Azerbaycan Mahni Muslum Maqomayev - Wikipedia
Azərbaycan — sözləri Azərbaycan şairi Nəbi Xəzriyə, musiqisi SSRİ Xalq Artisti Müslüm Maqomayevə məxsus mahnı. Mahnı iki dildə, Azərbaycan və Rus dillərində Müslüm Maqomayev tərəfindən ifa olunub.
"Azərbaycan" | |
---|---|
tərəfindən ifa olunmuş mahnı | |
Dil | azərbaycanca və rusca |
Bəstəkar | Müslüm Maqomayev |
Sözlərin müəllifi | Nəbi Xəzri |
Yazılma tarixi
redaktəMahnı 1974-cü ildə yazılıb. 1975-ci ildə Müslüm Maqomayev mahnını ilk dəfə indiki Heydər Əliyev Sarayında ifa edib. Azərbaycan SSR-in ozamankı rəhbəri Heydər Əliyev konsertin dinləyiciləri sırasında olub və mahnının sonunda Müslüm Maqomayev notların üzərinə "Sizə ithaf edirəm" sözləri yazaraq onu Heydər Əliyevə verib.[mənbə göstərin]
Sözləri
redaktəEy əziz anam Azərbaycan!
Sənə bağlıyam, Azərbaycan!
Ömrümün mənasısan, (Azərbaycan)
Qardaşlıq dünyasısan,(Azərbaycan)
Anamın anasısan, Azərbaycan!
Baharlı yurdum, Azərbaycan!
Çinarlı yurdum, Azərbaycan!
Sənsən eşqim, zəfərim (Azərbaycan)
Çağlayan Kür, Xəzərim (Azərbaycan)
Günəşli al səhərim, Azərbaycan!
Sənsən eşqim, zəfərim (Azərbaycan)
Çağlayan Kür, Xəzərim (Azərbaycan)
Günəşli al səhərim, Azərbaycan!
Ты меня зовёшь, Азербайджан!
Ты во мне поёшь, Азербайджан!
Как огни твои светлы!
Как слова твои теплы!
Ты звезда моей судьбы, Азербайджан!
Ты звезда моей судьбы, Азербайджан!
Ey, əziz anam, Azərbaycan!