Azerbaycanin Ordenlerinin Siyahisi - Wikipedia
Azərbaycanın ordenlərinin siyahısı — Azərbaycan Respublikasında mövcud olan ordenlərin siyahısı. Hal-hazırda Azərbaycanda 12 orden mövcuddur. Azərbaycanın ən yüksək təltifi "Heydər Əliyev" ordenidir. "Vətənə xidmətə görə" ordeni, "Rəşadət" ordeni və "Əmək" ordeni üç dərəcədən ibarətdir.
Məlumat
redaktə1992-ci il 10 noyabrda Azərbaycanın II Prezidenti Əbülfəz Elçibəy Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında 370 nömrəli Sərəncam imzaladı. Sərəncama əsasən 4 orden təsis edildi — "İstiqlal", "Şah İsmayıl", "Azərbaycan Bayrağı" və "Şöhrət" ordenləri.
1993-cü il dekabrın 6-da isə Azərbaycanın III Prezidenti Heydər Əliyev həmin ordenlərin status və təsvirlərini təsdiq etdi. Sərəncama əsasən "İstiqlal" ordeni, Azərbaycanın ən yüksək təltifi, habelə "Şah İsmayıl" ordeni Azərbaycanın ali hərbi ordeni oldu.
2003-cü il 7 noyabrda Azərbaycanın IV Prezidenti İlham Əliyev üç dərəcədən ibarət olan "Vətənə xidmətə görə" ordeninin təsis edilməsi haqqında Sərəncam imzaladı. Həmin orden, dərəcələrdən ibarət olan birinci Azərbaycan təltifi oldu.[1]
2005-ci il aprelin 22-də isə İlham Əliyevin imzaladığı Sərəncam ilə Azərbaycanın ən yüksək təltifi, "Heydər Əliyev" ordeni oldu. Azərbaycan Prezidentinə statusuna görə verilən həmin orden, təsvirinə görədə digər dörd ordenlərdən fərqləndi.
2007-ci il fevralın 16-da İlham Əliyev, daha iki orden təsis etdi — "Şərəf" və "Dostluq" ordenləri.[2] "Dostluq" ordeni daha çox, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ilə xarici ölkələr arasında dostluq, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə verilir.[2]
2016-cı il 29 noyabrda İlham Əliyevin Sərəncamı ilə daha bir orden təsis edildi — üç dərəcədən ibarət olan "Əmək" ordeni.[3]
2017-ci il 17 noyabrda İlham Əliyevin Sərəncamı ilə daha bir orden təsis edildi — üç dərəcədən ibarət olan "Rəşadət" ordeni.[4]
2020-ci il noyabrın 20-də Azərbaycan Milli Məclisinə "Vətən müharibəsində qələbə münasibətilə Azərbaycanın orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında" Azərbaycanın Qanununda əlavələrin edilməsi barədə Azərbaycanın Qanununun dəyişdirilməsi" layihəsi təqdim edilmiş[1] və birinci oxunuşda təsdiqlənmişdir.[3] Qanun layihəsinə əsasən 2 orden təsis edildi — "Zəfər" və "Qarabağ" ordenləri.[5]
Siyahı
redaktəOrden | Təsis tarixi | Statusu | |
---|---|---|---|
| |||
| |||
| |||
| |||
| |||
| |||
| |||
| |||
| |||
| |||
| |||
| |||
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 ""Vətən Müharibəsində qələbə münasibətilə" Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında". meclis.gov.az. Azərbaycan Respublikasının Milli Məclisi. 20 noyabr 2020. 20 noyabr 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020. Sitat səhvi: Xətalı
<ref>
etiketi; ":1" adı bir neçə dəfə müxtəlif məzmunla verilib - ↑ 1 2 3 4 "Azərbaycan Respublikasının "Şərəf" və "Dostluq" ordenlərinin statusunun və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 fevral 2007-ci il tarixli 248-IIQ nömrəli Sərəncamı". www.e-qanun.az. 2017-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2017.
- ↑ 1 2 3 "Milli Məclis qələbə münasibətilə orden və medalların təsis olunması layihəsini birinci oxunuşda təsdiqlədi". www.report.az ("Report" İnformasiya Agentliyi) ( (az.)). 20.11.2020. 2020-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.11.2020. Sitat səhvi: Xətalı
<ref>
etiketi; ":2" adı bir neçə dəfə müxtəlif məzmunla verilib - ↑ 1 2 "Azərbaycan Respublikasının "Rəşadət" ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2017-ci il tarixli 884-VQD nömrəli Sərəncamı". www.e-qanun.az. 2017-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2017.
- ↑ 1 2 3 ""Vətən Müharibəsində qələbə münasibətilə" Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında". meclis.gov.az. Azərbaycan Respublikasının Milli Məclisi. 20 noyabr 2020. 20 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.
- ↑ ""Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında Azərbaycan Respublikasının 22 aprel 2005-ci il tarixli, 896-IIQ nömrəli qanunu". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası). 2015-04-22. 2012-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-25.
- ↑ "Azərbaycan Respublikasının "İstiqlal" ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 6 dekabr 1993-cü il tarixli 754 nömrəli Sərəncamı". www.e-qanun.az. 2017-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2017.
- ↑ "Azərbaycan Respublikasının "Şah İsmayıl" ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 6 dekabr 1993-cü il tarixli 755 nömrəli Sərəncamı". www.e-qanun.az. 2017-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2017.
- ↑ "Azərbaycan Respublikasının "Azərbaycan Bayrağı" ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 6 dekabr 1993-cü il tarixli 756 nömrəli Sərəncamı". www.e-qanun.az. 2017-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2017.
- ↑ "Azərbaycan Respublikasının "Şöhrət" ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 6 dekabr 1993-cü il tarixli 757 nömrəli Sərəncamı". www.e-qanun.az. 2017-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2017.