Azerbaycan 2013 Islam Hemreyliyi Oyunlarinda - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Azərbaycan 2013-cü ildə Palembanqda baş tutan III İslam Həmrəyliyi Oyunlarında. 22 sentyabr-1 oktyabr tarixləri arasında Palembanqda baş tutan III İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 53 idmançı ilə 8 idman növündü təmsil olundu. Azərbaycan Palembanqdan vətənə 24 medalla (6 qızıl, 9 gümüş və 9 bürünc) qayıtdı. Qızıl medalları Azərbaycana karateçilər Rəfael Ağayev, Ayxan Mamayev, yüngül atletlər Hayle İbrahimov, Yekaterina Sarıyeva, üzgüçü Boris Kirilov, həmçinin Rəfael Ağayev, Ayxan Mamayev, Niyazi Əliyev və Şahin Atamovdan ibarət Azərbaycan karate yığması qazandırdı. Azərbaycan medal sıralanmasında 41 ölkə arasında 8-ci yeri tutdu.
Azərbaycan 2013 İslam Həmrəyliyi Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
BOK Kodu | AZE | ||||||||
MOK | Azərbaycan Milli Olimpiya Komitəsi | ||||||||
Palembanq— İndoneziya 22 sentyabr 2013 – 1 oktyabr 2013 | |||||||||
İdmançı sayı | 53 idmançı (8 idman növündə) | ||||||||
Bayraqdar | İntiqam Zairov | ||||||||
Medallar Yer: 8 |
| ||||||||
İslam Həmrəyliyi Oyunları | |||||||||
2005, |
Medalçıların siyahısı
redaktəMedal | Medalçı | İdman növü | Yarış növü | Tarix |
---|---|---|---|---|
Rəfael Ağayev | Karate | Kişilər, Kumite, -75 kq. | ||
Ayxan Mamayev | Karate | Kişilər, Kumite, -84 kq. | ||
|
Karate | Kişilər, Kumite, Komanda | ||
Hayle İbrahimov | Yüngül atletika | Kişilər, 5000 m. | ||
Yekaterina Sarıyeva | Yüngül atletika | Qadınlar, Üçtəkanla tullanma | ||
Boris Kirilov | Üzgüçülük | Kişilər, 200 m., Arxası üstə | ||
Silviya Anqelova | Ağır atletika | Qadınlar, 48 kq. | 24 sentyabr | |
Əfqan Bayramov | Ağır atletika | Kişilər, 77 kq. | 26 sentyabr | |
İntiqam Zairov | Ağır atletika | Kişilər, 94 kq. | ||
Niyazi Əliyev | Karate | Kişilər, Kumite, -67 kq. | ||
Şahin Atamov | Karate | Kişilər, Kumite, +84 kq. | ||
Günay Ağakişiyeva | Taekvondo | Qadınlar, -57 kq. | ||
Roman Vengerov Aleksey Kopnin Zaur Qəhrəmanov |
Kamandan oxatma | Kişilər, Komanda | ||
Yevgeni Lazuka | Üzgüçülük | Kişilər, 50 m., Batterflay | ||
Ruslan Pirəliyev | Uşu | Kişilər, Sanda, 65 kq. | ||
Zülfüqar Süleymanov | Ağır atletika | Kişilər, 62 kq. | 25 sentyabr | |
Namiq Cəmilov | Ağır atletika | Kişilər, 85 kq. | 26 sentyabr | |
Dimitri Marşin | Yüngül atletika | Kişilər, Çəkic atma | ||
Layes Abdullayeva | Yüngül atletika | Qadınlar, 5000 m. | ||
Mikayıl Əliyev | Taekvondo | Kişilər, -54 kq. | ||
Türkanə Tahirli | Taekvondo | Qadınlar, -46 kq. | ||
Patimat Abakarova | Taekvondo | Qadınlar, -49 kq. | ||
Yevgeni Lazuka | Üzgüçülük | Kişilər, 100 m., Batterflay | ||
Elçin Eminov | Uşu | Kişilər, Sanda, 56 kq. |
Ümumi məlumat
redaktəİdmançıların sayı
redaktəAğır atletika
redaktəAzərbaycanı İndoneziyanın Cənubi Sumatra adasının Palembanq şəhərində baş tutan III İslam Həmrəyliyi Oyunlarının ağır atletika idman növündə 9 idmançı təmsil etdi (6 kişi və 3 qadın). Ağır atletika yarışları 24-27 sentyabr tarixləri arasında "Graha Serbaguna Jaka Baring" İdman Zalında keçirildi.
Kişilər
III İslam Həmrəyliyi Oyunlarında 25 sentyabr tarixində mübarizəyə birinci olaraq 62 kq. çəki dərəcəsində mübarizə aparan Zülfüqar Süleymanov qoşuldu. Zülfüqar Süleymanov birdən qaldırma yarışlarında 120 və 123 kq. ştanqı ram etsə də, sonuncu üçüncü cəhddə 126 kq. ştanqı ram edə bilmədi və birdən qaldırma yarışlarını 123 kq. nəticə ilə 4-cü yerdə başa vurdu. Zülfüqar Süleymanov təkanla qaldırma yarışlarında birinci cəhdə 155 kq. sifariş verdi və ştanqı məharətlə ram etdi. Növbəti 2 cəhdində isə o 160 kq. sifariş versə də ştanqı qaldıra bilmədi və 155 kq. nəticə ilə 3-cü yeri tutdu. Ümumi yekunda isə Zülfüqar Süleymanov 278 kq. nəticə ilə III İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazandı.
Elə həmin gün Palembanq şəhərində mübarizəyə 69 kq. çəki dərəcəsində mübarizə aparan Sərdar Həsənov qoşuldu. Sərdar Həsənov birdən qaldırma yarışlarında birinci cəhddə 130 kq. sifariş versə də ştanqı ram edə bilmədi. Növbəti cəhdində Sərdar Həsənov 131 kq. sifariş verdi və ştanqı məharətlə ram etdi. Sonuncu üçüncü cəhdində Sərdar Həsənov 140 kq. sifariş verdi, amma ştanqı bu səfər də ram edə bilmədi və birdən qaldırma yarışlarını 6-cı yerdə başa vurdu. Daha sonra Sərdar Həsənov təkanla qaldırma yarışlarında mübarizə apardı. Birinci cəhdində 150 kq. ram edən Sərdar Həsənov, daha sonra 158 kq. ştanqı qaldırdı. Sonuncu üçüncü cəhdində 163 kq. sifariş verən Sərdar Həsənov bu çəkini qaldıra bilmədi və təkanla qaldırma yarışlarını 7-ci yerdə başa vurdu. Ümumi yekunda Sərdar Həsənov 289 kq. nəticə ilə 7-ci yeri tutdu.
III İslam Həmrəyliyi Oyunlarının növbəti günü, 26 sentyabr tarixində mübarizəyə daha üç Azərbaycan idmançısı qoşuldu. 77 kq. çəki dərəcəsində mübarizə aparan Əfqan Bayramov birinci cəhddə 136 kq., növbəti cəhddə isə 138 kq. sifariş versədə heç birinin öhdəsindən gələ bilmədi. Sonuncu həlledici üçüncü cəhddə yenə 138 kq. sifariş verən Əfqan Bayramov ştanqı məharətlə qaldırdı və birdən qaldırma yarışlarında 5-ci yeri tutdu. Təkanla qaldırma yarışlarında isə Əfqan Bayramov inamla mübarizə apardı. Əfqan Bayramov ardıcıl olaraq 175 və 182 kq. ştanqı ram etdi və medal qazanmağ şanslarını saxladı. Sonuncu üçüncü cəhdə 183 kq. ştanqı qaldıra bilməsədə, Əfqan Bayramov ümumi yekunda 320 kq. nəticə ilə III İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazandı. Bu medal Azərbaycanın ağır atletika idman növündə Palembanqda 2-ci medalı idi.
Həmin gün həmçinin mübarizəyə 85 kq. çəki dərəcəsində mübarizə aparan Namiq Cəmilov qoşuldu. Namiq Cəmilov birdən qaldırma yarışlarında 146 və 151 kq. ştanqı ram etsə də, sonuncu üçüncü cəhddə 154 kq. ştanqı ram edə bilmədi və birdən qaldırma yarışlarını 154 kq. nəticə ilə 2-ci yerdə başa vurdu. Namiq Cəmilov təkanla qaldırma yarışlarında birinci cəhdə 177 kq. sifariş verdi və ştanqı məharətlə ram etdi. Növbəti 2 cəhdində isə o 181 kq. sifariş versədə ştanqı qaldıra bilmədi və 177 kq. nəticə ilə 3-cü yeri tutdu. Ümumi yekunda isə Namiq Cəmilov 328 kq. nəticə ilə III İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazandı.
Daha sonra həmin gün mübarizəyə 94 kq. çəki dərəcəsində mübarizə aparan İntiqam Zairov qoşuldu. İntiqam Zairov birdən qaldırma yarışlarında 157 və 165 kq. ştanqı ram etsədə, sonuncu üçüncü cəhddə 168 kq. ştanqı ram edə bilmədi və birdən qaldırma yarışlarını 165 kq. nəticə ilə 2-ci yerdə başa vurdu. İntiqam Zairov təkanla qaldırma yarışlarında birinci cəhdə 192 kq. sifariş verdi və ştanqı məharətlə ram etdi. Növbəti cəhdində o 200 kq. sifariş verdi və ştanqı məharətlə qaldırdı. Sonuncu üçüncü cəhdində İntiqam Zairov 205 kq. sifariş versədə onun öhdəsindən gələ bilmədi və 200 kq. nəticə ilə 2-ci yeri tutdu. Ümumi yekunda isə İntiqam Zairov 365 kq. nəticə ilə III İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazandı.
İdmançı | Yarış | Birdən qaldırma | Təkanla qaldırma | Ümumi | Yer | Medal | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Nəticə | Yer | Nəticə | Yer | |||||||||
Zülfüqar Süleymanov | -62 kq. | 120 | 123 | 4 | 155 | 3 | 278 | 3 | ||||
Sərdar Həsənov | -69 kq. | 131 | 6 | 150 | 158 | 7 | 289 | 7 | ||||
Əfqan Bayramov | -77 kq. | 138 | 5 | 175 | 182 | 2 | 320 | 2 | ||||
Namiq Cəmilov | -85 kq. | 146 | 151 | 2 | 177 | 3 | 328 | 3 | ||||
İntiqam Zairov | -94 kq. | 157 | 165 | 2 | 192 | 200 | 2 | 365 | 2 | |||
Rövşən Fətullayev | -105 kq. | 358 | 4 |
Qadınlar
24 sentyabr tarixində III İslam Həmrəyliyi Oyunlarında mübarizəyə 2 Azərbaycan idmançısı qoşuldu. 48 kq. çəki dərəcəsində mübarizə aparan Silviya Anqelova birdən qaldırma yarışlarında birinci cəhddə 70 kq. sifariş verdi və ştanqı məharətlə ram etdi. Növbəti cəhdində Silviya Anqelova 73 kq. sifariş verdi və ştanqı məharətlə ram etdi. Sonuncu üçüncü cəhdində Silviya Anqelova 75 kq. sifariş verdi, amma ştanqı bu səfər ram edə bilmədi və birdən qaldırma yarışlarını 2-ci yerdə başa vurdu. Daha sonra Silviya Anqelova təkanla qaldırma yarışlarında mübarizə apardı. Birinci cəhdində 85 kq. ram edən Silviya Anqelova, daha sonra 90 kq. ştanqı qaldırdı. Sonuncu üçüncü cəhdində 93 kq. sifariş verən Silviya Anqelova bu çəkini qaldıra bilmədi və təkanla qaldırma yarışlarını 2-ci yerdə başa vurdu. Ümumi yekunda Silviya Anqelova 163 kq. nəticə ilə 2-ci yeri tutdu və III İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazandı.
Elə həmin gün mübarizəyə 53 kq. çəki dərəcəsində mübarizə aparan Gülçin Əlizadə qoşuldu. Gülçin Əlizadə birdən qaldırma yarışlarında birinci cəhddə 63 kq. sifariş verdi və ştanqı məharətlə ram etdi. Növbəti cəhdlərində 66 kq. sifariş verən Gülçin Əlizadə ştanqların öhdəsindən gələ bilmədi və birdən qaldırma yarışlarını 4-cü yerdə başa vurdu. Təkanla qaldırma yarışlarında isə Gülçin Əlizadə birinci cəhddə 75 kq. sifariş verdi və ştanqın öhdəsindən gələ bildi. Növbəti cəhdində 80 kq. sifariş verən Gülçin Əlizadə bu səfər ştanqı qaldıra bilmədi. Sonuncu üçüncü cəhdində 83 kq. sifariş verən Gülçin Əlizadə ştanqı məharətlə ram etsədə ümumi yekunda 146 kq. nəticə ilə 4-cü yeri tutdu və medal qazana bilmədi.
25 sentyabr tarixində Palembanq şəhərində mübarizəyə 58 kq. çəki dərəcəsində mübarizə aparan Ləman Əhmədova qoşuldu. Ləman Əhmədova birdən qaldırma yarışlarında birinci cəhddə 65 kq. sifariş versədə ştanqı ram edə bilmədi. Növbəti cəhdində Ləman Əhmədova 65 kq. sifariş verdi və ştanqı məharətlə ram etdi. Sonuncu üçüncü cəhdində Ləman Əhmədova 70 kq. sifariş verdi, amma ştanqı bu səfər də ram edə bilmədi və birdən qaldırma yarışlarını 5-ci yerdə başa vurdu. Daha sonra Ləman Əhmədova təkanla qaldırma yarışlarında mübarizə apardı. Birinci cəhdində 75 kq. ram edən Ləman Əhmədova, daha sonra 80 kq. ştanqı qaldırdı. Sonuncu üçüncü cəhdində 85 kq. sifariş verən Ləman Əhmədova bu çəkini qaldıra bilmədi və təkanla qaldırma yarışlarını 5-ci yerdə başa vurdu. Ümumi yekunda Ləman Əhmədova 145 kq. nəticə ilə 5-ci yeri tutdu.
Badminton
redaktəAzərbaycanı İndoneziyanın Cənubi Sumatra adasının Palembanq şəhərində baş tutan III İslam Həmrəyliyi Oyunlarının badminton idman növündə 4 idmançı təmsil etdi (4 kişi). Badminton yarışları 18-25 sentyabr tarixləri arasında "GOR Dempo Jaka Baring" İdman Zalında keçirildi
Kişilər
İdmançı | Yarış | 1/8 final | 1/4 final | 1/2 final | Final | Yer | Medal |
---|---|---|---|---|---|---|---|
Kənan Rzayev | |||||||
Kərim Musayev | |||||||
Teymur Abbasov | |||||||
Tural Rəsulov |
Karate
redaktəKişilər
İdmançı | Yarış | 1/8 final | 1/4 final | 1/2 final | Final | Yer | Medal |
---|---|---|---|---|---|---|---|
Tural Ələkbərli | -60 kq. | ||||||
Niyazi Əliyev | -67 kq. | 2 | |||||
Rafiz Həsənov | -67 kq. | ||||||
Rəfael Ağayev | -75 kq. | 1 | |||||
Ayxan Mamayev | -84 kq. | 1 | |||||
Asiman Qurbanlı | +84 kq. | ||||||
Şahin Atamov | +84 kq. | 2 | |||||
Tural Balcanlı | Kata | ||||||
Asiman Qurbanlı Ayxan Mamayev Niyazi Əliyev Rafiz Həsənov Rəfael Ağayev Şahin Atamov |
Komanda | 1 |
Qadınlar
İdmançı | Yarış | 1/8 final | 1/4 final | 1/2 final | Final | Yer | Medal |
---|---|---|---|---|---|---|---|
Nuranə Əliyeva | 50 kq. | ||||||
İlahə Qasımova | 55 kq. |
Kamandan oxatma
redaktəKişilər
İdmançı | Yarış | 1/8 final | 1/4 final | 1/2 final | Final | Yer | Medal |
---|---|---|---|---|---|---|---|
Roman Vengerov Aleksey Kopnin Zaur Qəhrəmanov |
Komanda | 2 |
Qadınlar
İdmançı | Yarış | 1/8 final | 1/4 final | 1/2 final | Final | Yer | Medal |
---|---|---|---|---|---|---|---|
Svetlana Simonova | Fərdi |
Taekvondo
redaktəKişilər
İdmançı | Yarış | 1/8 final | 1/4 final | 1/2 final | Final | Yer | Medal |
---|---|---|---|---|---|---|---|
Mikayıl Əliyev | -54 kq. | 3 | |||||
Elvin Məmmədov | |||||||
Fariz Əliyev | |||||||
Məhəmmədyasin İbrahimov | |||||||
Radik İsayev |
Qadınlar
İdmançı | Yarış | 1/8 final | 1/4 final | 1/2 final | Final | Yer | Medal |
---|---|---|---|---|---|---|---|
Türkanə Tahirli | -46 kq. | 3 | |||||
Patimat Abakarova | -49 kq. | 3 | |||||
Günay Ağakişiyeva | -57 kq. | 2 |
Uşu
redaktəKişilər
Üzgüçülük
redaktəAzərbaycan
Kişilər
Yüngül atletika
redaktəA
Kişilər
İdmançı | Yarış | Təsnifat mərhələsi | Final | Medal | ||
---|---|---|---|---|---|---|
Nəticə | Yer | Nəticə | Yer | |||
Vadim Ryabixin | 100 m. | 21.18 | 3 | mübarizəni dayandırdı | ||
Hayle İbrahimov | 5000 m. | yoxdur | 14.03.12 | 1 | ||
Tilahun Əliyev | 10 000 m. | yoxdur | 31.02.90 | 5 | ||
Murad İbadullayev | Üçtəkanla tullanma | yoxdur | 15.69 | 5 | ||
Dimitri Marşin | Çəkic atma | yoxdur | 70.52 | 3 | ||
Elçin Qasımov | Nizə atma | yoxdur | 47.94 | 8 |
Qadınlar
İdmançı | Yarış | Final | Final | |
---|---|---|---|---|
Nəticə | Yer | |||
Valeriya Balyanina | 100 m. | 12.34 | 5 | |
Şəfa Məmmədova | 400 m. | 58.82 | 6 | |
Layes Abdullayeva | 5000 m. | 16.49.08 | 3 | |
Yekaterina Sarıyeva | Üçtəkanla tullanma | 13.28 | 1 |