun təşkili ərazi sistemindən sırf kadr sisteminə keçirildikdə (1938) həmin diviziya 77-ci diviziya adı ilə Zaqafqaziya hərbi dairəsi (1935-ci ildə yaradılmışdır) ordusu tərkibinə daxil edilmişdi.
1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini əldə etdi. Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi (MN), oktyabrın 9-da isə Azərbaycan Silahlı Qüvvələrinin (ASQ) yaradılması barədə qərar qəbul edildi. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə oktyabrın 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildi. Lakin 22 may 1998-ci il tarixli prezident fərmanı ilə həmin fərman qüvvədən düşürülərək 26 iyun tarixi "Silahlı Qüvvələr günü" elan edilmişdir. Hal-hazırda Azərbaycan Ordusu Azərbaycan dövlətçiliyini, ərazi bütövlüyünü qorumağa qadir olan və regionda ən böyük ordudur.
Azərbaycan milli-tarixi faciələri
redaktə- 1803–1813 və 1826–1828-ci illərdə Qacarlar dövləti ilə Rusiya arasında baş vermiş döyüşlərdə Azərbaycan iki hissəyə bölündü. 1813-cü il oktyabrın 13-də bağlanmış Gülüstan müqaviləsinə əsasən İrəvan və Naxçıvan xanlıqlarından başqa şimalda olan Azərbaycan ərazisindəki Gəncə, Qarabağ, Şəki, Lənkəran, Şamaxı, Quba, Dərbənd xanlıqları Rusiyanın tərkibinə qatıldı. 1828-ci il fevralın 10-da bağlanmış Türkmənçay müqaviləsinə görə isə İrəvan və Naxçıvan xanlıqları da Rusiyanın tərkibinə ilhaq edildi. Beləliklə, Azərbaycan torpaqları bölüşdürüldü.
- 1918-ci il martın 30-dan aprelin 2-dək ermənilər Bakı Sovetinin köməyi ilə Bakıda azərbaycanlılara qarşı soyqırım həyata keçirdilər. 3 gün davam edən qanlı qırğında 12 mindən çox müsəlman öldürüldü.
- 1918-ci ilin aprelindən sentyabrınadək ermənilər bolşeviklərin köməyi ilə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Göyçay, Kürdəmir, Hacıqabul və Salyanda azərbaycanlılara qarşı soyqırımı həyata keçirdilər. Bu soyqırımın nəticəsində Şamaxı qəzasında 58 kənd dağıdıldı, 7 minə qədər adam öldürüldü, Quba qəzasında 122 kənd dağıdıldı, yüzlərlə dinc sakin məhv edildi.
- 1918-ci ilin yayında Andranikin başçılığı ilə erməni qüvvələri Naxçıvan və Zəngəzur bölgələrində dinc Azərbaycan əhalisinə qarşı soyqırıma başladı. Daşnaklar 1918-ci ilin axırlarında Zəngəzurda 115, Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında 21, İrəvan quberniyasında 60-dan çox Azərbaycan kəndini məhv etdilər. 100 mindən çox əhali öz yurdundan qovuldu.
- 1920-ci il aprelin 28-də Azərbaycan Demokratik Respublikası Sovet Rusiyası tərəfindən işğal olundu. 23 ay fəaliyyət göstərmiş bu dövlət 1991-ci ilə qədər SSRİ-nin tərkibində qalmışdı.
- 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar verdi. 1948–1953-cü illər ərzində 100 mindən çox azərbaycanlı öz ata-baba yurdundan kütləvi surətdə köçürüldü.
- 1990-cı il yanvarın 20-də Sovet Ordu hissələri Bakıda və respublikanın digər məntəqələrində dinc əhaliyə qarşı soyqırımı həyata keçirdi. Rəsmi məlumata görə, Sovet Ordusunun hücumu zamanı Bakıda və respublikanın digər yaşayış məntəqələrində131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 4 nəfər itkin düşmüş, xeyli adam həbs olunmuşdu.
- 1992-ci il fevralın 26-da Xocalı soyqırımı baş verdi. Rus ordusunun köməyi ilə ermənilər Xocalıda 244 nəfəri qətlə yetirdi, 200 nəfərdən çox itkin düşdü, donaraq ölənlərin sayı isə 700 nəfərdən artıq oldu.
Azərbaycanda hərbi rütbələr
redaktəHər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun qulluq vəziyyətindən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir. Azərbaycanda ali zabit hərbi rütbələri ali zabit vəzifələrində çalışan hərbi qulluqçulara müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Hərbi qulluqçulara və hərbi vəzifəlilərə digər hərbi rütbələrin verilməsi bir qayda olaraq, növbəlik qaydasında "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməsinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin tələblərinə uyğun olaraq həyata keçirilir Qoşun növləri və xüsusi qoşun generallarının hərbi rütbələrinə mənsub olduqları qoşunların adları əlavə edilir. Tibb xidməti, ədliyyə zabitlərinin və generallarının hərbi rütbələrinə mənsub olduqları xidmətlərin adları əlavə edilir.
İstər XIX, istərsə də XX əsrdə baş verən bir sıra münaqişələrdə iştirak edərkən ayrı-ayrı Azərbaycan hərbçiləri müəyyən taktika və özünəməxsus hərbi strategiyaları ilə fərqləniblər. Bakıda Bakıxanovlar, Qazaxda Şıxlinskilər və Vəkilovlar, Qarabağda Cavanşirlər, Naxçıvanda Kəngərlilər, Gəncədə Cavadxanlar və digər bölgələrdə yaşayan nəsillər içərisindən çıxmış generallar Azərbaycan xalqını dünyaya tanıtmışlar.
Ədəbiyyat
redaktəAzərbaycan Cümhuriyyəti: 1918–1920 / Azərbaycan Respublikası EA A.A.Bakıxanov ad. Tarix İnstitutu; red. heyəti: F. Maqsudov, İ.Əliyev; ред. N. Ağamalıyeva. — Bakı: Elm, 1998. — 336 с.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- http://www.preslib.az/
- http://azerbaijans.com/content_652_az.html
- http://kayzen.az/blog/Az%C9%99rbaycan-tarixi/4174/ordu-adr-d%C3%B6vr%C3%BCnd%C9%99.html#cut
- http://www.azerbaijan.az/portal/Society/Army/army_01_a.html Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine
- http://nizami.libmks.az/1314-naxgdvanski-cymeid.html[ölü keçid]
- http://xatai.libmks.az/home/2141-tarixi-liderlyrimiz-haqqdnda-mylumat.html[ölü keçid]